Toyda onu zəhərləmək istədilər, haqqında ölüm şayiəsi yayıldı, efirə çıxıb ağladı
BiG.AZ Kulis.az-a istinadən müğənni Qədir Qızılsəs haqqında maraqlı faktları təqdim edir.
Qədir Məmmədov 1956-cı ildə Cəlilabad rayonunda anadan olub. Çoxuşaqlı ailədə doğulan Qədir Qızılsəs gənc yaşda iki qardaşını və bir bacısını itirib.
***
O, 1977-ci ildə Bakı şəhərinə köçür, paytaxtda yaşamağa, musiqi ilə məşğul olmağa başlayır, özünə Qızılsəs təxəllüsünü götürür. 1983-cü ildə ilk audio-kassetini çıxarır.
2002-ci ildə Azərbaycan Tələbə Gənclər Təşkilatının respublika üzrə keçirdiyi müsabiqədə "Qayıt" mahnısı ilə birinci yeri tutub. "Qızıl səs" mükafatına layiq görülüb.
***
"Ölürəm bir dəli sevgidən ötrü", "Gəlmədin", "Getmə", "Unuda Bilmədim", "Zeynəbim", "Qızlar", "Qayıt", "Hardasan" mahnıları Qədir Qızılsəsə böyük uğur gətirib.
Qədir Qızılsəs 2017-ci ildə çox ağır xəstəlik keçirir. Uzun zaman müalicə olunur. Hər gün üstünə təcili yardım gələn müğənniyə həkimlər qidalanmağı qadağan edirlər. Bu müddət ərzində müğənni haqqında inanılmaz şayiələr yayılır. Kimi onun sənətdən getməsini, kimi ailəsinin onu tərk etdiyini, kimi də müğənninin öldüyünü deyir. Xəstə yatdığı müddətdə heç bir dostu onu arayıb, axtarmır. Adi bir zəngi belə ondan əsirgəyirlər. Müğənni isə haqqında yayılan şayiələrin həqiqəti əks etdirmədiyini deyir:
Ətraflı
"Mən bir dəfə sevgi yaşamışam, onu hələ də yaşayıram. Xəyanətkar insan deyiləm ki, ailəm də mənə xəyanət etsin. Ailəm hər zaman mənimlə olub".
***
2017-ci ildə müğənninin səsinin batması və sənətdən getməsi ilə bağlı şayiələr yayılır. Bir müddət sonra Qədir Qızılsəs efirə çıxaraq ağlaya-ağlaya bu barədə açıqlama verir:
"Efirlərdə görünməsəm də, məni qısqananlar çoxdur. Çox insanlar var ki, mənim quyumu qazır. Ona görə fürsətdən istifadə edib belə şayiələr yayırlar. Ancaq bunların heç biri real deyil. Yalan söhbətdir. Mən sənətdən getməmişəm və yaşadıqca da fəaliyyət göstərəcəm. Efirlərdə tez-tez görünmək istəmirəm. Bunun nə mənası var? İnsanlar məni sevir, izləyir, ona görə də hər dəfə mətbuatda görünməyi arzulamıram. Beş il efirə çıxmadım, möhkəm xəstələnmişdim. Çox pis idim. Həmin illər haqqımda çox şayiə yaydılar. İstəməyənlər, paxıl insanlar dedilər ki, Qədir oxuya bilmir, Azərbaycanda yoxdur. İnsanlar çaş-baş qalmışdı. Efirə çıxmırdım, açıqlama vermirdim və özümə qapılmışdım. Şayiə hər yana yayıldı. Amma yenidən efirə qayıtdım. Məni həmişə arxadan, dayanmadan vururlar. Hətta məni toyda zəhərləmək istəyən insanlar da olub. Bu gün də 5, 6 kişi müğənni var ki, məni təqib edir. Ancaq mənim pisliyimə çalışırlar. Onlar kişi müğənnilərdir və özləri yox, başqa insanların əli ilə mənə qarşı bir neçə dəfə iş çevirmək istəyiblər. Hətta razılığa gəldiyim toy danışıqlarımı belə müxtəlif vasitələrlə əlimdən almağa çalışıblar. Onların kimliklərini elə toy sahiblərinin özləri mənə söyləyib. Bütün bunlar yaxın zamanlarda baş verib. Onlar məndən nə istəyirlər axı bilmirəm".
Qədir Qızılsəs Xalq artisti Ağadadaş Ağayevlə illərdir küsülüdür. Onların nə üstündə dalaşdıqları, niyə küsülü olduqları isə məlum deyil.
***
Hazırda müğənni efirlərdə az-az görünsə də, musiqi sahəsindən aralanmayıb.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 924 Tarix: 03 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDezinfeksiya xidməti
Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy
02.11.2026 1617 Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul
07.11.2026 287 5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?
Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama
08.11.2026 234 Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
08.11.2026 391 Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
07.11.2026 254 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 696 İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət
İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini
01.11.2026 593 "ChatGPT"nin dərmanlarla bağlı tövsiyəsi daha bir nəfərin həyatına son qoydu
ABŞ-nin Vaşinqton ştatında yaşayan 31 yaşlı Bouen Vanın ailəsi "ChatGPT"nin verdiyi tibbi məsləhətlərin onun ölümünə səbəb olduğu iddiası ilə "OpenAI" şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, iddialara görə, epilepsiyadan əziyyət çəkən Van işini itirdikdən sonra yen
01.11.2026 687 Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü
Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb
07.11.2026 257