Bağda ucuz, bazarda baha - kənd məhsullarından ən çox kimlər qazanır? - VİDEO
Sahələrdə ucuz qiymətə satılan məhsul paytaxt bazarlarında bir neçə dəfə baha qiymətə təklif olunur. Məsələn alça yerində su qiymətinə, bazarlarda isə olduqca bahadır. Bəs bizi mövsüm meyvələrinə həsrət qoyan bahaçılığın səbəbi nədir? Məhsul bölgələrdən Bakıya çatana qədər nə baş verir ki, öz qiymətindən 5, hətta 10 dəfəyə qədər qiymət artımı olur? Əməkdaşlarımızın araşdırmasını təqdim edirik.
Yerində ucuz qiymətə olan məhsul, paytaxtda daha baha qiymətə satılır.
Mövsümi məhsulların bazara çıxması kənddən şəhərə gələn məhsulun satışında olan qiymət fərqi məsələsini aktuallaşdırır. Məsələn, Tovuzdakı meyvə bağlarında fərqli mənzərə hökm sürür. Hazırda paytaxt bazarlarında baha satılan göyçə alçası demək olar ki, alıcı üzünə həsrətdir. Təsərrüfat işləri ilə əlaqədər daxili bazarlara çıxa bilməyən bağ sahibləri isə məcbur qalaraq məhsullarını ucuz satırlar.
Paytaxt bazarında isə alçanın kiloqramı 3-15 manat arasında təklif olunur.
Gilas əkən bağ sahibləri də məhsullarını istədikləri, daha doğrusunu desək əziyyətlərinə dəyəcək qiymətə sata bilmirlər. Yerində bağ sahibindən gilas alan alverçilər paytaxt bazarlarında məhsulu bir neçə qat bahasına satırlar. Tez yetişən gilasların hazırda meyvə satış nöqtlərində kiloqramı ən azı 5 manatdan başlayır.
İsitixana şəraitində yetişən pomidorlar daha çox xarici bazarlara satılır. İkinci növ pomidorlar isə yerli bazarlarda ölçüsündən asılı olaraq kiloqramı 50-60 qəpikdən satışa çıxarılır. Paytaxt bazarlarında isə...
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, tarlada olan məhsulla bazarda olan məhsullar arasında qiymət fərqi təxminən 30-50 faiz arasında müşahidə edilir. Buna səbəb ortada olan vasitəçilərin daha çox gəlir götürmək istəyinə mane olan alternativlərin olmamasıdır. Vasitəçilərin ardıcıl şəkildə olan sayının azaldılması əvəzində paralel, fəaliyyət göstərən, istifadəçilərin sayının isə artırlmasına böyük ehtiyac var.
Azərbaycanın müxtəlif regionlarında mərkəzləşdirilmiş bazar institutları şəbəkəsinin yaradılmasına ehtiyac var. Bu baxımdan da məhz bu şəbəkənin yaradılması , sadə dildə ifadə etsək, müxtəlif regionlarda meyvə tərəvəzlərin topdan satışını həyata keçirən, bazanın, infrasturukturların yaradılması, məhz qiymət fərqini tarla və marketlərdə olan qiymət fərqinin azaldılmasına xidmət edə biləcək ən birinci faktordur deyə ekspert vurğulayıb.(xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1051 Tarix: 29 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Pelenin səhhəti yenidən pisləşib
Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind
17.09.2021 585 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544 FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18.09.2021 523 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497