Bulvarda beş qadın nəvə, nənə və rəfiqəsini döydü: DİN HƏRƏKƏTƏ KEÇDİ - VİDEO
Tanınmış həkimin övladı, anası və anasının rəfiqəsi bulvarda döyülüb.
Bu barədə həkim Esmira Qurbanova yerli medialara məlumat verib. Belə ki, həkim iddia edir ki, onun anası İnna Babayeva rəfiqəsi və nəvəsi ilə birlikdə dənizkənarı bulvar ərazisində gəzərkən beş nəfər naməlum qadın onları döyüb:
"Övladım nənəsi ilə birgə gəzməyə çıxıb. Qızım bulvar ərazisində velosiped sürürdü. Həmin beş qadın isə yol ortasında dayanaraq söhbət edirdi. Həmin qadınlar kənara çəkilmədiyi üçün yoldan çıxan balaca velosipeddən yıxılıb. Anam uşağın yıxıldığını görüb və buna görə həmin qadınlara irad bildirib. Anamın iradından sonra üzr istəmək yerinə həmin qadınlar anama, övladıma və anamın rəfiqəsinə hücum çəkərək döyüblər. Hadisə yerinə post patrul əməkdaşları çağrılıb, lakin buna baxmayaraq, qadınlar polis əməkdaşlarının yanında belə əxlaqsız ifadələr səsləndirməyə davam ediblər. Mən inanıram ki, hüquq-mühafizə orqanları məsələni araşdıracaq və qanunvericilik çərçivəsində qarşı tərəf məsuliyyətə cəlb ediləcək".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiası ilə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlara cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib:
"Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1590 Tarix: 04 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət qurumları məsuliyyəti bir-birinin üzərinə atır: qanun nə deyir? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Dövlət qurumlarının mediada ictimailəşdirilən problemlərə münasibətdə məsuliyyətin bir-birinin üzərinə atılması cəmiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biridir. Bu cür hallar xüsusilə vətəndaş şikayətləri, ictimai xidmətlər və idarəetmə problemləri ilə bağlı xəbərlərdə daha qabarıq görünür. Mövcu
04.06.2026 165 Ermənistanda seçkilərin taleyini hansı amillər müəyyən edəcək?
"Ermənistanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalıb. Bu prosesin həm Ermənistanın daxili siyasəti, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıdığını demək olar. Seçkilərin nəticələri Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyinə, Türkiyə-Ermənistan normallaşma prosesinə
04.06.2026 186 "Fənərbaxça"nın prezidenti həbs olundu
Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Sadettin Saran barəsində qanunsuz mərc oyunlarının təşviqi ittihamı üzrə məhkəmə qərarı elan olunub. yerli mediaya istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmə qərarını
04.06.2026 75 Tramp bu halda yenidən müharibəyə başlayacaq
ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə qeyri-rəsmi şəkildə bildirib ki, İranla qüvvədə olan atəşkəsi qorumaq niyyətindədir. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Yalnız İranın hücumları nəticəsində ABŞ hərbçiləri həlak olacağı təqdirdə genişmiqyaslı hərb
04.06.2026 1 Ermənistanın keçmiş müdafiə nazirindən hərbi aviasiya ilə bağlı çağırış
Ermənistan Rusiyadan Su-30SM qırıcı təyyarələrinin alınmasını davam etdirməlidir. xəbər verir ki, bunu Sputnik Armenia-ya açıqlamasında Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan bildirib. O qeyd edib ki, nazir vəzifəsində çalışdığı dövrdə Yerevan Moskvadan bu tip dörd qırıcı təyyarə alıb və həmi
04.06.2026 166 Rusiya Ukraynanı bombaladı
Rusiya ordusunun Ukraynanın Xarkov vilayəti və Xerson vilayətinə endirdiyi hücumlar nəticəsində son 24 saat ərzində 9 nəfər həyatını itirib, 47 nəfər yaralanıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbər
04.06.2026 171 Dünyanın ən xoşbəxt şəhərləri açıqlandı (SİYAHI)
Hər il dərc olunan "Xoşbəxt Şəhər İndeksi" hesabatının 2026-cı il nəticələri açıqlanıb. Qaynarinfo xəbər verir ki, reytinq şəhərlərin idarəetmə, vətəndaş iştirakçılığı, iqtisadiyyat, səhiyyə, ətraf mühit və nəqliyyat kimi sahələrdəki göstəricilərinə əsasən tərtib olunub. Siyahıya görə dünyanı
04.06.2026 1 "Çelsi"nin əfsanəvi bombardiri vəfat etdi
Uzun illər "Çelsi"nin bombardiri olan keçmiş hücumçu Bobbi Tamblinq 84 yaşında vəfat edib. xəbər verir ki, futbolçu 1959-1970-ci illərdə London klubunun heyətində 370 oyuna çıxıb və 202 qol vurub. O, bu göstərici ilə "Çelsi"nin tarixində ən çox qol vuran futbolçu rekordunu müəyyənləşdirib
04.06.2026 1 Telefon və selfi çubuğu ilə reportaj: YouTube kanalları nəzarətə götürülməlidirmi? - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər Azərbaycanda fəaliyyət göstərən bəzi "YouTube media" kanallarının sayı sürətlə artsa da, onların bir qisminin peşəkar jurnalistika prinsiplərindən uzaq fəaliyyəti ciddi müzakirələrə səbəb olur. Xüsusilə, müxbirlərin heç bir texniki təminat olmadan yalnız telefon və selfi çubuğu il
04.06.2026 130