İranın keçmiş prezidentinin qızı qadınları itaətsizliyə çağırıb

İranın keçmiş prezidentinin qızı qadınları itaətsizliyə çağırıbİranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi ölkəsində hicab geyinməyən qadınlara dəstək verib.

"Report" "Fars" agentliyinə istinadən bildirir ki, o, qadınları çadradan imtinaya və itaətsizliyə çağırıb.

F.Haşimi insanları İran hökumətinə etirazlarını bildirməyə səsləyərək, hicab taxmayanları "aslan qadınlar" adlandırıb.

Bildirilib ki, bir müddət əvvəl o, islam peyğəmbərinin idarəetməni, iqtisadi işləri bilmədiyini iddia edib və bu səbəbdən həyat yoldaşı Xədicə xanımın sərvətinə qadağa qoyduğunu söyləyib.

Məhəmməd peyğəmbərə (s.ə.s.) həqarətə görə F.Haşimiyə cinayət işi açılıb.

O, əvvəllər də İrandakı məsələlərlə bağlı tənqidi mövqedən çıxış edib.

Agentlik qeyd edib ki, sabiq prezidentin qızı İran İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ-ın "terrorçular siyahısında" qalmasını müdafiə edib:

"Korpusun fəaliyyəti ölkəyə ziyan vurur".

Faizə Haşimi İranda hakimiyyət tərəfindən qadağan edilmiş bəhailərin mühakimə edilmiş lideri Zalehi həbsxanadan çıxandan sonra ziyarət edib. O, bu addımı atası Əli Əkbər Haşimi Rəfsəncani sağ olanda atıb. Onda ziyarəti etiraza səbəb olmuşdu: "Faizə çox ciddi səhv edib və bunu kompensasiya etməlidir".

Ancaq o, "Euronews"a müsahibəsində bildirmişdi ki, onun addımı qanunsuz deyil:

"Əksinə, indiki sistemin bəhailərə zülm etməsinə təəssüflənirəm".

Qeyd edək ki, Faizə Haşimi - Bəhramani 1963-cü il yanvarın 7-də anadan olub. 1996-2000-ci illərdə parlamentin deputatı, "Zən" jurnalının təsisçisi və baş redaktoru olub. Bu dərginin üz qabığında İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı Fərəh Dibanın fotosu dərc edildiyi üçün jurnal bağlanıb. O, bir neçə dəfə qısa müddətə həbs olunub. Mühafizəkar və ya radikal xətt tərəfdarları onu sosial şəbəkələrdə daim təhqir edirlər. Faizə qadınlara qarşı hicab qaydalarının mülayimləşdirilməsini tələb edir.

Sonuncu dəfə 2017-ci il martın 17-də hakimiyyətə qarşı təbliğata görə altı ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Əli Əkbər Haşimi Rəfsəncani 1934-cü ildə İranın Kerman əyalətində anadan olub, 2017-ci ilin yanvarında ölüb. O, 1980-1989-cu illərdə İran Məsləhət Şurasının sədri, 1989-1997-ci illərdə prezident olub./oxu.az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1099   Tarix: 04 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah

10:57 200
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

14:34 174
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

15:07 170
.

Mingəçevirdə gənc bıçaqlanıb

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb

14:10 183
.

Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya

"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs

16:10 170
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

17:10 136
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir

10:47 204
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

16:18 153
.

Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi

Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini

14:20 166
.