Nərimanovda 36 kiloqram narkotik vasitə aşkarlanıb
Nərimanov rayonunda sosial şəbəkələrdə müxtəlif şirnikləndirici vədlər müqabilində narkokuryerliyə cəlb olunan şəxslərdən 36 kiloqram müxtəlif növ narkotik vasitə aşkar edilib.
Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlal Həsənov və tanışı Elvin Novruzov saxlanılıblar.
Bu şəxslərin əlində olan bağlamaya baxış zamanı 10 kiloqrama yaxın marixuana və tiryək aşkar edilib. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrdən birində yaşayan narkotacirin təsiri altına düşərək onun müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vəkilxan Səmədov və Pərviz Əsgərov da tutularaq istintaqa cəlb ediliblər.
Bu şəxslərdən və onların idarə etdikləri avtomobillərdən 10 kiloqramdan artıq heroin və 2 kiloqram tiryək aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Nərimanov rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 36 kiloqram, cümlədən 23 kiloqram heroin və digər güclü təsiredici narkotik vasitə, 10 kiloqram marixuana, həmçinin 3 kiloqram metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 711 Tarix: 06 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGeomaqnit qasırğası olacaq
Bu gün geomaqnit qasırğası baş verəcək. Axşam.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, Günəş səthində müntəzəm qeydə alınan C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kütl
11:15 170 Boşanmaq istəyi mənəvi zərər sayılırmı?
"Azərbaycanda mənəvi zərərin kompensasiyası ilə bağlı hüquqi meyarlar daha da dəqiqləşdirilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" qərarında mənəvi zərərin anlayışı, onun yaranma səbəbləri və kompensasiy
14:31 163 "Yenidən gəlinlik geyinmək istəyirəm"
Müğənni İradə İbrahimova bacısı Nigar İbrahimova ilə birlikdə maraqlı video paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi videoda həyat yoldaşına səslənərək yenidən gəlinlik geyinmək istədiyini deyib. "Nigar da, mən də həyat yoldaşlarımıza səslənirik: biz yenidən gəlinlik geyinmək istəyirik. Bloge
14:30 223 Qızıl və gümüş bahalaşdı
Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.80% artaraq 4.502 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.03% bahalaşaraq 73.71 ABŞ dolları təşkil edib
21:00 1 Mariya Zaxarova Qərbin Ermənistanla bağlı planlarından danışdı
Qərbin Ermənistanın nadir torpaq ehtiyatlarına marağı var. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova TASS-a açıqlamasında bildirib. Diplomatın sözlərinə görə, "təəssüf ki, Qərbdə hələ də 'ələ keçirmək, soymaq, mənimsəmək, alçaltmaq və məh
11:35 176 "Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?"
İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb. G.Məmmədovanın atası Tapdıq Şükürov "Dialo
11:33 439 Financial Times: "Macarıstan Ukraynanın Avropa Birliyinə qoyduğu vetonu aradan qaldırıb"
Macarıstan 17 ay davam edən vetonu ləğv edərək Ukrayna və Moldova ilə Avropa İttifaqı arasında üzvlük danışıqlarının başlanmasına razılıq verib. Financial Times nəşrinin məlumatına görə, bu qərar Ukrayna və Moldovanın Aİ-yə üzvlüklə bağlı rəsmi danışıqlara iyunun 15-dən başlamasına imkan yaradacaq. Bildirili
12:20 177 AB İrəvana 50 milyon avrodan çox yardım göstərəcək
Avropa Birliyi Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda bu ölkəyə 50 milyon avrodan çox təcili yardım paketi hazırlayır. xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistanın Baş naziri Nikol Paşinyanla telefo
20:45 1 Ev almaq niyə hər keçən il çətinləşir?
"Daşınmaz əmlak bazarında qiymət artımına təsir edən bir sıra əsas amillər mövcuddur. İlk növbədə, tələb təklifi ciddi şəkildə üstələyir. Alıcıların sayı artsa da, satışa çıxarılan mənzillərin, torpaq sahələrinin və qeyri-yaşayış obyektlərinin həcmi bu tələbi tam qarşılaya bilmir. Eyni zamanda
14:17 185