Pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Bu dərmanı uşaqlarınıza QƏTİYYƏN VERMƏYİN!

Pediatrdan CİDDİ XƏBƏRDARLIQ - Bu dərmanı uşaqlarınıza QƏTİYYƏN VERMƏYİN!Elə bu dəqiqə evdəsinizsə, uşağa verdiyiniz hərarət dərmanının tərkibinə baxın: dərman üzərində ad nə olur-olsun, altda kiçik hərflə nə yazılıb: "İbuprofen", yoxsa "Parasetamol". Əgər İbuprofen yazılıbsa, atın və Parasetamol yazılanı alın.

Bu sözləri pediatr Aytən İsmayılova deyib.

"İbuprofen"nin zərərlərindən danışan həkim qeyd edib ki, sözügedən dərman xüsusilə uşaqlar üçün zərərlidir:

"Mənim də uşaqlarımın hərarətli olan günləri olub, amma evimdə "İbuprofen" tərkibli dərman olmayıb. İndi də yoxdur. Ağrı üçün də istifadə etmirəm. Hərarətə dözdüyümüz kimi, ağrıya da maksimum paarsetamol ilə dözürük. Öz uşağıma vermədiyimi başqasının uşağına da tövsiyə etmirəm.

Xatırlayırsızsa, COVID-19 zamanı "İbuprofen" molekulu olan hərarət düşürücü istifadə etməyin deyilirdi. Filan-filan sistemlərə təsir edir və s. kimi izah edilirdi. İndi sizin bilməli olduğunuz nəyə təsir etməsi deyil. Sadəcə zərərli olduğunu bilməkdir.

"İbuotufen" molekulu yeni çıxmayıb ki. Əvvəllər də olub. Amma ondan sinir, əzələ ağrıları, oynaq xəstəliklərinin müalicəsində qeyri-steroid bir dərman kimi istifadə edilirdi. Elə indi də. Məsələn, FMF kəskinləşməsi, artrit zamanı təyin edə bilərik. İltihab söndürücü təsiri var. Amma mütləq yeməkdən sonra qəbul edilir ki, mədə-bağırsaqda yara əmələ gəlməsin. Əlbəttə bir yemək yarana biləcək yaranı önləməz. Hər ehtimal deyirik. Bəs necə oldu da, "İbuprofen" hərarət barəsində Parasetamolu ötdü keçdi və hər uşağın mədəsinə tez-tez girməyə başladı?

Siz anaların və sizi tez rahatlatmaq istəyən həkimlərin sayəsində. Şirkətlər gördü ki, hərarəti tez salan güclü dərmana "ehtiyac" var. Və bu, çoxlu pul deməkdir. Bu ehtiyac isə həqiqi deyildi. Anaların həyəcanından yaranmışdı. Hərarətdən heç nə olmur, "İbuprofen"dən isə nələrsə olur. Bu "nələrsə" sizin həyəcandan daha vacibdir, əziz analar! Uşağınızı hərarətdən deyil, dərmanların zərərindən qoruyun. Həkiminiz təyin etsə belə, Parasetamol tərkibi ilə əvəz edin. "Axı Parsetamol gec təsir edir" deyəcəksizsə, deməli bu sözlərdən uşağınızın xeyrinə nəsə götürmədiz".(Sonxeber.az)


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1997   Tarix: 22 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Günəşlənmənin xeyri və ziyanı - Diqqətli olun!

Hamımız bir az günəşi sevirik. Lakin işıq şüalarına daha çox məruz qalsanız səhhətinizə həqiqətən ziyan vura bilərsiniz. Xeyri. Günəş şüaları bədənimizə dəydiyində D vitamininə çevrilir. Bu güclü sümüklər və dişlər üçün çox əhəmiyyətlidir. Ekzema və sızanaq problemləri olanlar günəşdən faydalanırlar

29.08.2021 641
.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.