Qızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki... - FOTO

Qızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki... - FOTOBu yaxınlarda 58 yaşı tamam olan ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama "Ellen Dedceners" şouda varislərinin yetkinlik həyatından danışıb. O qeyd edib ki, qızları çoxdan evdən köçüblər və indi tam müstəqildirlər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, verilişdə Mişel etiraf edib ki, Barak 2017-ci ildə vəzifəsini tərk etdikdən sonra Obama ailəsi şəxsi həyata qayıdıb. Valideynlər qızlarını mümkün qədər böyüməyə hazırlayıb, hər şeyə öz zəhmətləri ilə nail olmaq lazım olduğunu bildiriblər.

Mişel qeyd edib ki, Maliya və Saşa bütün məsuliyyətlərin öhdəsindən gələ bilən gözəl gənc qadınlardır. Bundan əlavə, Barak Obamanın həyat yoldaşı bildirib ki, onun hər iki qızının artıq sevgilisi var.

"İndi böyük kişiləri evə gətirirlər. Onların sevgililəri və real həyatları var", - Mişel vurğulayıb.

Lakin o, təfərrüatlara varmayıb. Buna baxmayaraq, bəzi məlumatlar İnternetdə yayılıb.

"Daily Mail" xəbər verir ki, 20 yaşlı Saşa Hollivud aktyoru Klifton Pauellin 24 yaşlı oğlu ilə münasibətdədir. Qız sevgisi ilə Los-Ancelesə köçəndə, Miçiqan Universitetini atıb Cənubi Kaliforniya Universitetinə təhsil almağa gedəndə tanış olub.

Oğul Klifton "Rey" filminin ulduzu və həyat yoldaşı Kimberli Krumsun ikinci övladıdır. İndi gənc oğlan "Nike" və "Peloton" üçün kommersiya direktoru kimi çalışır.

O, özünü ssenarist və rejissor kimi də sınayıb. 2020-ci ildə Klifton atasının rol aldığı qısametrajlı filmə ssenari yazıb.

Bildirilir ki, Saşa da artıq anasını sevgilisi ilə tanış edib. Lakin Kliftonun sevgilisinin atası ilə görüşüb-görüşmədiyi məlum deyil.

Obamanın böyük qızı uzun illərdir britaniyalı Rori Farkuharsonla görüşür. Cütlük 2017-ci ildə Maliya Harvardda tələbə olarkən tanış olub.

Təəssüf ki, gənc haqqında məlumat yoxdur. Yalnız onun atasının Londonda zəngin bir investor olduğu məlumdur.

Qızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki... - FOTOQızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki... - FOTOQızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki... - FOTOQızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki... - FOTOQızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki... - FOTOQızlarının şəxsi həyatları ilə bağlı elə şeylər danışdı ki... - FOTO


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1546   Tarix: 02 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 234
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 267
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 213
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 403
.

Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb

Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər

01.11.2026 500
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 627
.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 596
.

Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı

İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak

07.11.2026 264
.

Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri

08.11.2026 411
.