Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı cinayət işi başlanılıb
Avqustun 4-də bir çox yerli və xarici media resurslarında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsini əks etdirən videogörüntülər yayılıb.
Bu barədə BiG.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək məqsədi ilə "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə zidd olaraq qeyd edilən tarixdə yerli vaxtla saat 16-17 radələrində London şəhəri, 4 Kensinqton Court W8 5DL ünvanında yerləşən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücum etməklə əmlakı qəsdən zədələmələrinə, binanın eyvanına qalxaraq dövlət rəmzi olan Azərbaycan bayrağını yerə atmaqla təhqiredici hərəkətlər etmələrinə, daha sonra özləri ilə gətirdikləri bayraq və plakatları eyvandan asıb, boyalar vasitəsi ilə inzibati binanın divarlarına müxtəlif məzmunlu dini şüarlar yazmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.
Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 767 Tarix: 06 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRəqəmsal mühit genişlənir: iqtisadiyyat və əmək bazarında nələr dəyişir?
"Rəqəmsallaşmanın və rəqəmsal mühitin genişlənməsi iqtisadiyyatın və cəmiyyətin inkişafına əhəmiyyətli təsir göstərən əsas amillərdən birinə çevrilib. Rəqəmsal texnologiyaların tətbiqi istehsalın səmərəliliyini artırır, məhsul və xidmətlərin keyfiyyətini yüksəldir, vaxt və resurslara qənaət etməy
14:35 165 İsrail Türkiyəyə meydan oxuyur? - Regionda yeni müharibə riski
İsrail ilə Türkiyə arasında davam edən və əsasən siyasi-diplomatik müstəvidə özünü göstərən gərginlik son zamanlar daha ciddi xarakter alıb. İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın İdlib əyalətinin şərq hissəsində yerləşən "Əbu-əl-Duhur" hərbi aviabazasına zərbə endirməsindən sonra Ankar
12:53 209 Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq
Bu gündən başlayaraq sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Axşam.az-a verilən xəbərə görə, meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq. Məlumata görə, Aurigid meteorları Yer atmosferinə təxminən 66-6
13:35 183 Benites həmişə Alonsonun gələcəkdə yaxşı məşqçi olacağına inanıb: Arbeloa haqqında nə deyib?
Xabi Alonso və Alvaro Arbeloa ötən mövsüm "Real"ı çalışdırıblar və ispanlar yeni mövsümə İngiltərənin "Çelsi" və "Fulhem" klublarının baş məşqçiləri kimi başlayıblar. -ın xarici mediaya istinadən məlumatına görə, məşqçilər Premyer Liqanın ilk turunda qarşılaşıblar və "mavilər"
19:30 1 Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək
Bu ilki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonun iş ili ola bilər. xəbər verir ki, yaş və işin daha yaxşı təşkili ilə bağlı onunla yolların ayrılması qərarının verildiyi bildirilir. Məlumatda deyilir ki, Məleykə Abbaszadə 200-ci ildən bəri bu postu tutur
16:38 223 Universitetlərdə təhsil haqları artır: Tələbələri qarşıda daha bahalı təhsil gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Azərbaycanda universitetlərdə təhsil haqlarının artırılması məsələsi yenidən gündəmə gəlib. 2026/2027-ci tədris ili üzrə bir sıra ali təhsil müəssisələrində ayrı-ayrı ixtisasların illik ödənişləri əvvəlki illə müqayisədə yüksəlib. Xüsusilə bəzi dövlət və özəl universitetlərdə artımlar diqqət çəkir. Məsələn
15:37 305 "Mismarla gözünü çıxarmaq istəyirdim..." - Evli ola-ola elçi göndəribmiş
Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən 40 yaşlı Ziya Həsənovun (bütün ad-soyadlar şərtidir) məhkəməsində dəhşətli faktlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, qeyri-rəsmi münasibətdə olduğu Ceyran Çobanovanı 2025-ci ilin 7 noyabr tarixində lazeroloq kimi çalışdığı gözəllik salonunu
17:17 132 Paşinyandan şok açıqlama: "Bizi Respublika Meydanında assınlar"
Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Yerevanın əsas meydanı olan Respublika Meydanında asılmasına razı olduğunu bildirib. xəbər verir ki, o, bu barədə "Armenpress"in yayımladığı brifinqdə danışıb. Paşinyan Ermənistan xalqının mövcud hökumətin siyasətində bir sıra səhv qərarlar qəbu
11:14 208 Gəncədə qadın bazarda öldürüldü - Şübhəli oğludur
Gəncədə qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb. 1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimallar
14:31 216