Bulvarda skuterlə "avtoşluq" edənlər: İnsanların rahatlığını pozanlar niyə cəzalandırılmır? - AÇIQLAMA
Son günlər Dənizkənarı Bulvar ərazisində insanların istirahətini pozan bir sıra nüanslar artıq fəsadlar yaratmağa başlayıb. Belə ki, əvvəl gənclərin ehtiyatsız şəkildə velosiped sürməsi bulvarda istirahət edən digər şəxsləri narahat edirdisə, indi bu problemə skuter sürənlər də əlavə olunub.
Artıq neçə gündür ki, hər kəs sosial şəbəkədə bu məsələ ilə bağlı iradlar paylaşır. Ötən gün sosial şəbəkədə paylaşılan məlumatlardan birində iddia edilib:
"Bulvar ərazisində skuterlə "avtoşluq" edən bir şəxs balaca uşağı vurdu. Nəticədə uşağın ayağı qırıldı, atası da həmin şəxsi döydü. Skuter sürənlərin ucbatından axşam bulvarda normal gəzmək olmur".
Bu sadəcə baş verən hadisələrdən biridir. Çoxsaylı şikayətləri nəzərə alaraq mövzuya toxunmaq qərarına gəldik.
Bulvar ərazisində mühafizə xidməti var. Bəs bu cür hallarda həmin mühafizə xidmətinin işi nədən ibarətdir? Mütləq hər hansı hadisə baş verməlidir ki, sonra reaksiya olsun?
Bulvar ərazisi boyu itlərin gəzintisi, velosiped və skuter sürülməsi üçün nəzərdə tutulan ərazilərdə xüsusi nişanlar var, doğrudur. Lakin əgər bu nişanlara riayət edilmirsə, kim, necə, hansı hadisənin, problemin qarşısını ala bilər?
Məsələ ilə bağlı "Dənizkənarı Bulvar İdarəsi"nin mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən hadisə barədə məlumatlıdırlar:
"Təəssüf ki, belə bir hadisə olub. Eyni zamanda bir neçə vaxtdır skuterlə bağlı mövcud vəziyyətdən də İdarənin xəbəri var. Bildirmək istərdik ki, dənizkənarı bulvarda insanların kütləvi şəkildə istirahət etdiyi ərazilərdə skuterlərin, velosipedlərin hərəkəti ilə bağlı qadağanedici nişanlar yerləşdirilib. Ümumiyyətlə bütün bulvarın qadağanedici nişanlar olmayan ərazilərində skuterlərin, velosipedlərin hərəkətinə icazə verilir.
Lakin qadağanedici nişanlar qoyulubsa, orada skuter, velosiped sürmək olmaz. Bu, ərazidə istirahət edən sakinlərin təhlükəsizliyini qorumaq məqsədilə qoyulub. Bulvarın mühafizə xidməti insanların həmin nişanların tələblərinə riayət etmələrinə nəzarət edirlər. Skuterləri yüksək sürətlə sürən şəxslər gördükdə mühafizə xidmətinin əməkdaşları onlara xəbərdarlıq edir. Yəni, mühafizə xidmətinin səlahiyyəti yalnız xəbərdarlıq edərək, tövsiyə verməkdən ibarətdir.
Təəssüf ki, qanunvericiliklə elə bir səlahiyyətimiz yoxdur ki, hər hansı qadağa, məhdudiyyət tətbiq edək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 854 Tarix: 04 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995