Nəsir Əhmədlinin vəfatı ilə bağlı nekroloq
Mətbuat Şurası Nəsir Əhmədlinin vəfatı ilə bağlı nekroloq yayıb.
BiG.AZ xəbər verir ki, nekroloqda deyilir:
"Azərbaycan jurnalistikasına, elm ictimaiyyətinə, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, respublikanın əməkdar jurnalisti, filologiya elmləri doktoru Nəsir Əhmədli vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.
Əhmədli Nəsir Abbas oğlu 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində doğulub. 1962-1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakultəsini bitirib. 1981-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
Uzun və mənalı ömrünü jurnalistikaya bağlamış N.Əhmədli Azərbaycan Dövlət Televiziyasında çalışdıqdan sonra BDU-da elmi-pedaqoji fəaliyyətə başlayıb, ömrünün sonunadək fakultənin "Beynəlxalq jurnalistika və informasiya siyasəti" kafedrasının professoru olub.
Onu tanıyan hər kəsin, həmkarlarının, saysız-hesabsız tələbələrinin sevimlisinə çevrilmiş N.Əhmədli Azərbaycanda jurnalistikanın həm peşə kimi təkmilləşməsində, həm də elmilik qazanmasında böyük xidmətlər göstərib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifi olan qələm sahibinin dərin elmi axtarışları fundamentallığı ilə diqqət çəkib. O, beynəlxalq radio yayımının bütün sahələrinə tətbiq edilə biləcək model-sxem hazırlayıb, bu sahəyə dair altı qanun aşkarlayıb.
N.Əhmədli dünyanın bir sıra ölkələrində keçirilmiş nüfuzlu elmi toplantılara qatılıb. O, söz sənəti sayılan jurnalistikanın nəzəri və praktik məsələlərinə dair çoxsaylı elmi araşdırmaları ilə bütövlükdə Azərbaycan elminə, xüsusən də onun vacib sahəsi sayılan dilçiliyə müstəsna töhfələr verib. Mətbuatın, ümumilikdə medianın dil hadisəsi olduğunu məxsusi yanaşmaları ilə əsaslandırıb, ictimai fəaliyyətilə Azərbaycan dilinin qorunmasının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə nümunəvi yanaşma ortaya qoyub. Bir məqam da vurğulanmalıdır ki, Nəsir müəllimin elmiliyi həm də elmlə publisistikanın vəhdəti kimi dəyərləndirilə bilən bənzərsiz hadisədir. Buna görə göstərdiyi çoxşaxəli fəaliyyət ona cəmiyyətdə həm vətənpərvər alim, həm də dəyərli ziyalı obrazı qazandırıb.
2010-cu ildə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülmüş N.Əhmədli həmçinin müxtəlif illərdə III dərəcəli "Əmək" ordeni, Ali Media Mükafatının I dərəcəsi, jurnalistika sahəsində digər bir çox populyar mükafatlarla təltif edilib.
Azərbaycan cəmiyyəti N.Əhmədlinin simasında səmimilik, qayğıkeşlik, nəciblik örnəyi sayılan əsl ziyalısını, öz baxış bucağı və mövqeyilə fərqlənmiş zəhmətkeş alimini, jurnalistikaya nüfuz gətirən, peşəni sevdirən şəxsiyyəti, ustad qələm sahibini itirib. Bu itkinin ağırlığı son dərəcə böyükdür.
Uca Tanrıdan Nəsir müəllimin doğmlarına, əzizlərinə, həmkarlarına, dostlarına bir daha dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşürük.
Allah rəhmət eləsin!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 789 Tarix: 07 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
15:07 200 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
15:30 188 Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə
23:00 1 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 158 Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama
21:45 1 Antalyada 102 lider bir araya gələcək
Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri
17:50 176 Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
17:10 167 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
16:18 183 Lavrov: Əbu-Dabi danışıqlarının əsas mövzusu regionun təhlükəsizliyi olacaq
Əbu-Dabidə keçiriləcək danışıqların əsas mövzusu Rusiya, Ukrayna və bütövlükdə regionun təhlükəsizliyi olacaq. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Əbu-Dabidə keçiriləcək danışıqların gündəliyinin ilk mövzusu Rusiya, Ukrayn
16:40 177