Azərbaycanda orta aylıq əməkhaqqı artıb

Azərbaycanda orta aylıq əməkhaqqı artıbBu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və yaxud 1,7% artaraq 1 720 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, onlardan 901,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 818,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,2%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6%-i tikinti, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə və sığorta fəaliyyəti, 14,1%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 14,2% artaraq 827,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1041   Tarix: 09 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ülviyyə İlyasovanın cəzası aktrisaya görə artırıldı

Kosmetoloq Ülviyyə İlyasovanın qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyovanın səhhətinə zərər vurmasına görə barəsində təyin edilən həbs cəzası artırılıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, məhkəmədə Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəl

10:36 226
.

Rusiyadan Paşinyana sərt reaksiya: "Moskva ilə irəliləmək istəmir"

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanı strateji tərəfdaş kimi qeyd etməkdən imtina etməsi təəssüf doğurur. xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Vladimir Cabarov " "ya müsahibəsində bildirib. O qeyd edib ki, Paşinyanın bu açıqlamas

11:18 168
.

Namizədliyini geri götürdü, Kinematoqrafçılar İttifaqından gedir

"Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) icraçı katibi vəzifəsində çalışmağım ilə bağlı müqaviləm hazırda qüvvədədir". xəbər verir ki, bu barədə APA-ya açıqlamasında kinorejissor Əli İsa Cabbarov bildirib. O, AKİ sədrliyinə namizədliyini geri götürdüyünü qeyd edib. Əli İsa Cabbarov işdə

15:18 130
.

Daşınmaz əmlakın qeydiyyatında ilkin və təkrar mərhələ: Nəyi bilməliyik?

"Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilkin və təkrar qeydiyyat formasında həyata keçirilir". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksperti Fərid Cəfərli bildirib. O, qeyd edib ki, ilkin qeydiyyat dedikdə, konkret daşınmaz əmlak obyekti və ya onun üzərində hüqu

11:40 163
.

Məleykə Abbaszadə DİM-dən gedir: Onu Rüfət Əzizov əvəzləyəcək

Bu ilki dövlət imtahan qəbulu prosesi Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin sonun iş ili ola bilər. xəbər verir ki, yaş və işin daha yaxşı təşkili ilə bağlı onunla yolların ayrılması qərarının verildiyi bildirilir. Məlumatda deyilir ki, Məleykə Abbaszadə 200-ci ildən bəri bu postu tutur

16:38 131
.

"İşə düzəldəcəyəm" dedi, 14 500 manat aldı - Tosif Məmmədovla bağlı iddia

Azərbaycanda işədüzəltmə adı ilə vətəndaşın 14.500 manatı mənimsənilib. Bunu -a müraciət edən T.Ə adlı xanım bildirib. Şikayətçinin sözlərinə görə, hadisə Məmmədov Tosif Rasim oğlu ilə bağlıdır. Xanımın təqdim etdiyi müraciətdə qeyd olunur ki, Tosif Məmmədov müəyyən şəxslərlə əlaqələrinin olduğunu v

10:51 324
.

Paşinyandan şok açıqlama: "Bizi Respublika Meydanında assınlar"

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Yerevanın əsas meydanı olan Respublika Meydanında asılmasına razı olduğunu bildirib. xəbər verir ki, o, bu barədə "Armenpress"in yayımladığı brifinqdə danışıb. Paşinyan Ermənistan xalqının mövcud hökumətin siyasətində bir sıra səhv qərarlar qəbu

11:14 198
.

Universitetlərdə təhsil haqları artır: Tələbələri qarşıda daha bahalı təhsil gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda universitetlərdə təhsil haqlarının artırılması məsələsi yenidən gündəmə gəlib. 2026/2027-ci tədris ili üzrə bir sıra ali təhsil müəssisələrində ayrı-ayrı ixtisasların illik ödənişləri əvvəlki illə müqayisədə yüksəlib. Xüsusilə bəzi dövlət və özəl universitetlərdə artımlar diqqət çəkir. Məsələn

15:37 280
.

Tramp: İran ABŞ ilə razılaşma üçün yalvarır

ABŞ prezidenti Donald Tramp cümə axşamı axşamı Truth Social-da paylaşım edərək "İran uğursuz bir millətdir!" deyib. "Mən görüşmək istəmirəm, onlar görüşməlidirlər. Əslində, onlar razılaşmaq üçün yalvarırlar", - deyə o əlavə edib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki

10:01 230
.