"Qlobal Sağlamlıq Günü"ndə Bakıda maraqlı çempionat keçirilib
Qlobal Sağlamlıq Günü (Global Wellnes Day) çərçivəsində Azərbaycanda bu sahənin aparıcı mütəxəssislərinin iştirakı ilə masaj üzrə Azərbaycan çempionatı keçirilib. Aesthetic & Wellness World Academy (AWWA) tərəfindən təşkil olunan tədbirdə ilkin seçimdən keçmiş yüzdən çox masaj ustası öz məharətlərini nümayiş etdirib.
Çempionat 3 istiqamət üzrə keçirilib️: Klassik Masaj; Terapevtik Masaj və Manual Terapiya; Üz masajı. Ayrılan vaxtda qüsursuz texnika nümayiş etdirməli olan masajçılar, osteopatlar, kosmetoloqlar, SPA-terapevtlər, manual terapevtlər, refleksoloqlar, fizioterapevtlər öz məharətlərini göstəriblər. Yarışın bütün aspektləri çempionatın qalibləri ilə bağlı qərar verən beynəlxalq hakimlər briqadası tərəfindən qeydə alınıb. Çempionatda mükafat qazanan iştirakçılar xüsusi kubok və sertifikatlarla mükafatlandırılıblar.
Onu da əlavə edək ki, Azərbaycan, Beynəlxalq Masaj Federasiyasında təmsil olunur və Milli Çempionatın qalibləri ölkəmizi beynəlxalq yarışlarda da təmsil etmək hüququ qazanıblar.Masaj üzrə Azərbaycan çempionatının hakimlər heyətinə Andrey Sırçenko, İveta Opmane, Svetlana Şabalina, Aleksandr Şeparev və Leyla Səlimova daxildir.Bu mütəxəssislər kadrların peşəkarlığının artırılmasına və SPA sənayesinin inkişafına böyük töhfələr vermiş şəxslərdir.
Qeyd edək ki, bu, Aesthetic & Wellness World Academy-nin təşkilatçılığı ilə keçirilən ikinci masaj üzrə Azərbaycan çempionatıdır. Keçən ilki analoji tədbir AWWA-nın gərgin əməyinin bir hissəsi kimi ölkəmizdə "KOSMETOLOQ", "KOSMEÇEVT", "MASAJÇI" kimi peşələr üçün standartların hazırlanmasına töhvə vermişdir."Peşə təhsili ixtisaslarının Təsnifatında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Nazirlər Kabinetinin 14 oktyabr 2021-ci il tarixli qərarına əsasən, respublikamızda yuxarıda göstərilən peşələr rəsmi olaraq təsdiq edilib. AWWA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Əməkdaşlıq Memorandumları imzalayıb ki, bu memorandumlar çərçivəsində dövlət qurumları AWWA təhsil və sosial proqramları məzunlarının işlə təmin olunmasına dəstək verirlər.Gözəllik və SPA sənayesində peşəkarlar üçün peşə təhsili və təlimini təmin edən akkreditə olunmuş Akademiya olaraq, AWWA ixtisaslaşdırılmış kurslar çərçivəsində SPA sahəsində onlarla mütəxəssis hazırlamışdır. Bu il kursların ilk buraxılışı olub və məzunlar Azərbaycanda tanınan Diplomlar və sertifikatlar alıblar.AWWA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən Peşələr Festivalının da iştirakçısı olub. Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən bu layihə SPA sənayesində peşəkar təhsil almağın üstünlüklərini nümayiş etdirməyə imkan yaradıb.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 756 Tarix: 06 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
15:07 200 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
15:30 188 Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə
23:00 1 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 158 Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama
21:45 1 Antalyada 102 lider bir araya gələcək
Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri
17:50 176 Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
17:10 167 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
16:18 183 Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn
16:40 177