Ukraynalı məhbusun cinsi orqanını kəsib öldürən hərbçinin kimliyi məlum oldu

Ukraynalı məhbusun cinsi orqanını kəsib öldürən hərbçinin kimliyi məlum oldu"Insider" və "Bellingcat" araşdırmalar mərkəzləri ukraynalı məhbusun cinsi orqanının kəsilib öldürüldüyü videoda hadisəni törədən rusiyalı hərbçinin kimliyini müəyyən edib. Həmçinin qətlin harada törədildiyi də aşkarlanıb.

Bu hərbçinin "Axmat" çeçen batalyonunun tuvalı döyüşçüsü olduğu üzə çıxıb. O, jurnalistlərlə söhbətində bu qənaətin doğru olduğunu dolayı da olsa təsdiqləyib.

İyulun sonunda "Telegram" kanallarında hərbi əsirlərə işgəncə verilməsini əks etdirən videolar yayılıb. İki videoda Rusiya ordusunun hərbi geyimində olan əsgərlər əvvəlcə əsirin cinsi orqanını bıçaqla kəsirlər, sonra isə başından güllə ilə öldürürlər. Bu videonun əsas "qəhrəmanı" kovboy şlyapalı hərbçidir. Jurnalistlər onu digər videolarda, həmçinin "Azot" zavodundan olan görüntüdə tapıblar.

Müstəntiqlər üz tanıma xidmətlərindən istifadə etməklə onun kimliyini müəyyən ediblər. Məlum olub ki, adı Oçur-Suqe Monquş olan hərbçi Tuvadandır. Fotoya əsasən, Monquş əvvəllər Fövqəladə Hallar Nazirliyində işləyib.

"The Insider" ilə söhbətində Monquş bildirib ki, heç kimə işgəncə verməyib, sadəcə rusiyalı jurnalistləri müşayiət edib. Həmin video isə montajdır. Eyni zamanda Monquş jurnalistlərin tapdığı "Azot" zavodundan videonun həqiqətən də ona aid olduğunu təsdiqləyib. İşgəncədə iştirakını inkar edən Monquş qarışıq ifadələr verib. O, əsirlə bağlı videoda arxa planda olan maşını heç vaxt görmədiyini deyib. Ancaq "Azot" zavodunun görüntülərində də eyni avtomobil var.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1630   Tarix: 07 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə: Prezident İlham Əliyevin müraciətinin siyasi və tarixi mesajları

Azərbaycan xalqının dövlətçilik tarixində 8 Noyabr - Zəfər Günü milli iradənin, siyasi qətiyyətin, hərbi qüdrətin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu günün əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər dava

11:37 99
.

İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib

İraqın məhkəmə orqanları "Kətaib Hizbullah" qruplaşmasının baş katibi Əbu Hüseyn əl-Həmidavinin oğlunun həbsinə order verib. "Report" "Al Hadath"a istinadən xəbər verir ki, order Bağdadın Əl-Bələdiyyat rayonunda yaşayan, 1994-cü il təvəllüdlü Əl-Hüseyn Möhsün Əhməd Fərə

08.11.2026 266
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

08.11.2026 237
.

İlham Əliyevin Zəfər Günü müraciəti: Azərbaycanın tarixi Qələbəsi və yeni geosiyasi reallıqların siyasi təhlili

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, milli dövlətçilik iradəsinin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsidir. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı müraciət bu tarixi hadisənin yalnız keçmişin qürur mənbəy

11:13 124
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

08.11.2026 246
.

Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi

Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik

11:56 92
.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

08.11.2026 269
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

00:08 295
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

08.11.2026 265
.