Doğulduğu fəslin insanın xarakterinə təsiri varmış - Fəslini de, kim olduğunu deyim
Mütəxəssislərin fikrincə, insanların sevimli fəsli onun xarakterindən xəbər verir. Hansı fəsli çox sevməsinə görə insanları psixotiplərə bölmək mümkündür. Lent.az fəsillərə sevginiz əsasında xarakter tipinizi təqdim edir:
Yay fəslini sevən insanlar lider ruhlu olurlar.
Onlar təbiətcə çox yüksək keyfiyyətlərə malik, zəkalı və özlərinə əmin insanlardır. Həyatı daha rəngli və parlaq yaşamağı seçirlər. İnadkar olduqları üçün çox nadir hallarda güzəştə gedirlər. Çox rahat şəkildə problemləri həll edə, istənilən vəziyyətdən çıxış yolu tapa bilirlər.
Payız insanları dəyişkən xarakterli olurlar.
"Payız fəslini sevənlər daha çox romantik insanlar olurlar" deyimi əfsanədir. Psixoloqların fikrincə, payızı sevən insanlar daha çox ciddi, qapalı və utancaq olurlar: "Onlar çox şeyi danışmaz, hər mühitə və hər insana uyğunlaşmazlar. Həyatlarına yeni insanları qəbul etməkdə tərəddüd edirlər. Səs-küylü mühiti sevməz, yeni insanları tanımağa cəhd etməzlər. Əsəb sistemləri çox zəifdir. Depressiyaya meyilli olurlar. Pozitiv ab-havadan əsəb moduna keçmələri an məsələsidir.
Qış insanları çox düşünüb, az danışmağı sevirlər.
Həyatda özləri, öz prinsipləri üçün yaşayırlar. Eynilə payız insanları kimi qapalıdılar və səs-küylü ortamdan uzaq dururlar. Normadan artıq münasibəti, ünsiyyəti sevmirlər. Ətrafında özləri kimi düşünən insanları saxlamağa çalışırlar. Çox tələbkar və inadkardırlar.
Mütəmadi olaraq insanları sınamağa çalışırlar. Çox düşünüb, az danışmağı sevirlər. Soyuq sevdikləri üçün özləri də soyuq olurlar. Nə yaşayırlarsa, iç dünyasında yaşayırlar. Bu ruh halı onların ətrafına da təsir edir.
Yaz insanlarının dostluqları anlıq olur.
Yaz insanları tez-tez depressiyaya düşməyə meyilli olsalar da, düşdükləri kimi çıxmağı da bacarırlar. Sevimli fəsli yaz olanlar daha çox mülayim və şən insanlardır. Həyatın dərinliklərinə varmır, hər şeyə rahat baxırlar. Yəni qayğısızdılar. Özlərini xoşbəxt etməyi çox sevirlər. Özləri üçün tələbkardılar. Xaraktercə eqoist, təbiətcə romantik olurlar. Yaz kimi hər şey onlar üçün tez gəlib keçir. Qətifikirli deyillər. Ünsiyyəti, macəranı çox sevirlər. Gözləyirlər ki, kimsə onun əvəzinə qərar versin. Dostluq etməyi sevsələr də, təəssüf ki, uzun müddət çəkmir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2440 Tarix: 06 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Kamboca Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
11:59 180 Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət
11:13 215 İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah
10:57 197 9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir
10:47 199 Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik
11:56 169 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 175 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
17:00 128 Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
13:50 210 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü
Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb. O, dərhal xəstəxanay
13:29 199