Yaralı əsgərini xilas etmək istəyərkən şəhid olan kapitanımızın DOĞUM GÜNÜDÜR - FOTO-VİDEO
Bu gün Azərbaycan Ordusunun igid zabitlərindən olan Vüqar Aydın oğlu Nəcəfovun doğum günüdür.
BiG.AZ xəbər verir ki, bu münasibətlə Müdafiə Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Hərbi Komissarlığı və Kürdəxanı Rayon İcra Hakimiyyətinin rəsmiləri, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının, "Kaspi" liseyinin nümayəndələri, Naxçıvan Hərbi Qarnizonunun hərbçiləri, şəhidin ailə üzvləri, yaxınları, döyüşçü dostları, Sabunçu və Ordubad rayonlarının bir qrup sakini İkinci Şəhidlər xiyabanına gələrək Vətənin igid övladının məzarını ziyarət ediblər.


Saytımız oxucuları kapitan Vüqar Nəcəfov haqqında məlumatlandırmaq istəyir.
2783 şəhidimizdən biri olan, iki bacının tək qardaşı, ailənin sonbeşiyi Vüqar Nəcəfov 10 avqust 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Uşaqlıq illərindən hərbçi olmaq arzusunda olub, atası və əmisi Birinci Qarabağ Müharibəsinin iştirakçısı, dayısı ordu kapitanı olub. Vüqar gözünü açandan ailədə hərbçilərin əhatəsində böyüyüb. Bəlkə də elə buna görədir ki, uşaqlıq arzusunu böyük sevgi ilə gerçəkləşdirib.
O, Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq zabitlik peşəsinə yiyələnib. Cəbhə bölgəsində yerləşən hərbi hissədə motoatıcı və atəş dəstək taqımının komandiri kimi xidməti vəzifələrinin öhdəsindən şərəflə gəlib, "kapitan" hərbi rütbəsinədək yüksəlib.
Vətən müharibəsində Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 2-də şəhidlik məqamına yüksəlib. O, Cəbrayıl rayonunun Ruzigar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yoldaşlarının sözlərinə görə, kapitan yaralı əsgəri ön nöqtədən çıxarmağa nail olub. Sonuncu döyüşçü yoldaşını xilas etmək istəyərkən snayperdən açılan atəş nəticəsində şəhid olub. Ondan əmanət iki övladı qalıb.
Bu, Ordubad rayonunun ucqar Dırnıs kəndindən başlayıb müqəddəs ziyarətgahları ilə məşhur olan Cəbrayılda şəhidliklə sonuclanan bir Azərbaycan gəncinin, Azərbaycan zabitinin qısa və şərəfli ömür yoludur.
Məqamın uca olsun, cənab kapitan! Ruhuna dərin ehtiramla!
Təltifləri
15.12.2020 — "Vətən uğrunda" medalı (ölümündən sonra)
24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
25.12.2020 — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)
05.11.2021 — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)
Onun barəsində daha ətraflı aşağıdakı videomaterialları izləməklə öyrənə bilərsiniz:
Qeyd edək ki, ötən il də şəhid Vüqar Nəcəfovun doğum günü təntənəli şəkildə keçirilib.
Sonda kapitan Vüqar Nəcəfovu əsgərlərinin dilindən tanıyın:
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1276 Tarix: 10 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət
11:13 130 Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri
08.11.2026 247 Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 286 "Eşq olsun Azərbaycan Bayrağına!" - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin
10:00 154 Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri
10:33 141 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
08.11.2026 318 Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy
12:16 0 Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb
10:40 160 Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
08.11.2026 246