Londonda Azərbaycan səfirliyinə hücum təşkil edən Yasir əl-Həbib kimdir?
4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.
Dini dəstənin küveytli İslam alimi Yasir Əl-Həbibin tərəfdarları olduğu bildirilir.
Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki , Yasir əl-Həbib bir neçə dəfə həbs olunub və hazırda İngiltərədə məzhəblərarası ixtilaf yaymaqla məşğuldur:
"Londondakı səfirliyimizə hücum edənlər "Mehdinin xidmətçiləri" adlanan radikal dini qruplaşmadır. Bu qruplaşmanın lideri Yasir əl-Həbibdir. Küveyt əsilli bir şəxsdir. O, Küveytdə başqa məzhəblərin müqəddəslərini təhqir etdiyinə görə 2004-cü ildə 10 il müddətinə həbs olunub. Bir neçə ay sonra Küveytin müstəqillik günü münasibətilə azad olunub. Bir neçə gün sonra yenidən həbsinə qərar verilib, amma o, Küveytdən qaçmağı bacarıb. Küveytdən İraqa, daha sonra İngiltərəyə gedib və orada sığınacaq alıb."Mehdinin xidmətçiləri"nin Britaniyada Əl-Müəassin adlı məscidləri var. Eyni zamanda onların "Fədək" adlı bir kanalı var. Bu kanal radikal məzhəbçi, məzhəblərarası münasibətlərə zərər vuracaq fikirlər yayırlar. Yasir əl- Həbİb özü də bu fikirləri yayır, şiə-sünni ixtilafı çıxararaq müsəlmanları böləcək fikirləri gündəmə gətirir. Buna görə də İslam dünyasında onların hörməti yoxdur. Çox az bir qrup, xüsusilə, ərəb ölkələrindəki radikal qruplar onları dəstəkləyirlər. Bu son addım göstərdi ki, onlar heç bir dəyərə malik insanlar deyillər. Azərbaycan bayrağının içində islami dəyərlər də var. Yaşıl rəng İslamı təmsil edir. Onlar özlərini İslama aid edirlərsə, İslamın simvolu olan bayrağı yerə atmaları onların nəyə qulluq etdiyini göstərir. Əlbəttə ki, onların bu hərəkətləri Azərbaycan xalqında radikal qruplaşmalara qarşı nifrəti daha da artırır. Çünki bu insanlardan heç bir dövlət və millət xeyir görməyib. Onların hərəkətləri millətlərarası, dövlətlərarası, həmçinin məzhəblərarası ədavətə istiqamətlənib. Azərbaycanda tarixən tolerantlıq, dinlərarası və məzhəblərarası harmoniya hökm sürüb. Belə qruplaşmalar bu harmoniyanı daha da gücləndirib. İslamın iki böyük məzhəbinin nümayəndələri tarixən Azərbaycanda fəaliyyət göstərib və bu gün də belədir. Radikal qrup nümayəndələrinin şüarlarına baxdıqda guya Əhli-beyti müdafiə edirlər, amma onlar Əhli-beytin irəli sürdüyü dəyərləri bilsəydilər, belə hərəkət etməzdilər. Onların hərəkətləri Əhli-beytin dəyərlərinə ziddir. Azərbaycanda Əhli-beytə həmişə hörmət olub. Məzhəbindən asılı olmayaraq Azərbaycan xalqının nümayəndələri imam Hüseynə ehtiram göstəriblər. İmam Hüseynin qardaşlığa əsaslanan dəyərlərini bu radikal qrup insanların gözündə düşmənçilik dəyərləri kimi göstərməyə çalışırlar. Bu qrupun nə imam Hüseynlə, nə də Əhli-beytlə əıaqəsi var. Son hərəkət də bir daha bunu sübut etdi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1937 Tarix: 05 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAnkarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto
Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:
08.11.2026 247 İlham Əliyev Kamboca Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
11:59 128 Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 304 Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə: Prezident İlham Əliyevin müraciətinin siyasi və tarixi mesajları
Azərbaycan xalqının dövlətçilik tarixində 8 Noyabr - Zəfər Günü milli iradənin, siyasi qətiyyətin, hərbi qüdrətin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu günün əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər dava
11:37 125 ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
08.11.2026 273 Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola
08.11.2026 244 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 328 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
08.11.2026 327 İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto
İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd
08.11.2026 201