Şəhid mayor Azayev Asifi siz də tanıyın

Şəhid mayor Azayev Asifi siz də tanıyınAzayev Asif 01.02.1985-ci ildə Şamaxı rayon Həmyəli kəndində anadan olmuşdur. 1991-ci ildə Şamaxı rayon Həmyəli kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur.1997-ci ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 2003-cü ildə həmin liseyi yüksək naliyyətlərlə bitirmişdir və eyni ildə H.Əliyev adına Ali hərbi akademiyasının I kursuna daxil olmuşdur. A.Azayev 2007-ci ildə akademiyanın yüksək qiymətlər və təşəkkürnamlərlə bitirmiş, leytenant hərbi rütbəsinə yiyələnmişdir. A.Azayev Müdafiyyə Nazirliyinin Bakı ətrafı hərbi hissələrinə təyinat alsada öz istəyi və xahişi ilə bundan imtina edərək MN-nin cəbhənin ön xətdində yerləşən N saylı hərbi hissəsinə xidmətə yollanmışdır. İlk olaraq Tovuz rayonunun Ağdam kəndində sonra isə Murovdağ və Murovdağ yüksəkliyində olan xidməti postlarda xidmətini davam etdirmişdi.
Gənc və peşəkar zabit olan Asif Azayev xidmət etdiyi ön cəbhələrdə, dəfələrlə rəhbərlik tərəfindən medal və fəxri fərmanlarla təltif olunmuşdur.
2016-cı ildə "Aprel döyüşlərində" fəal iştirak etmiş və xüsusi şücaət göstərmişdi. Asif Azayev bu qısa zaman ərzində mayor rütbəsinə yüksəlmişdir. Mayor Azayev rəhbərliyin göstərişi əsasında MN-nin Pürəşküldə yerləşən N saylı hərbi hissəsinə Taborun Qərargah rəisi vəzifəsinə göndərilmişdir. Mayor Azayev xidməti illərində şəxsi heyyətin və rəhbərliyin rəğbət və inamını qazanmışdır. Öz tabeliyində olan şəxsi heyyətin döyüş əhval-ruhiyyəsində yetişdirir və vətənə, torpağa olan sevgisini, düşmənə olan nifrətini şəxsi heyyətə aşlayırdı. Müxtəlif təlimlərdə iştirak edən mayor Azayev və şəxsi heyyəti dəfələrlə fəxri fərmanlar və medallarla təltif olunmuşdur. (Xidmət etdiyi illərdə ordunun 90 illiyi, ordunun 95 illiyi, ordunun 100 illiyi, qüsursuz xidmətə görə III dərəcəli, qüsursuz xidmətə görə II dərəcəli medallarla təltif edilmişdir)
27.09.2020-ci ildə başlayan Vətən müharibəsinə yollanan qərargah rəisi mayor Azayev bir necə gün keçdikdən sonra tabor komandiri vəzifəsinə təyin olunmuşdur. Peşəkar və istedadlı döyüşçü olan mayor Azayev Füzuli, Cəbrayıl, Qubadlı rayon və kəndlərini işğaldan azad edilməsində xüsusilə seçilən zabitlərdəndi.
Asif Azayev bu döyüşlərdə dərindən iştirak edib düşmənə sarsıdıcı zərbələr endirir və düşmənin hərbi texnikalarını qənimət kimi götürür və düşmənin özünə qarşı istifadə edir. Tabor komandiri olan Asif Azayev döyüşləri arxadan, komanda məntəqəsindən deyil, əskərlərindən öndə döyüş yoldaşları ilə çiyin-çiyinə idarə edirdi. Peşəkar zabit olaraq öz şəxsi heyyətini daha az itkisiz və daha çox irəlləməyi bacarırdı.
Komandir dəfələrlə mühasirələrə düşməsinə baxmayaraq tabeliyində olan şəxsi heyyəti itkisiz mühasirədən çıxarır düşməni darmadağın etməyi bacarırdı. Döyüş tapşırıqlarını dəqiq və peşəkarlıqla yerinə yetirən tabor komandiri, döyüş meydanında belə rəhbərlik və yüksək rütbəli generallar tərəfindən bağrına basılıb və mükafatlandırılmışdır. Şəxsi heyyəti göz bəbəyi kimi qoruyan komandir əskərlərini öz övladları kimi sevib onlarda yüksək döyüş əhval-ruhiyyəsi yaratmağı bacarmışdı.
Füzulinin azad olunmasında gedən şiddətli döyüşlərdə yaralanmasına baxmayaraq, hərbi tibb məntəqəsinə getməkdən imtina edib və döyüşlərə qayıdır. Füzulini azad etdikdən sonra öz şəxsi heyyətilə birlikdə Şuşaya gedən yolu düşməndən təmizləmək və stroteji mövqeyləri tutmaq əmri verilir. Vaxt itirmədən verilən əmrin icrasına başlayan komandir şiddətli döyüşlərə girir, döyüşlər zamanı mühasirəyə düşməsinə baxmayaraq, döyüş tapşırığını yerinə yetirməyi bacarır. Komandir axrıncı əskərinə qədər mühasirədən çıxarır və həmin yolu düşməndən təmizləyir və Şuşaya gedən əsas yol ordumuzun nəzarətinə keçir. 20.10.2020-ci il tarixində gedən şiddətli döyüşlərdə qəhramancasına Şəhidlik zirvəsinə ucalır.
Ölümündən sonra Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən "Rəşadət ordeni", "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunur.
Ailəli idi üç azyaşlı oğul övladları var.

Şəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyınŞəhid mayor Azayev Asifi siz də tanıyın


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2196   Tarix: 03 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

09.11.2026 260
.

Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı

Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda

09.11.2026 140
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Əfsanəvi cüdoçu Fransa prezidentliyinə namizəd oldu

Fransalı əfsanəvi cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. xəbər verir ki, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. "Ölkəmizin üzləşdiyi çətinliklərlə barışmaq artıq geri çəkilmək deməkdir

09.11.2026 142
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 194
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 210
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

09.11.2026 221
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.