İsrail Qəzzada hərbi əməliyyatı dayandırmaqla bağlı şərtini açıqlayıb

İsrail Qəzzada hərbi əməliyyatı dayandırmaqla bağlı şərtini açıqlayıbƏgər "İslami Cihad" terrorçuları raket hücumlarını dayandırsalar, İsrail Müdafiə Ordusu Qəzza zolağında onlara qarşı hərbi əməliyyatı dayandırmağa hazır olacaq.

Bu barədə "Report" İsrailin maliyyə naziri Aviqdor Libermanın "The Times of Israel" qəzetinə müsahibəsinə istinadən xəbər verir.

Onun sözlərinə görə, İsrail hərbi kampaniyasını yalnız terror qruplaşmasının raket hücumlarına son qoyacağı təqdirdə dayandıracaq.

"Cihad" atəşkəs elan etsə, biz də atəşi kəsəcəyik", - Liberman deyib.

Terrorçuların zərərsizləşdirilmiş liderinə gəlincə, Liberman qeyd edib ki, o, "yalnız saatlı bomba deyil, həm də idarə olunan saatlı bomba idi".

"Əlbəttə, biz müharibə və ya qarşıdurma axtarmırıq, lakin kiminsə təhdidləri altında yaşamağa hazır deyilik. Ümid edirəm ki, bu mesaj aydın eşidildi", - nazir əlavə edib.

Xatırladaq ki, bundan əvvəl bir gündə Qəzza zolağından İsrailə 350-yə yaxın raket atıldığı bildirilib. Yaşayış məntəqələrini təhdid edən raketlərin əksəriyyəti vurulub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 847   Tarix: 07 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Feysbuk və instaqramda yenilik - Gecə girişləri məhdudlaşdırılacaq

Sosial media nəhəngi "Meta" ABŞ-nin 29 ştatının iştirakı ilə açılan məhkəmə işində razılaşmaya gedib. "Qafqazinfo" xəbər verir ki, şirkətin 17 milyard dollara qədər təzminat ödəyəcəyi və feysbuk və instaqramda gənc istifadəçilərin təhlükəsizliyini artırmaq üçün yeni məhdudiyyətlə

27.08.2026 231
.

Ülviyyə İlyasovanın cəzası aktrisaya görə artırıldı

Kosmetoloq Ülviyyə İlyasovanın qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyovanın səhhətinə zərər vurmasına görə barəsində təyin edilən həbs cəzası artırılıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmədə Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəl

10:36 230
.

11 il məktəb, amma minimum balı toplamaq mümkün olmadı - Səbəb nədir?

"28 min abituriyentin müsabiqədən kənarda qalmasının əsas səbəbi onların müsabiqədə iştirak üçün tələb olunan minimum balı toplaya bilməməsidir. Bu rəqəm, ilk növbədə, orta məktəbdə verilən biliklərlə ali məktəblərə qəbul imtahanının tələbləri arasında ciddi fərqin olduğunu göstərir". Bun

11:26 224
.

Sabah da güclü külək əsəcək

Avqustun 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-25 isti

13:01 197
.

"Mismarla gözünü çıxarmaq istəyirdim..." - Evli ola-ola elçi göndəribmiş

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən 40 yaşlı Ziya Həsənovun (bütün ad-soyadlar şərtidir) məhkəməsində dəhşətli faktlar üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, qeyri-rəsmi münasibətdə olduğu Ceyran Çobanovanı 2025-ci ilin 7 noyabr tarixində lazeroloq kimi çalışdığı gözəllik salonunu

17:17 132
.

Bu ünvanlardakı binalar sökülə bilər

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan bir neçə bina sökülə bilər. -ə istinadən xəbər verir ki, qəsəbədə yerləşən A. Zeynallı küçəsi 35 ünvanındakı 1A saylı bina, A.Zeynallı küçəsi 37 ünvanındakı 2A saylı bina, M. S. Ordubadi küçəsi 15 ünvanındakı 3 saylı bina və A. Zeynall

14:25 201
.

Azərbaycanda bu universitetlər təhsil haqqını qaldırdı

2026/2027-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsində ixtisas seçiminin nəticələri məlum olub. Bu il 58 947 nəfər ali məktəblərə qəbul olub. BİG.AZ "AzPolitika"ya istinadən bildirir ki, artıq abituriyent adını qazanmış və ödənişli ixtisaslarda təhsi

10:10 221
.

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ - Bakıdakı cinayətin DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən S. Babazadə özünü təqsirl

18:15 26
.

İsrail ordusu Suriyaya zərbə endirib

Suriyanın verdiyi məlumata görə, İsrail Müdafiə Qüvvələri cümə axşamı axşamı İsrail sərhədinə yaxın Beyt Cinn bölgəsinə zərbələr endirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu bundan sonrada Suriyanı bombalamağa davam edəcək. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

09:55 251
.