Azərbaycanda qar yağdı - FAKTİKİ HAVA
Mayın 9-u saat 11:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub.
Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən xəbərə görə mayın 8-də saat 14:00-15:00 radələrində Şəkidə leysan yağışla birlikdə xırda dənəli dolu yağıb.
Qobustanda 38.0 mm, Qəbələdə 28.0 mm, Oğuzda 27.0 mm, Şəkidə 25.0 mm, Sarıbaşda (Qax) 23.0 mm, Altıağacda 17.0 mm, Balakəndə 16.0 mm, Zaqatalada 14.0 mm, Astara, Lerik, Xaltanda 11.0 mm, Ağdərədə (Ordubad) 10.0 mm, İsmayıllı, Şamaxı, Ağsu, Şahbuzda 8.0 mm, Şərurda 5.0 mm, Lənkəran, Ordubad, Göygöl, Göyçayda 4.0 mm, Yardımlı, Qusar, Qrız, Şahdağ, Zərdabda 3.0 mm, Culfa, Daşkəsən, Şəmkir, Tovuz, Yevlax, Beyləqan, Kürdəmirdə 2.0 mm, Ağdam, Mingəçevir, Quba, Tərtər, Bərdə, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Şabranda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıtda 3.0 mm, Pirallahı, Maştağa, Binədə 1.0 mm-dək olub.
Ötən gün ərzində yağan yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımı davam edib. Mayın 9-da Kür çayının yuxarı axımında Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm, Qanıx çayının Cəlayir məntəqəsində 84 sm, Araz çayının Qıvraq məntəqəsində 6 sm, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın Zurnabad məntəqəsində 3 sm, Kürəkçayın Toğana məntəqəsində 10 sm, Şəmkirçayın Qalakənd məntəqəsində 5 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində 4 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayın Vaqo məntəqəsində 7 sm, Kür çayının aşağı axınında Yevlax məntəqəsində 7 sm, Zərdabda 64 sm, Surrada 10 sm, Şirvanda 10 sm, Salyan məntəqəsində isə 8 sm artım müşahidə olunub.
Şimal-qərb küləyi mayın 8-i səhər saatlarında arabir Tovuz, Naftalanda 24 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Binə, Neft daşlarında 17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.
Havanın maksimal temperaturu: mayın 8-də Bakıda iqlim normasından 1.5° aşağı olub, Bakıda və Abşeron yarımadasında 16-18° isti, Naxçıvan MR-da 17-22° isti, dağlıq rayonlarda 7-9° isti, aran rayonlarında 15-17° isti olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1949 Tarix: 09 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAfinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 205 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
09.11.2026 210 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
09.11.2026 203 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 230 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
09.11.2026 200 Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
09.11.2026 221 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
09.11.2026 174 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
09.11.2026 168 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
09.11.2026 204