Azyaşlı uşaqları telefondan uzaq tutmaq sağlamlıqdır, yoxsa texnologiyadan geridə qalmaq?

Azyaşlı uşaqları telefondan uzaq tutmaq sağlamlıqdır, yoxsa texnologiyadan geridə qalmaq?Mütəxəssislər deyirlər ki, uşaqların müəyyən yaşa qədər telefon, kompüterdən uzaq saxlanması onların texnoloji cəhətdən digər uşaqlardan geri qalmasına səbəb olacaq faktor deyil. Amma əvəzində...

Yəqin hamımız azyaşlı uşaqların texnoloji əşyalara olan marağı ilə rastlaşmışıq. Adi vaxt üzümüzə baxmayan uşaqlar telefon gördükdə bizimlə dostlaşırlar. Amma hamımız bilirik ki, telefon şüalanma mənbəyidir. Bir çox valideynlər də bu səbəbdən uşaqları müəyyən yaşa qədər texnologiyadan uzaq tutmağa çalışırlar. Bu addımın uşaqların sağlamlığı naminə atıldığı bildirilir. Ancaq bəzi valideynlər deyirlər ki, texnologiya əsrində yaşayırıq, qoy uşaqlar tez öyrənsinlər, uzaq tutsaq, texnologiyadan geri qalacaqlar. Burada həqiqət payı nə qədərdir? Müəyyən yaşa qədər uşaqların texnologiyadan uzaq saxlanması onların texnoloji cəhətdən digər uşaqlardan geri qalmasına səbəb ola bilərmi? Həmin uşaqlar üçün texnologiya ilə birdən-birə qarşılaşmaq çətinlik yaradar?

Mövzu ilə bağlı Kaspi qəzetinin yazısını təqdim edirik.

Çətin olmayacaq, çünki…

Psixoloq Nuranə İsgəndərova deyir ki, texnologiyadan uzaq qalan uşaqlar gələcəkdə çətinliklə üzləşməyəcəklər:

"Çünki telefon və texnologiyadan istifadəni öyrənmək uşaqlar üçün çox rahatdır. Əksinə, 1-3 yaş dönəmində ekrandan uzaq qalan uşaqların diqqətləri daha aktiv, sosiallığı daha yaxşı və aqressivliyi daha az olur".

IT mütəxəssisi Rəşad Əliyev bildirir ki, uşaqların məntiqi bacarıqlarının üzərində işləmək lazımdır, bu zaman texnologiyaya alışmaq problemi yaşamazlar:

"Sadəcə həmin uşaqların məntiqini artırmaq lazımdır. Məntiq üçün xüsusi proqramlar, oyuncaqlar var. Onlar müxtəlif rənglərdə olan fiqurlar və s. ola bilər. Yəni onlarla da uşaqların məntiqini inkişaf etdirə bilərlər".

Yaşa görə vaxt limiti

R.Əliyev bildirir ki, uşaqlara telefon istifadəsində vaxt limiti qoyulmalıdır:

"Elektron cihazlar təkcə telefon deyil, kompüter və planşetlər də ola bilər. Onlardan istifadəyə müəyyən vaxt ərzində icazə vermək lazımdır. Uşağı texnologiya ilə istənilən yaşda tanış etmək olar. Sadəcə olaraq erkən yaşda az müddətdə icazə verilməyi məsləhətdir. Bu, 5-10 dəqiqədən 2-3-4 saata qədər davam edə bilər. Yaş limitlərinə uyğun olaraq müxtəlif qaydalar var. Onlara uyğun olaraq icazə vermək olar".

İnkişaf pozuntularını sürətləndirir

N.İsgəndərovanın sözlərinə görə, hər yaş üçün limit var. Onun fikrincə, azyaşlı uşaqların telefondan istifadəsi bəzi fəsadlara gətirib çıxara bilər:

"0-3 yaş aralığında olan uşaqların telefon, televizorla vaxt keçirmələri məsləhət görülmür. 3-5 yaşında uşaqlar telefon, televizorla gün ərzində yarım saat vaxt keçirə bilərlər. 0-3 yaş uşaqların şüaya məruz qalmaları onlarda bəzi inkişaf pozuntularını sürətləndirir, nitq ləngimələrinə gətirib çıxarır. Yeniyetmələrdə isə qapanmalara, sosial münasibətlərin olmamasına, aqressivliyin yaranmasına səbəb olur. Uşaqların telefon, televizorla vaxt keçirmələri böyüyəndə diqqət dağınıqlıqlarını da çoxaldır".

Valideyn nəzarəti

N.İsgəndərova deyir ki, 1-3 yaşdan sonra texnoloji cihazlardan istifadə etməyə icazə verilsə də, valideynlər bu zaman onların telefondan istifadəsinə mütləq nəzarət etməlidirlər:

"Telefonu uşaqlara asudə vaxtını düzgün şəkildə bölüb, müəyyən aralıqda vermək lazımdır. Uşaqların telefondan hansı məqsədlə istifadə etdiyinə də diqqət ayırmaq lazımdır. Aqressiv oyunlar uşaqlarda cəmiyyətə də aqressiyanın yaranmasına gətirib çıxarır. Eyni zamanda uşaqlarda gecə qorxuları da əmələ gələ bilər. Ona görə də, valideyn daim uşaqların izlədiyi videolara, oyunlara nəzarət etməlidir".

Uşaqları qorumaq üçün yollar

R.Əliyev bildirir ki, uşaqları texnologiyanın zərərlərindən qorumaq üçün müxtəlif yollar mövcuddur:

"Valideynin telefona nəzarət etməsi üçün xüsusi proqramlar var. Bu proqramları yükləsinlər və övladlarının telefonda nə etdiklərini nəzarətdə saxlasınlar. Bu proqramlarla uşaqlarının baxa biləcəkləri proqramları özləri tənzimləyə bilirlər. Yaş limitinə uyğun olaraq müxtəlif proqramların istifadəsinə icazə vermək mümkündür".

Vaxt planlı olmayanda…

N.İsgəndərova vurğuladı ki, uşaqların asudə vaxtları düzgün planlanmadıqda, onlar texnologiyaya meyil edirlər:

"Valideyn uşağın asudə vaxtını düzgün planlamalı, maraq dairəsinə uyğun qurmalıdır. Kompüter və telefondan çox istifadə edən uşaqlar asudə vaxtı düzgün planlaşdırılmayan, evdə çox vaxt keçirən uşaqlardır. Digər səbəb uşaqların diqqətdən kənar qalmalarıdır. Adətən diqqətdən kənar qalan uşaqlar vaxtlarını telefonda oyunlarla keçirməyi seçirlər. Valideynlərin uşaqlarına vaxt ayırmaları, onlarla oynamaları önəmlidir".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1211   Tarix: 15 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.