"Top Qan 2" filminin Bakı premyerası keçirilib - FOTO-VİDEO
"Gənclik Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" premium kinoteatrında çoxdan gözlənilən "Top Qan 2" filmi ilə bağlı tədbir keçirilib.
1986-cı ildə çəkilmiş "Top Qan" filminin davamı olan ekran işi baş rolda Tom Kruzun oynadığı, Cozef Kosinskinin isə rejissoru olduğu ABŞ döyüş filmidir.
"Top Qan 2" filminin baş rollarında həmçinin Cennifer Konelli və Ed Harris çəkiliblər.
"Maverick" ləqəbli Pit Mitçel 30 ildən artıqdır ki, Hərbi Dəniz Qüvvələrinin ən yaxşı pilotlarından biridir: sərhədləri aşan, qorxmaz pilot onu əbədi şəkildə yerə endirəcək yüksəlişdən ehtiyat edir.
"Top Qan" məzunlarından ibarət dəstəni əvvəllər görünməmiş xüsusi bir missiyaya hazırlayarkən "Maverick" mərhum dostu, leytenant Nik Bredşounun oğlu leytenant Bredli Bredşou ilə tanış olur. Qarşıda onu qeyri-müəyyənlik, geridə isə keçmişin xəyalları gözləyir. "Maverick" uçuşa təyin olunanlardan müstəsna fədakarlıq tələb edən missiyanın bir hissəsi kimi reallaşmaq təhlükəsi olan dərin qorxuları ilə üzləşməyə məcbur olur.
Tədbirdə fəxri qonaq qismində 44 günlük Vətən müharibəsində Azərbaycanımızın hava məkanını qoruyan, eləcə də Qarabağ səmasında düşmənin texnikalarını və şəxsi heyətini məhv edən, müxtəlif orden və medallarla təltif olunmuş, çətin, lakin şərəfli peşə sahibləri olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin pilot heyəti iştirak edib.
Onlar arasında pilotlar - mayor Oruczadə Faiq Niyaz oğlu, kapitan Əşrəfov Rəvan Rasim oğlu, kapitan Orucov Soltan Yaqub oğlu, kapitan Qurbanzadə Nihat Elçin oğlu və kapitan Səfərov Fikrət Cəfər oğlu olub.
Həmçinin tədbirə kinoteatrın digər qonaqları - Azərbaycan Respublikasının Xalq artisti Faiq Ağayev, şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqerlər, sahibkarlar da qatılıblar.
Tədbirdə istifadə olunan tematik dekorasiya kinoteatrda filmin ab-havasını yaradıb. Dekor bir neçə hissədən ibarət olub. Belə ki, kinoteatrın foyesi uçuş zolağına çevrilib, qonaqların başlarının üzərindən buludlar keçib, həmçinin qəhrəmanını gözləyən motosiklet də təqdim olunub.
Bütün qonaqlar özlərini pilot kimi hiss etmək üçün unikal fürsət əldə ediblər. Bunun üçün sadəcə "Virtual zona"ya getmək və virtual reallıq eynəklərini taxmaq kifayət edib.
Tədbirin təşkilində "Brand Media Groups", "Bolşoy Prazdnik" event şirkəti, "FRYDAY Burgers & Fries" restoranı, "Light in Black" kreativ şirkəti (foto və videoçəkiliş), "Savalan Winery" şirkəti, "Virtual zone" əyləncə mərkəzi, "Tupinamba" (qəhvə) və "Red Bull" dəstək göstəriblər.
Qeyd etmək istərdik ki, "Top Qan 2" filmini "Dəniz Mall" ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.
"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etməyə və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1439 Tarix: 06 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
15:07 200 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
15:30 188 Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə
23:00 1 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 158 Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama
21:45 1 Antalyada 102 lider bir araya gələcək
Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri
17:50 176 Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
17:10 167 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
16:18 183 Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn
16:40 177