Sədərəyə gedən avtobus marşrutları ləğv edilib?

Sədərəyə gedən avtobus marşrutları ləğv edilib?Sədərək Ticarət Mərkəzinə hərəkət edən marşrut avtobuslarının sayının azaldılması ticarət mərkəzinin sahibkarlarının narazılığına səbəb olub.

BiG.AZ-ın məlumatına görə, bu barədə ticarət mərkəzinin sahibkarları "trend"ə xəbər verib.

Sahibkar Allahyar Musayev bildirir ki, ticarət mərkəzinə müştəri axını çox olsa da, bu istiqamətdə hərəkət edən marşrut avtobuslarının sayı kəskin azaldılıb.

"Ticarət Mərkəzinə cəmi bir marşrut işləyir. 211 saylı marşrut xətti əvvəllər normal işləsə də, son vaxtlar həmin marşrutdakı avtobusların sayı azaldılıb. Əgər əvvəllər buradan marşrut avtobusu 5-10 dəqiqədən bir çıxırdısa, indi yarım saatlarla avtobus gözləyirik. Elə olur ki, avtobus bir saatdan bir gəlir. Ticarət mərkəzinə gəlib-getmək mümkün olmur. Avtobusda və dayanacaqlarda sıxlıq yaranır. Dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etsək də, problemin həllinə çalışan yoxdur. Nəticədə sahibkarlar da əziyyət çəkir, müştərilər də", - sahibkar bildirib.

Digər sahibkar Namiq Həsənov isə bildirir ki, əvvəllər şəhərin mərkəzi hissələrindən Sədərək Ticarət Mərkəzinə 10-a yaxın marşrut xətti işləsə də, son vaxtlar həmin marşrutların fəaliyyəti qəfil dayandırılıb: "Əvvəllər Bakının Nizami rayonu, Yasamal rayonu, Xətai rayonu istiqamətindən, metronun "Xalqlar Dostluğu", "Gənclik", "28 may", "20 yanvar" stansiyalarının qarşısından bu istiqamətə ayrıca marşrut xətləri işləyirdi. Hər marşrut xətti üzrə 20-dən çox avtobus fəaliyyət göstərirdi. Amma bir ildən artıqdır ki, həmin marşrutların fəaliyyəti tam dayandırılıb. İndi yalnız "Memar Əcəmi" metrostansiyasından 211 saylı marşrut xətti gəlir, digər marşrut xətləri isə ləğv edilib. Mən hər gün "Xalqlar dostluğu"stansiyasından işə gəlmək üçün saatlarla yollarda qalıram".

Sahibkar bildirir ki, son vaxtlar Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkət edən yeganə marşrut xətti olan 211 saylı marşrut xəttində də avtobusların sayı azaldılıb: "Əvvəllər 211 saylı marşrut xəttində 15-17 avtobus işləyirdi. İndi həmin avtobusların sayı 7-yə endirilib. Nəticədə 1 saat, saat yarım avtobus gözləyirik. Artıq dözülməz həddəyik. İş yerindən evə, evdən iş yerinə 3 saata çata bilmirik".

Bakı Nəqliyyat Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Sədərək Ticarət Mərkəzi istiqamətində 8 müntəzəm marşrut xətti üzrə (120, 126, 130, 174, 176, 164, 206 və 211) 70-dən artıq orta və iritutumlu avtobuslar fəaliyyət göstərir. Bu marşrut xətləri üzrə avtobuslar Sədərək Ticarət Mərkəzini Bayıl qəsəbəsi 20-ci sahə, Lökbatan, Biləcəri, Binəqədi, Xırdalan, Yasamal yaşayış sahələri, eləcə də metronun "20 Yanvar", "Elmlər Akademiyası", "Avtovağzal" və "Gənclik" stansiyaları ilə birbaşa əlaqələndirir.

"Vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə ticarət mərkəzi istiqamətində sərnişindaşımaların yaxşılaşdırılması daim diqqətdə saxlanılır. Agentlik tərəfindən Sədərək ticarət mərkəzinə yeni 194 nömrəli marşrut təşkil edilib, 211 nömrəli marşrut "BakuBus" MMC-yə həvalə edilərək, avtobuslar müasir iritutumlu avtobuslarla əvəzlənib. Hazırda isə Sədərək Ticarət Mərkəzini "Xalqlar Dostluğu", "Neftçilər", "Qara Qarayev", "Koroğlu" və "Sahil" metro stansiyaları ilə əlaqələndirən ekspres xəttin təşkil edilməsi istiqamətində təhlil işləri aparılır.

Bütün digər, o cümlədən Sədərək Ticarət Mərkəzi istiqamətində də müntəzəm marşrut xətləri üzrə gündəlik reysə çıxan avtobus sayı sərnişin tələbatına uyğun tənzimlənir. "BakuBus" MMC-nin istismarında olan 211 nömrəli müntəzəm marşrut xətti üzrə adi rejimdə 15-16 avtobus fəaliyyət göstərirdisə, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla daşımalara 10-11 avtobus cəlb edilir", - deyə məlumatda qeyd olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6879   Tarix: 05 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

08.11.2026 247
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

11:59 128
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 304
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə: Prezident İlham Əliyevin müraciətinin siyasi və tarixi mesajları

Azərbaycan xalqının dövlətçilik tarixində 8 Noyabr - Zəfər Günü milli iradənin, siyasi qətiyyətin, hərbi qüdrətin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu günün əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər dava

11:37 125
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

08.11.2026 273
.

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır

Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə sıx bağlıdır. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurası Katibliyinin rəhbəri Abbas Əli Kədxudayi bildirib. İranın Ali rəhbəri Müctəba Xameneinin adıçəkilən şura ilə əlaqələndiricisi ola

08.11.2026 244
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

08.11.2026 328
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 327
.

İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto

İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd

08.11.2026 201
.