Həyatda sizi uğura aparacaq 30 QIZIL TÖVSİYƏ

Həyatda sizi uğura aparacaq 30 QIZIL TÖVSİYƏHəyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar.

Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb var gücüylə çalışsa, uğur qapısına çatar və o qapının açarlarını əldə edər.

Bu yol barədə isə onu qət edənlər daha çox bilər. Uğurun sirləri, açarları nədədir?

Suallarımıza cavab tapmaq və uğurlu insanların həyatını araşdırmaq üçün "Uğurun sirləri" silsiləsini davam edirik

Bu dəfə BiG.AZ oxuculara Azərbaycan İnsan Resursları Assosiasiyasının idarə heyətinin üzvü, karyera planlaması üzrə mütəxəssis İlkin Məcidovun 30 məsləhətini təqdim edir.

Həyatda sizi uğura aparacaq 30 QIZIL TÖVSİYƏO, 35 illik həyat təcrübəsini və oxuyub öyrəndiklərini paylaşaraq, bunları tövsiyə edib:

1. Həyatda heç nə sağlamlıq qədər önəmli deyil. Sağlamlığına zərərli olacaq mümkün qədər çox şeyi kəsmək lazımdır. Ömrü uzatmaq olmur. Onu qısaltmağı dayandırmaq olur. İstisnasız olaraq, hər kəs bir vaxt anlayacaq ki, sağlam bədəndən dəyərli heç nə yoxdur həyatda.

2. Pulun idarə olunmasını, maliyyəni mümkün qədər tez öyrənməlisən. Lap məktəb yaşlarından. Nə qədər gec olsa, o qədər çox ağrı çəkirsən. 3 şey səni fərd kimi sözünün kəsərinə təsir edəcək:
- biliyin
- fiziki gücün
- maliyə gücün

3. Valideynlərini həmişə uca tutmalısan. Diqqət ayırmalısan. Əksini etdikdə ağrı çəkirsən.

4. Həyat yoldaşını düz seçməlisən. Bu, paltar seçimi deyil. Xoşbəxt olub-olmayacağına təsir edən ən böyük məsələdir. Necə seçməli? Həyatda önəmli tutduğum 3-5 dəyəri yazmalısan. Oxşar dəyərləri olan adamı seçməlisən. Əks halda onda həmin dəyərləri formalaşdırmağın sənə çox ağrılı olacaq. Qadın psixologiyasını az-çox başa düş. Bunu etmədən evlənmə. Ağrın çox olacaq əks halda.

5. Qadının emosiyalarına diqqət et, amma önəm vermə. Onların emosiyası daim rəqs edər. Sən yerində dur. Dönüb sənə qayıdacaq.

6. Universitet illərindən doğru dost çevrəsi yarat. Mütəmadi yeni dostlar qazan. Bunun üçün mütəmadi olaraq yeni-yeni mühitlərə get. İnsanlara vaxt ayır. Dostların yenilənmirsə, sən də inkişaf etmirsən. Keyt Ferrazzinin "Heç vaxt tək yemə " kitabını oxu. Nə demək istədiyimi başa düşəcəksən.

7. Yaşam əqidən təkcə maddi qazanc olmasın. Sənin xoşbəxtliyin başqasının bədbəxtliyi üzərində qurulanda sən uduzursan. Başqasının xoşbəxtli sənin bədbəxtliyin üzərində qurulanda sən uduzursan. Başqalarının xoşbəxtliyi üçün özünü qurban vermə.

8. Heç kimin uğur hekayəsi sənin üçün yol deyil. Öz yolunu yaz. Öz prinsiplərinlə davran. Başqalarının məsləhətinə qulaq as. Amma qərar hər zaman özünün olsun.

9. Həmişə gəncsən. Öyrənməyi dayandıranda qocalmağa başlayırsan. Gənc olmağını dayandırma. Hərəkətdə ol. Ölüm - hərəkətsizlik halıdır.

10. Qəşəng geyin. Həmişə yaxşı bədən formanı qoru. Geyim və duruş sənin "qablaşma"ndır. Yaxşı "qablaşma" səni daha tez önə çıxarır.

11. Ailənə və övladına bütün qəlbinlə aid ol. Hər səhəri xoş sözlərlə açıb gecələri xəyallarla bitir. Övladlarına hər gecə nağıllar danış.

13. İnsanlara inan. İnamla yaşamaq inamsız yaşamaqdan qat-qat rahatdır. İnan, amma gözlənti formalaşdırma. İnsan kəlməsi - "nisyan" sözündən yaranıb. Mənası unutmaq deməkdir. İnsanlar səni və sənin əməllərini unuda bilər. Buna görə onlardan incimə.
Bağışlayan qəlbə sahib ol. Başqalarını bağışlamaq özünə etdiyin ən böyük yaxşılıqdır. Əksər xroniki xəstəliklər - başqalarına bəslədiyiniz kinin verdiyi stresdən yaranır.

14. Sən həmişə düz dur. Kölgən əyri düşsə də olar. Unutma ki, sən böyük adam olduqca səni məzəmmət edən çox olacaq. Böyük peyğəmbərlər daim daşlandı, çarmıxa çəkildi. Böyük olub hamı tərəfindən sevilmək mümkün deyil.

15. Xoşbəxt görünməyi vecinə alma. Xoşbəxt olmağı vecinə al. Xoşbəxtlik xoşbəxt anların cəmidir. Yaşadığın anları xoşbəxt olmağa çalış.
Unutma, keçmiş ya gələcək - xəyal məhsuludur. Yalnız İNDİ mövcuddur. İndini keçmiş təəssüratlar və ya gələcək xəyallara qurban vermə.

16. Ev, maşın, əşyalar - hamısı gəldi-gedərdir. Hər bir əşya ömründən pay oğurlayır. Vaxtını əşyalara yox, özünə və doğmalarına ayır. Əşyalara xərclədiyin pulu dünyanı gəzməyə, xatirələr yaşamağa ayır.

17. Lap uşaq vaxtdan sənin pul üçün deyil, pulun sənin üçün işləməsinə çalış. Sənə işləmədən pul gətirən mənbələr yarat - bizneslər, daşınmaz əmlak kiraları, şirkət səhmləri və s.
Hansısa peşədə çalışsan belə, bunları öyrən və yarat. Unutma ki, bir gün pul qazanma qabiliyyətini itirə bilərsən. O zaman başqalarından asılı vəziyyətə düşmə.

18. Ədalətli olmaqla yanaşı, güclü olmağı öyrən. Seçim qarşısında qalarkən insanlar gücü seçir.

19. Pilləkənlə yuxarı qalxdıqda ayağını basdığın pillələri dağıtma. Aşağı düşəndə lazımın ola bilər. Nə demək istədiyimi yaşadıqca görəcəksən.

20. Xarici dilləri öyrənməmişdən öncə şirin dildə danışmağı öyrən. Sənin xarakterin və tərzin çox vaxt ağlından daha önəmlidir.

21. Universitetdə oxuyanda bir neçə dil öyrən. Sonra qayğıların artır və çatdırmaq olmur.

22. Komandana sevgi ilə yanaş. İşçilərin işçi olmamışdan öncə bir insandırlar. Qayğı göstərməsən, kimsə sənə sadiq olmayacaq. Əlaqələrin üstündə qayğıkeşliklə işləmək lazımdır.

23. "Məntiq ya emosiya?" sualına gəldikdə, "emosional" doğru olana kimi "məntiqli" cavabını unutma. Çox insan emosional qərar verib, ona məntiq axtarır. Sən öz emosiyalarını məntiqli olması üçün məşq etdir.
Bu məsələ " ya o, ya da bu" yanaşması deyil. "Həm o, həm də bu" yanaşması olmalıdır.
Hansı daha güclüdür? Emosiya.

24. Sən bənzərsizsən. Dünyada səndən 2-cisi yoxdur. Öz qüsurlarını sev. Onlara görə üzülmə. Qüsurlarınla daha özəlsən.

25. Xəyallarını sonsuz tut. Limitlərin olmasın. Xəyallar qəlib, potensial isə onu dolduracaq maddədir. Sənin potensialın xəyalların qədər böyüyür.

26. Həyatda ən gözəl yaradılış - təbiət və təbii olan hər şeydir. Heç bir halda süni şeylərə təbiini dəyişmə. Təbiət ilə təmasda olduqca daha saflaşırsan.

27. Sağlam yaşamaq və sağlam düşünmək istəyirsənsə, az ye, çox çim, çox yat, çox qaç. Bəli, çox yat. Gündə 8-9 saat yat. 1 saat 100% diqqət ilə işləmək, 10 saat 10% diqqət ilə işləməkdən yaxşıdır.

28. Ürəkdən gül, doyunca ağla. Emosiyalarını gizlətmə. Sənin emosiyalarını sevməyəndən uzaq dur. O adama özünə sərfəli robot lazımdır. Sən doğal varlıqsan, robot deyil.

29. Bəzən düzü tapmağın yolu səhvləri kəsməkdir. Səhv davranışları , səhv işləri, səhv insanları kəsmədikcə doğrular səni tapmaz. Yeni cümlə köhnəyə nöqtə qoyduqda başlayır. Bu cümləni divara yaz:
"Bitirmədiklərin səni bitirir".

30. Həyatı axarına burax. Sən istədiyin hər şeyi əldə edəcəksən. Amma bunların hamısı eyni zamanda olmayacaq. 9 qadını hamilə edib 1 aya uşaq ala bilmərsən.
Səbrli ol, həyatını doyaraq yaşa.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1642   Tarix: 27 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əsla əkməməli olduğunuz 4 bitki: Evlərin təməlini belə çatladır

Bağınızı gözəlləşdirmək istəyərkən evinizi və digər bitkilərinizi təhlükəyə atırsınız. Aralıq dənizi bölgəsində və qonşu ölkələrdə tez-tez rast gəlinən Cənnət ağacı, Akasiya və Turş yonca kimi məşhur bitkilərin "istilaçı" üzü üzə çıxıb. xəbər verir ki, bağınızı istirahət məkanına çevirmək istəyərkə

27.06.2026 239
.

Turlar.Az - Daxili Turlar

Pulsuz turizm elanları saytı olan -da sizə Quba, Qusar və İsmayıllı turları təklif olunur. Ən münasib qiymətlər bizdə!. Daxili turlar arasında Quba-Qusar-Laza turu ən məşhurlardandır. İlin istənilən fəslində bu turlar təşkil olunur. Ekonom və standart paketlər arasında qiymət fərqi olur. Qiymətə daxildir

29.06.2026 1578
.

Xoşbəxtlik və pul evinizə girəcək - Pəncərələri bu günlərdə təmizləyin

Xalq inanclarına görə, pəncərə yumaq təkcə evi təmiz saxlamaq üçün deyil, həm də uğur, bərəkət və müsbət enerjini evə cəlb etmək üçün vacib hesab olunur. İnanclara əsasən, müəyyən günlərdə edilən bu sadə ev işi mənfi enerjidən qurtulmağa və yeni imkanların qapısını açmağa kömək edir. Pəncərələri nə vax

28.06.2026 219
.

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Kembric Universitetinin professoru Hanna Fray yay aylarında içərisi "soba"ya dönən avtomobilləri saniyələr içində sərinlədəcək fiziki bir üsul paylaşıb. Cəmi bir şüşəni endirib sürücü qapısını bir neçə dəfə sürətlə aç-bağ edərək içəridəki isti havanı xaricə "vakumlayan" bu üsul qərib

27.06.2026 212
.

Qarpızın min dərdə dərman faydaları

Yayın ən sevilən meyvələrindən olan qarpız təkcə sərinləşdirici təsiri ilə deyil, sağlamlıq üçün faydaları ilə də diqqət çəkir. Axşam.az xəbər verir ki, tərkibinin təxminən 90 faizindən çoxu sudan ibarət olan qarpız orqanizmin maye balansını qorumağa kömək edir. Mütəxəssislərin sözlərinə görə, qarpızı

27.06.2026 229
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

22.06.2026 181
.

ABŞ-də gözəllik kraliçası toyunun hesabını tam ödəmədiyi üçün məhkəməyə verilib

Özünü "Instagram" influenseri kimi təqdim edən və "Miss New York Elite" titulunun sahibi Keytlin Rouz Kennedi-Melanson 2025-ci ilin sentyabrında keçirilən dəbdəbəli toy mərasiminin hesabını tam ödəmədiyi iddiası ilə məhkəməyə verilib. bu barədə "New York Post" nəşrinə istinadə

27.06.2026 253
.

Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir

Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər. Qiymət artımı fonunda daha qənaətli və faydalı qida axtaranlar üçün paxlalılar il

28.06.2026 221
.

Gülən ölüm, su pərisi - Dünyada çox az adamda olan nadir xəstəliklər

Dünyada o qədər nadir xəstəliklər var ki, bəzilərinə milyardlarla insan arasında cəmi bir nəfərdə rast gəlinir. xarici mediaya istinadən xəbər verir ki, bu xəstəliklərin əksəriyyəti nadir genetik mutasiyalar nəticəsində yaranır və onların müalicəsi olduqca çətindir. 1. Progeriya (Hətçinson-Gilford sindromu)

28.06.2026 301
.

TOP MP3