Fədayə Laçının adı hallanan cinayət işində "Qoca"nın ortağı ilə bağlı QƏRAR
Şirvan Apellyasiya Məhkəməsində kriminal qruplaşmalar arasında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən Kakavan Kavus Zəfər oğlunun şikayətinə baxılıb.
APA-nın Mil-Muğan bürosu xəbər verir ki, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Belarusdan Azərbaycana ekstradisiya edilən Kakavan Kavus Zəfər oğlu 2015-ci ildə Şirvanda 2 nəfərin qətlə yetirildiyi kriminal qruplaşmalar arasında baş verən silahlı insidentdə iştirak edib. Hadisə vaxtı Nacıyev Elvin Zamanəli (Kriti Elvin) və Sarıbalaev Zaur Vəfadar oğlu qətlə yetirilib.
Hadisəni törətməkdə təqsirli bilinənlər - kriminal aləmin üzvləri Əli Ağami, Tahir Məlikov, Məhəmməd Heydərov və Əfsər İbrahimov saxlanılıb, Kakavan Kavus Zəfər oğlu isə istintaqdan qaçaraq gizlənib.
İstintaqın davamında isə hadisənin təşkilatçısı Etibar Məmmədov ("Qoca") tutularaq istintaqa təhvil verilib.
Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılan zaman Etibar Məmmədov və Əli Ağami Lənkərandan Bakıya etap edilərkən xüsusi təyinatlı qatardan qaçıblar. Hadisədən bir müddət sonra Əli Ağami özü təslim olub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Etibar Məmmədovun ("Qoca") tutulması ilə bağlı əməliyyat keçirən zaman polis əməkdaşlarına atəş açıb və əməliyyat nəticəsində o öldürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami 19 il, Tahir Məlikov, Məhəmməd Heydərov və Əfsər İbrahimov hər biri 18 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ötən il Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə istintaqdan qaçaraq yayınan Kakavan Kavus Zəfər oğlu məhkəməsinin hökmü ilə cinayət məcəlləsinin CM-in 120.2.1 və 228.2.1-ci maddələri 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fədayə Laçın 2017-ci ildə "Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasına kömək etdiyi üçün həbs olunmuşdu.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2158 Tarix: 09 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAfinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı
Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri
09.11.2026 205 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
09.11.2026 210 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq
"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri
09.11.2026 203 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 230 Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq
Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar
09.11.2026 200 Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
09.11.2026 221 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
09.11.2026 174 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
09.11.2026 168 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
09.11.2026 204