Ukrayna Şərq cəbhəsi yaxınlığında Rusiya kəşfiyyat şəbəkəsini məhv edib

Ukrayna Şərq cəbhəsi yaxınlığında Rusiya kəşfiyyat şəbəkəsini məhv edibUkrayna Təhlükəsizlik Xidməti (UTX) Donetsk vilayətinin Slavyansk, Kramatorsk və Pokrovski rayonlarında Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin yerləşdirilməsi və yerdəyişməsi ilə bağlı kəşfiyyat məlumatları toplayan Rusiya kəşfiyyat şəbəkəsini məhv edib.

"Report" UTX-yə istinadən xəbər verir ki, şəbəkə üzvləri düşmənin raket və bomba hücumlarının nəticələri, regionun artilleriya atəşinə tutulması, yaşayış binalarının və mülki infrastrukturun dağıdılmasının miqyası barədə məlumat veriblər.

"Əlaqədar" rus agentlərindən biri Rusiya administrasiyasının nümayəndəsi olub. O, qondarma Donetsk Xalq Respublikasının "ali məhkəməsi"nin məmuru olub, üstəlik, Donbasın müvəqqəti işğal olunmuş ərazisində ukraynalıların təqib və qanunsuz həbs edilməsində iştirak edib. İstintaqın məlumatına görə, agent şəbəkəsinə Rusiya xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş 6 yerli sakin daxil olub", - məlumatda qeyd olunub.

UTX-nin məlumatına görə, kəşfiyyat məlumatlarını toplamaq üçün onlar Ukrayna qoşunlarının yeri və hərəkətinin vizual müşahidəsini həyata keçiriblər. Alınan məlumatlar xüsusi yaradılmış internet platformaları vasitəsilə təsdiqləyici foto və video materiallar ilə birlikdə elektron xəritələrdə koordinatlar şəklində Rusiya tərəfinə ötürülüb.

Bundan əlavə, Pokrovski rayonunda aparılan istintaq-əməliyyat tədbirləri zamanı internetdə təbliğat xarakterli nəşrlər yayan kremlpərəst təşviqatçı saxlanılıb.

Hazırda saxlanılanların hamısına qarşı Ukraynanın dövlət təhlükəsizliyinə qarşı cinayət törətməkdə şübhəli bilinməklə bağlı ittiham irəli sürülüb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 827   Tarix: 06 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiya Ukraynanı bombaladı

Rusiya ordusunun Ukraynanın Xarkov vilayəti və Xerson vilayətinə endirdiyi hücumlar nəticəsində son 24 saat ərzində 9 nəfər həyatını itirib, 47 nəfər yaralanıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbər

12:30 171
.

Süni intellekt kiberdələduzlarla mübarizədə nə qədər uğurludur?

"Bir çox insanı maraqlandıran suallardan biri də budur: "Kiberdələduzları avtomatik aşkarlayan proqram varmı?" Bu sualın cavabı qismən bəlidir. Belə texnologiyalar mövcuddur və artıq geniş şəkildə istifadə olunur. Banklar, mobil operatorlar və kibertəhlükəsizlik mərkəzləri süni intellek

12:19 153
.

Ev almaq niyə hər keçən il çətinləşir?

"Daşınmaz əmlak bazarında qiymət artımına təsir edən bir sıra əsas amillər mövcuddur. İlk növbədə, tələb təklifi ciddi şəkildə üstələyir. Alıcıların sayı artsa da, satışa çıxarılan mənzillərin, torpaq sahələrinin və qeyri-yaşayış obyektlərinin həcmi bu tələbi tam qarşılaya bilmir. Eyni zamanda

14:17 185
.

Sabah 32° isti olacaq

İyunun 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şər

14:02 161
.

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.80% artaraq 4.502 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.03% bahalaşaraq 73.71 ABŞ dolları təşkil edib

21:00 1
.

Tramp bu halda yenidən müharibəyə başlayacaq

ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə qeyri-rəsmi şəkildə bildirib ki, İranla qüvvədə olan atəşkəsi qorumaq niyyətindədir. xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. "Yalnız İranın hücumları nəticəsində ABŞ hərbçiləri həlak olacağı təqdirdə genişmiqyaslı hərb

21:15 1
.

Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb

Fransa xarici kəşfiyyat xidmətinin iki əməkdaşını Tbilisidən geri çağırıb. Bu barədə kəşfiyyat və diplomatik münasibətlər üzrə ixtisaslaşmış Fransanın "Intelligence Online" nəşri məlumat yayıb. Məlumata görə, onlar may ayında geri çağırılıb. Buna səbəb kimi, "Kartu Bank"ın keçmi

21:30 1
.

AB İrəvana 50 milyon avrodan çox yardım göstərəcək

Avropa Birliyi Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda bu ölkəyə 50 milyon avrodan çox təcili yardım paketi hazırlayır. xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistanın Baş naziri Nikol Paşinyanla telefo

20:45 1
.

Keşlədə obyekt yanır - Yenilənir

Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr

13:30 194
.

TOP MP3