Heç vaxt ailə qurmadı, Bakıdan küsüb getdi: Nisə Qasımovanı efirə niyə buraxmadılar?

Heç vaxt ailə qurmadı, Bakıdan küsüb getdi: Nisə Qasımovanı efirə niyə buraxmadılar?Kulis.az Xalq artisti Nisə Qasımova haqqında on maraqlı faktı təqdim edir.

Nisə Fətulla qızı Qasımova 1954-cü il 13 fevralda Bakı şəhərində anadan olub. Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından səhnəyə bağlayır.

Bəstəkar Ələkbər Tağıyev Nisə Qasımovanı "Lalə" qızlar ansamblında "Sədaqətim var" mahnısını oxuyanda dinləyir və səsini çox bəyənir. Bir gün Zeynəb xanımla məşq edəndə Ələkbər Tağıyev deyir ki, bu qızın səsindən xoşum gəlir. Zeynəb xanım ansamblın rəhbəri Ceyran Haşımovaya zəng edir. Deyir, Ələkbər Tağıyev Nisə Qasımovanı yanına çağırır. Nisə xanımı bəstəkarın yanına Zeynəb Xanlarovanın özü gətirir. Deyilənlərə görə, bundan sonra Ələkbər Tağıyev və Zeynəb xanım arasında inciklik başlanır. Bəstəkar ancaq Nisə xanımla işləməyə başlayır.

1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olub Moskvadakı fəaliyyətindən aralanmalı olur. Şöhrətin zirvəsində olan gənc müğənni xalqın sevgisini qazansa da, bununla bərabər, bəzi kolleqalarının qəzəbini də qazanır.

Tez bir müddətdə belə başdöndürən uğurlar qazanan gənc və prespektivli sənətçi elə öz sənət yoldaşlarının sifarişi ilə dəfələrlə təqiblərə və qadağalara məruz qalırdı. Növbəti qalmaqal isə 1975-ci ildə baş verdi. "Leyli və Məcnun" operasının televiziya versiyasında Leylini məharətlə ifa edən Nisə xanım tezliklə Mehdi Məmmədov, Bəhram Mansurov, Nicat Melikov kimi dövrün ziyalılarının təklifi ilə Opera və Balet teatrında Leyli rolunu ifa etmək üçün dəvət alır. Nisə xanımın hələ televersiyadakı uğurundan xoflanan səhnəmizin bəzi "Leyli"ləri bu səhnələşdirmənin qarşısını almaq üçün hər vasitəyə əl atırlar. Artıq yaradıcı heyətlə məşqlərə başlamalarına baxmayaraq yuxarı orqanların göstərişi ilə layihə dayandırılır. Dövri mətbuatda bu layihəylə bağlı dərc olunan sifarişli yazılar və təzyiqlər sonda Azərbaycan Televiziyası arxivində Nisə xanımın ifa etdiyi versiyanın yandırılması ilə nəticələnir.

Nəhayət 1979-cu ildə yeni plastinkası satışa çıxan muğənninin bu dəfə də mahnıları dillər əzbəri olur və Azərbaycanın ən böyük konsert salonlarında böyük anşlaqla konsertləri baş tutur. 1980-ci ildə isə Sovetlər Birliyinin "S pesnyami po jizni" beynəlxalq müsabiqəsində iştirak edən müğənni birinciliyi Azərbaycana qazandırır. Bakıya dönüşündə bu möhtəşəm uğura görə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını alır. Bu sevindirici olayın ardından Nisə xanıma "Özbəkfilm"də çəkilən "Alovlu yollarla" bədii filminə çəkilmək üçün təklif gəlir. Çəkilişlərdən sonra Özbəkistandan Bakıya dönən müğənninin həyatında yenə də xoşagəlməz hallar baş verir. Əvvəlcə Ələkbər Tağıyevin, daha sonra isə qardaşının vaxtsız ölümü Nisə xanımı möhkəm sarsıdır və o, bir neçə il müddətinə səhnə fəaliyyətini dayandırır.

Deyilənlərə görə, məşhur bəstəkarla müğənni arasında işbirliyindən əlavə, həm də çox böyük sevgi yaşanıb. Onların bir-birini sevməsi uzun illər dillər əzbəri olub. Hətta bəstəkar son nəfəsini verən anda belə Nisə Qasımovanı görmək istəyib. Bəstəkarın oğlu Xaliq müsahibələrinin birində həmin günü belə xatırlayır:

"Ürəyi xəstə idi, Nardaranda bağda gül əkəcəkdi, anam dedi ki, halın yaxşı deyil, getmə. Dedi, yox, getməliyəm. Nisə xanım da bizdə idi. Qəfildən halı pisləşdi, həkim çağırdıq. Hər kəsi otaqdan çıxardı. Yalnız qardaşımı yanına buraxdı. Qardaşıma deyib ki, məndən sonra evin böyüyü sənsən, onlara böyüklük elə. Bir də Nisə Qasımovanı ona tapşırıb, deyib ki, o qızdan muğayat ol".

Nisə Qasımova bəstəkarı xatırlayarkən deyir:

"O, şəxsən məni həbsxana şəraitində saxlayırdı. Filan yeməyi yemək olmaz, isti, yaxud soyuq su içmək olmaz. Dükan, bazar, dayı, bibi evinə gedib-gəlmək olmaz. Məhbus həyatından sonra mən ekrana çıxanda çox azad olurdum. İnsanlarla ünsiyyət üçün can atır, onlara sevgimi göstərmək istəyirdim. O zamana görə kraliçalar kimi yaşayan, dolanan bir sənətçi idim. O vaxt haqqımda az qala rəvayətlər dolaşırdı. O qədər əzizlənirdim ki, biri alman gəlinciyi, biri "ukrainka", biri kraliça deyirdi mənə. Bir sözlə, "pəmbə dövrü" yaşayırdım. Sonra tək qaldım. Nağıl bitdi. Mənim "pəmbə" dövrüm bitdi yəni. Və sonunda mən tək qaldım. Ağır olanı bu idi. O zaman dərdimdən ölənlər, mənə ailə qurmaq təklifi edənlər, filanlar birdən yoxa çıxdılar. Ələkbər Tağıyev öləndən sonra. Təsəvvür edin ki, bəstəkarlara müraciət edirdim, mənə mahnı belə vermirdilər. Adlarını çəkmək istəmirəm amma, soruşmayın. Səbəbi zamanında ancaq Ələkbər Tağıyevlə işləməyim idi. Deyirdilər, onunla oxuyanda bizi saymırdın. Onun ölümündən sonra siqaret mənim aksesuarlarımdan birinə çevrildi. Bu ölüm mənim siqaretə başlamağım üçün ciddi səbəblərimdən biri idi".

Deyilənlərə görə, Nisə Qasımova və Zeynəb Xanlarova arasında hələ gənclik illərində müəyyən problemlər yaranıb. Onların münasibətlərinin pozulması isə Nisə xanımın Ələkbər Tağıyevlə işləməyə başlamasından sonra baş verib. Nisə Qasımova müsahibələrinin birində deyir:

"O vaxt məni bu sənətdə görmək istəməyənlər çox idi. Özümə yaraşdırmıram bu sözü deməyi, lakin mənə paxıllıq edənlər çox oldu. Bu sənətdə hər bir kəs bir-birinə rəqibdir. Bəzi insanlar elə bilirlər ki, Zeynəb mənim düşmənim olub. Lakin səmimi sözümdür, bizim aramızda heç vaxt münaqişə olmayıb. Bir-birimizə hörmət edirik. Mən onun xətrini çox istəyirəm".

Nisə xanım 1997-ci ildə Bakıda son konsertini gerçəkləşdirir və Moskvaya köçür. Müğənni Vətəndən uzaq düşür. Ailə üzvlərindən birinin toy məclisində iştirak etmək üçün Bakıya dönən müğənninin gəlişindən xəbər tutan televiziya nümayəndələri onu hava limanında qarşılayıb birbaşa dövlət televiziyasında o zamanlar uğurla yayımlanan "Gəl, səhərim" verilişinin çəkiliş meydançasına gətirirlər. Bakıda olduğu müddətdə xalq tərəfindən sonsuz sevgi ilə qarşılanan sənətkar yenidən taleyin hökmü ilə Vətəndə bir müddət qalmağı qərarlaşdırır.

Çox sevdiyi anasını itirən Xalq artisti Nisə Qasımovanın əzizi üçün axıtdığı göz yaşı artıq onun səsində problemlər yaradır. Müğənni əvvəlki kimi oxuya bilməyəcəyindən ehtiyat edir. Bir müddət səhnə fəaliyyətini dondurur. Namaz qılıb, oruc tutur.

Nisə Qasımova heç vaxt ailə qurmayıb. Özünün sözlərinə görə, hələ gənc yaşlarında bir qohumunu sevsə də, onların ailə qurması alınmayıb. Tale onları ayırıb. Müğənni oxuduğu mahnıların bəzilərində onun ünvanına sevgi mesajları göndərib. Ümumiyyətlə, sevgi, ailə qurmaq haqqında düşünəndə Nisə xanım həmişə məyus olduğunu dilə gətirir. Ailə qurmadığı, dünyaya övlad gətirmədiyi üçün peşman olduğunu deyir. Müğənni açıqlamalarında qardaşının övladını saxladığını, ona nəvə dediyini bildirib.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1432   Tarix: 17 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 213
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

01.11.2026 484
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 401
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 625
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 746
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 695
.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

01.11.2026 572
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 398
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 282
.