Erkən ailə qurdu, sevdiyi insandan ayrıldı, qəfildən dünyasını dəyişdi

Erkən ailə qurdu, sevdiyi insandan ayrıldı, qəfildən dünyasını dəyişdiBiG.AZ Kulis.az-a istinadən aktrisa Ofeliya Məmmədzadə haqqında 10 maraqlı faktı təqdim edir.

1) Ofeliya Məmmədzadənin aktyorluq sənəti ilə heç bir əlaqəsi olmayıb. On beş yaşında məşhur aktyor Gündüz Abbasovla tanış olub, bir-birilərini seviblər. Ancaq Ofeliya xanımın yaşı nikaha düşmədiyindən yaşını üç il artıraraq ailə qurublar.

2) Ofeliya xanımın iki qızı, bir oğlu olur. Cütlüyün xoşbəxt günlərinin birində başlarının üstünü qara buludlar alır: bir müddət sonra Ofeliya Məmmədzadə xəyanətlə üzləşir, o ərinin dövrün məşhur aktrisalarından biri ilə sevgi münasibətinin olmasını eşidir və bunu qəbul edə bilməyib ondan ayrılır.

3) Aktrisa azyaşlı oğlunu götürüb evini tərk edib. Sonradan Gündüz Abbasovun prokuror işləyən qardaşı uşağı aktrisadan hüquqi yolla geri qaytarıb.

4) Gündüz Abbasovdan ayrılan aktrisa bir müddət sonra filmlərə çəkilməyə başlayır. Onun ilk çəkildiyi film isə "Yenilməz batalyon" olur. Aktrisa filmdə Roza adlı bar sahibəsini canlandırır.

5) Gündüz Abbasov Ofeliya Məmmədzadə ilə heç vaxt görüşmür və onun aktrisalığını da qəbul etmir. Onların uşaqlarını Gündüzün anası saxlayır, boya-başa çatdırır.

6) Bir müddət sonra Ofeliya xanım digər həmkarı Hökumə Qurbanovanın keçmiş həyat yoldaşı teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur. Bu evlilikdən onların övladı olmur, ancaq aktrisa onunla düz 27 il birlikdə yaşayır.

7) Aktrisa uzun müddət övladları ilə görüşə bilməyib. Gündüz Abbasov uşaqlarına anaları ilə görüşməyi qəti şəkildə qadağan etsə də, Ofeliya xanım ondan gizlin uşaqlarını görmək üçün bağçaya gedirmiş. Aradan uzun illər keçəndən sonra Gündüz Abbasovun dostunun ad gününə təsadüfən gələn Ofeliya xanım artıq məktəbli olan uşaqlarını orada görüb onlarla görüşə bilir. Ancaq Gündüz Abbasov uşaqlarını Ofeliya xanımın iştirakı etdiyi tamaşaların hamısına aparırmış.

8) Gündüz Abbasovla yolları ayrılsa da o, rəhmətə gedəndə aktrisa onun dəfn mərasiminə gəlir, sonralar qayınanası ilə də ömrünün sonuna qədər ünsiyyətdə olur. Qayınanası rəhmətə gedəndə isə yas məclisinin ortasında hönkürtü ilə ağlayan bir qadın səsi eşidilir. Bu Ofeliya Məmmədzadə olur.

9) Əzizə Əhmədovanın "Mavi gözlərin işığı" adlı romanı Ofeliya Məmmədzadənin və Gündüz Abbasovun həyatından bəhs edir.

10) Aktrisa 11 iyul 2007-ci ildə 67 yaşında ürək tutmasından dünyasını dəyişir. Onun ölümü ilə bağlı müxtəlif şayiələr yayılır, aktrisa rəhmətə gedəndən sonra üç gün öz evində qaldığı deyilir.

Lakin, Ofeliya xanımın qızı Dildar Bədirova müsahibələrinin birində bu haqda deyir:

"Qızım xaricdən gəlmişdi. Anam üçün saat və bəzi hədiyyələr almışdı. Şənbə günü anama zəng vurub ona dedim ki, birinci gün sizə gəlib, hədiyyələrini gətirəcəm. Birinci gün nə qədər zəng vurdum, nə mobil, nə də ev telefonuna cavab verən olmadı. Oğlumu yolladım. Məlum oldu ki, qapı ardından anamın iti hürür, amma qapını açan yoxdu. Oğlumla danışandan sonra özüm gəldim. Qonşunun eyvanına çıxıb anamın eyvanına boylandım. Anamın yataq otağının pəncərəsi onlardan görsənirdi. Diqqətlə baxanda bir əl gördüm. Əvvəl elə bildim səhv edirəm, nəsə gözümə görsənir. Ancaq diqqətlə baxanda gördüm ki, yox, əl anamın əlidir. Bir o yadımdadır ki, divara söykəndim. Və öz-özümə düşündüm ki, o, artıq ölüb. Qapını sındırmalarına icazə vermədim. Qardaşım kranla üçüncü mərtəbəyə çıxıb evə girdi. Anam uzanıqlı vəziyyətdə keçinməmişdi. Elə oturulu, söykənmiş vəziyyətdə qalmışdı. Əli də yanına düşmüşdü. Anamın ürəyi xəstə idi".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2291   Tarix: 17 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 591
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 625
.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

08.11.2026 209
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 286
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 695
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 387
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1615
.

İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma

"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat

01.11.2026 572
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 746
.