QMİ-dən BƏYANAT: "Londonda Azərbaycan bayrağına din təəssübkeşliyi bəhanəsi ilə həqarət təxribatdır"

QMİ-dən BƏYANAT: "Londonda Azərbaycan bayrağına din təəssübkeşliyi bəhanəsi ilə həqarət təxribatdır"Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktını narahatlıq hissi ilə qətiyyətlə pisləyir və öncədən hazırlanmış, siyasi məqsədli terror, vandalizm aktı kimi qiymətləndirir.

Bu barədə QMİ-dən daxil olan bəyanatda bildirilib.

"Bu hadisə Azərbaycan Respublikasına, ümumən beynəlxalq hüquqa zidd təxribat aktıdır. Aşkar şəkildə dindən sui-istifadə edən "Mehdinin xidmətçiləri" adlı radikal qruplaşmanın müstəqil Azərbaycanın suverenliyini və atributunu – dövlət bayrağını hədəf alması, aksiyanın dini şüarlar və məzhəbi tələblərlə müşayiət olunması dindən sui-istifadə və nifrətə çağırış kimi dəyərləndirilə bilər.

Azərbaycan dinlər və məzhəblərarası dostluq, qardaşlıq, anlaşma mühitinin hökm sürdüyü nadir ölkələrdəndir. Ölkəmiz öz milli-mənəvi dəyərlərinə yüksək ehtiramı, dini irsinə, ənənələrinə ali diqqəti ilə tanınan, bəşəri dəyərlərə istinad edən hüquqi-demokratik, dünyəvi dövlətdir. Məzhəb ayrı-seçkiliyi və dini dözümsüzlük, dini radikallıq və ksenofobiya təzahürləri Azərbaycan cəmiyyətinə yaddır. Azərbaycanda müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhudilər, bütün dini və milli azlıqlar öz mədəni dəyərlərini inkişaf etdirir, dini ayin və ibadətlərini azad həyata keçirirlər. Biz öz tolerant, multikultural həyat tərzimizi birgəyaşayış modeli olaraq dünyaya təqdim edirik.

Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan cəmiyyətində radikal, ekstremist qüvvələrə, onların destruktiv ideologiyalarına yer yoxdur və Azərbaycan dindarları heç vaxt belə qüvvələrin məkrli təxribatlarının ardınca getməyəcəklər. Azərbaycan bayrağına siyasi sifarişlə, din, məzhəb təəssübkeşliyi bəhanəsi ilə həqarət olunması yolverilməz təxribatdır və ümidvarıq ki, Böyük Britaniya hökuməti hadisə ilə bağlı lazımi ölçü götürəcək. Düşmən qüvvələr Zəfərimizin əsas mənbəyinin milli, dini birliyimizin olduğunu gözəl bilir, bu səbəbdən məhz bu birliyi hədəf alırlar. Heç bir qüvvə güclü, sarsılmaz Azərbaycan dövlətinin bayrağını endirə, mənəviyyatımıza, birliyimizə, mənəvi ənənələrimizə xələl gətirə bilməz. Əhli-Beytə ehtiramın uca tutulduğu, İslami dəyərlərə yüksək qiymət verildiyi ölkəmizdə milli-dini vəhdətimizə heç kim xələl gətirə, nifaq sala və birliyimizi dağıda bilməz. Milli-mənəvi dəyərlər bizim ümummilli sərvətimizdir. Bütün qələbələrimizin kökündə tarixən qoruyub saxladığımız bu dəyərlər durur və Azərbaycan bu irsə istinadən hər zaman qələbələr qazanacaq, yeni tarixi Zəfərlərə imza atacaq, inşallah!" - bəyanatda deyilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 785   Tarix: 05 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kəlbəcərə dolu yağdı - Video

Kəlbəcərdə bu gün hava şəraiti kəskin dəyişib. Rayona dolu yağıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının rektoru Almaz Mahmud paylaşım edib. Görüntüləri təqdim edirik:

15:49 166
.

İsrail ordusu: Bu gün Qəzzaya endirilən hava zərbələri nəticəsində 2 HƏMAS komandiri öldürülüb

İsrail ordusu bu gün Qəzza zolağında HƏMAS-ın iki komandirinin öldürüldüyünü bildirib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, Qəzza şəhərinin Şati düşərgəsinə edilən bir zərbə nəticəsində İsrail Müdafiə Qüvvələri tərəfindən Həmasın tank əleyhinə bölməsinin komandiri kimi tanınan Bila

10:12 321
.

Namizədliyini geri götürdü, Kinematoqrafçılar İttifaqından gedir

"Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) icraçı katibi vəzifəsində çalışmağım ilə bağlı müqaviləm hazırda qüvvədədir". xəbər verir ki, bu barədə APA-ya açıqlamasında kinorejissor Əli İsa Cabbarov bildirib. O, AKİ sədrliyinə namizədliyini geri götürdüyünü qeyd edib. Əli İsa Cabbarov işdə

15:18 165
.

Hörmüz boğazında nəqliyyatın bərpası: İran şərtlər siyahısı hazırlayır

İran Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Taninin naviqasiya azadlığına hörmət edilməsi ilə bağlı tələbindən sonra Hörmüz boğazında gəmiçilik fəaliyyətinin bərpası üçün şərtlər siyahısı hazırlamağa razılaşıb. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. "Keçmişd

10:37 163
.

Kolumbiyada meşə yanğınları 50 min hektar ərazini məhv edib

Kolumbiyanın Tolima bölgəsində baş verən meşə yanğınları geniş ərazidə ciddi fəsadlara səbəb olub. Yerli KİV-in məlumatına görə, yanğınlar nəticəsində ümumilikdə 50 min hektardan çox ərazi zərər görüb. Bunun 28 min hektarını kənd təsərrüfatı və heyvandarlıq üçün istifadə olunan sahələr təşkil edir. Preziden

20:45 1
.

Sədr səlahiyyətləri Şəfiqə Məmmədovaya həvalə edildi

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda İttifaqın cari fəaliyyəti, qarşıda duran təşkilati məsələlər, üzvlük məsələləri və növbəti Konfransın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İclasın yekunund

16:15 136
.

11 il məktəb, amma minimum balı toplamaq mümkün olmadı - Səbəb nədir?

"28 min abituriyentin müsabiqədən kənarda qalmasının əsas səbəbi onların müsabiqədə iştirak üçün tələb olunan minimum balı toplaya bilməməsidir. Bu rəqəm, ilk növbədə, orta məktəbdə verilən biliklərlə ali məktəblərə qəbul imtahanının tələbləri arasında ciddi fərqin olduğunu göstərir". Bun

11:26 224
.

"Qanun" nəşriyyatının tərcüməçisi dağda öldü - Araşdırma aparılır

"Qanun" nəşriyyatının tərcüməçisi Ziya Muradov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkədə "Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu paylaşım edib. Bildirib ki, Ziya Muradov Quba ərazisində 17 nəfərlik turist qrupu ilə dağ yürüşündə olarkən həyatın

10:55 205
.

Dubayda qəribə görünən qadağalar: bu barədə heç düşünmüsünüz

Birləşmiş Ərəb Əmirlikləri dünyəvi qanunvericiliklə yanaşı, İslamın təsir etdiyi normaların da mövcud olduğu bir ölkədir. Xüsusilə, yerli əhali İslamın müqəddəs mətnlərinə - Quran və Sünnəyə əsaslanan qaydalara riayət edir. Bu qaydalara, digər şeylərlə yanaşı, dini liderlərə, ümumiyyətlə, İslama hörmə

19:45 2
.