Bel yırtığına daha çox kimlərdə rast gəlinir? – CAVAB
Bel yırtığı - fəqərələr arasındakı diskin çölə doğru yırtılmasıyla (sürüşməsiylə) ayağa doğru gedən sinirlərin sıxışmasına səbəb olan ağrılı vəziyyətin adıdır.
Bel ağrısı, beldən tək və ya iki ayağa doğru yayılan ağrıya səbəb olur ki, buna siyatalgiya deyilir. Disk Herniası (bel yırtığı) refleks, duyğu ya da əzələ gücü itkisiylə gedən sinir funksiya itkisinə səbəb ola bilər.
Lent.az-ın "Bir sual bir cavab" rubrikasında növbəti mövzu bel yırtığı bağlıdır.
Bel yırtığının klinikası
Əsas əlamət belinizdəki ağrıdır:
- Birdən ortaya çıxsa və ya üç aydan qısa davamlı isə, istirahət halında ikən rahat, ancaq hərəkət etməyə başladığınızda (corab geyərkən, ayaqqabı bağlayarkən, gəzmək, oturub-qalxmada, ayağınızı havaya qaldırarkən-nərdivan çıxıb enərkən kimi) ağrı ortaya çıxıb və dayanıb istirahət etdiyinizdə keçirsə,
- Belinizdəki ağrı bel-ombadan aşağıya dizə doğru yayılır hətta bəzən topuğunuza qədər enirsə,
- Adətən ağrı tək, bəzən iki ayağa doğru vurursa.
Bel yırtığı çox irəliləsə, düşək ayaq, iqtidarsızlıq, əzələlərdə gücsüzlük ilə tez yorulma, sidiyini tuta bilməmə, müvazinət pozğunluğu ortaya çıxa bilər.
Kimlərdə daha çox rast gəlinir?
35-50 yaşlarında və çox kilolu-uzun boylularda daha çox rast gəlinir.
Adətən beli məcbur edən və ya səhv hərəkətlər, həddindən artıq kilolu olmaq, belə çox yük minməsi ilə yük daşımaq, ev xanımı və ya əksinə davamlı oturaraq masa arxasında işləyənlərdə, sürücülər, uzun müddət ayaqda qalan müəllim kimi müəyyən peşə qruplarında, sıx stressli işlərdə işləyənlərdə və hamiləlik zamanı ortaya çıxır.
Bel yırtığının diaqnozu necə qoyulur?
Diaqnoz ilkin olaraq şikayətlərə əsasən qoyulur.Diaqnozu təsdiqləmək üçün KT və MRT müayinə üsulları tətbiq olunur.
Bel yırtığı zamanı müalicə taktikası
Bel yırtığının erkən mərhələsində, yəni bel və ayaq ağrısının olduğu, ancaq hələ uyuşma və ya düşən ayaq kimi nevroloji əlamətlərin olmadığı xəstələrdə yataq istirahəti (seçimə görə onurğanın şəklini alan viskoz-elastik yataqlar), iltihab əleyhinə təsirli ağrı kəsici və əzələ boşaldıcı dərmanlar (mədə qorunaraq) verilir.
Məcbur edici hərəkətlərdən çəkinmək məsləhətdir. İrəli mərhələlərdə isə xəstənin müayinə, ENMG (elektro-nevromiomgrafiya) və MRT əlamətlərinə görə müalicə planı həyata keçirilir.
Ağrı çox olduqda və ağızdan qəbul olunan dərman müalicəsinə bir həftə ərzində cavab olmadıqda, həmçinin qısa seans fizika müalicə tətbiqindən da fayda görülmürsə, o bölgəyə sıxışan sinirin ətrafındakı ödemi götürən və ağrıya təsirli dərman vurulur - "lomber epidural inyeksiya" və "transforaminal inyeksiya" kimi.
Əməliyyat son həlldir. Ancaq bəzən xəstə irəli mərhələdə gəlmiş və ciddi sinir sıxılması əlamətləri varsa nadir hallarda ilk müdaxilə də ola bilər. Ancaq bel yırtığı xəstələrinin, yalnız 1-5%-nin əməliyyata getdiyi unudulmamalıdır. Yəni bel yırtığı xəstələrinin çox azına əməliyyat lazımlıdır.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1719 Tarix: 07 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin
24.10.2026 763 Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
02.11.2026 606 COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI
Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar
24.10.2026 630 Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26.10.2026 846 Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14.10.2026 918 İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13.10.2026 812 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
06.11.2026 396 Ən faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29.10.2026 787 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın
Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ
23.10.2026 950