Həbs edilən əsgərin məmur atası: "Oğlumun harada olduğundan xəbərim yoxdur" - YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Bakıda avtoşluq etdiyinə görə həbs olunan əsgər Əziz Məlikov ötən ayın 28-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilib. Onun barəsində "komandanlığın müşahidəsi altına vermə" qətimkan tədbiri seçilib. Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə, Hərbi prokurorluğun təqdimatı əsasında 6 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə yenidən həbs olunub.
Bu barədə "Unikal"a açıqlama verən Əziz Məlikovun atası Soltanpaşa Məlikov məsələdən xəbərsiz olduğunu bildirib:
"Mənim bu barədə məlumatım yoxdur. Ümumiyyətlə, hazırda oğlumun harada olduğunu bilmirəm. Öyrənib sizə məlumat verərəm", - deyə o əlavə edib.
Qeyd edək ki, Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir.
21:01
Xəbər verdiyimiz kimi, iş adamının hərbi xidmətdə olan oğlu Bakıda avtoşluq edərək görüntülərini sosial şəbəkələrdə paylaşmışdı.
Baş Prokurorluğun Mətbuat Xidmətindən "Qafqaninfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Hərbi prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun xidmət yerini özbaşına tərk edərək hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırması müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş və Bakı Hərbi Məhkəməsinin qərarı ilə 22 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əziz Məlikovun müdafiəçisinin şikayəti əsasında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmaqla, o, həbsdən azad edilmiş və barəsində "komandanlığın müşahidəsi altına vermə" qətimkan tədbiri seçilmişdir.
Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında 06 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində təkrarən həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq davam etdirilir.
Qeyd edək ki, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Soltanpaşa Məlikov Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1577 Tarix: 06 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞənbə günü Bakıda 30 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-1
05.06.2026 190 Musa Nağıyevin evi 2 milyona satışa çıxarıldı
Bakının mərkəzində, məşhur xeyriyyəçi Ağa Musa Nağıyevə məxsus olmuş memarlıq abidəsi statuslu binalardan birində yerləşən mənzil satışa çıxarılıb. xəbər verir ki, sözügedən mənzil Səməd Vurğun küçəsində yerləşir. Bildirilir ki, bina cəmi 3 mərtəbədən ibarətdir və hər mərtəbədə yalnız bir mənzil yerləşir
05.06.2026 225 "Özümü 35 yaşında hiss edirəm"
"Fərqli qadınam. Bir gün uzun, bir gün qısa saçda gəzərəm. İmicdir. Hələ mən dəyişikliyi az edirəm". Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Gün ortası" verilişində deyib. Fatimə tez-tez görünüşündə dəyişiklik etməsindən danışıb. O bildirib ki, görünüşünə pu
05.06.2026 189 Günəşin heç batmadığı dağlarda 20 min avroluq xəzinə ovu
Finlandiyanın məşhur xizək mərkəzi Levi yay mövsümünü 20.00 avro dəyərində qızıl axtarışı ilə açır. Gecə yarısı günəşi altında xəzinə tapmaq istəyən iştirakçılar 18 iyun tarixində Levidə bir araya gələcəklər. Qaynarinfo xəbər verir ki, Şimal işıqları və Şaxta Babanın evi ilə tanınan Laponiyanın bu bölgəs
05.06.2026 129 Yandırıcı yay istiləri turistlərin istirahət vərdişlərini dəyişdirir
Son illərdə yayılan güclü istilər dünya üzrə turizm davranışlarını dəyişməyə başlayıb. Qaynarifno xəbər verir ki, bu barədə "National Geographic" yazır. Məlumata görə, Avropada turistlərin böyük hissəsi artıq ənənəvi yay tətili modelini - xüsusilə Aralıq dənizi sahillərində istirahəti - yenidə
05.06.2026 115 "CNN-dən bu məqalənin təkzib edilməsini gözləyirik"
"İyunun 5-i "CNN World" xəbər kanalının internet səhifəsində dərc olunmuş məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddialar tamamil
05.06.2026 174 Gəmidə həlak olan azərbaycanlı AİLƏNİN TƏK OĞLU İMİŞ
İyunun 5-də gecə saatlarında Azov dənizində vurulan gəmidə olan 5 azərbaycanlıdan biri - 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyev Zaqatala rayonu, Aşağı Tala kənd sakinidir. -ın məlumatına görə, M.Əliyev bir neçə il əvvəl Zaqatala rayonundan Rusiyaya - atasının yanına köçüb. O, həmin vaxtda
05.06.2026 333 Ruslan Eyyubov həbsdən azad edildi
Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən məşhur iş adamı Ruslan Eyyubov həbsdən azad edilib. "Qafqazinfo"nun əldə etdiyi özəl məlumata görə, o, ev dustaqlığına buraxılıb. Məhkəmə qətimkan tədbirini dəyişərkən R.Eyyubovun səhhətind
05.06.2026 283 Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı - SƏRƏNCAM
Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb. -a istinadə
05.06.2026 189