Arvadının xəyanət etdiyini deyib, qayınatasını diri-diri yandırıb öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
Bakıda qayınatasını diri-diri yandıran şəxsə hökm oxunub.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrında baş verib.
Belə ki, 43 yaşlı Rövşən Əhmədov (soyad şərtidir) arvadı Lamiyə Əhmədovanın (soyad şərtidir) ona xəyanət etməsindən şübhələnib. Həyat yoldaşı evi tərk edəndən sonra onu axtarmaq üçün qayınatasıgilə gəlib. İçkili halda qayınatası Mütəllim Tağıyevin evinə gələn Rövşən onun üzərinə benzin tökərək yandırıb. Nəticədə Mütəllim Tağıyev ölüb.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Rövşən Əhmədov bildirib ki, əməlindən peşmandır:
"Lamiyə ilə 2003-cü ildə ailə qurmuşuq. Üç övladımız var. Hadisə baş verən gün o, mətbəxdə idi. Mən onun telefonunun səsinə yuxudan oyandım. Davamlı olaraq zəng gəlirdi. Mən də ona dedim ki, telefonunun parolunu açsın. Bundan sonra ona zəng edənin "Nərgiz Sulutəpə" adlı şəxs olduğunu gördüm. Daha sonra həmin nömrəyə öz telefonumla zəng etdim. Telefonu açan kişi idi. Mənim həmin şəxslə əsəbi danışdığımı görən kimi Lamiyə evdən çıxdı. Bundan sonra başa düşdüm ki, Lamiyə mənə xəyanət edir. Mən onun anası və atasını evə çağırdım. Qayınatam gəlib dedi ki, "qızıma istədiyini et, mən qarışmıram".
Mən Lamiyəni axtarmağa başladım. Qayınanam dedi ki, onlara getməyib. Mən inanmadım. Həmin vaxt səkkiz-doqquz butulka pivə içmişdim. Qayınanamgilə gəlib dedim ki, üstümə benzin töküb özümü yandıracam. Həmin vaxt əlimdəki benzin evə töküldü. Bir neçə damçı da şalvarıma düşdü. Siqareti yandırdıqda qığılcım üstümə düşdü və yandı. Tez əlimdəki benzin qabını bloka atıb özümü söndürməyə çalışaraq oradan uzaqlaşdım. Yaxınlıqdakı məktəbin həyətində 5-10 dəqiqə oturub sakitləşdikdən sonra evimə getdim. Daha sonra Lamiyə ilə bağlı məlumat əldə etmək üçün polis bölməsinə getdim. Qayınatamı qəsdən yandırmamışam".
Mərhum Mütəllim Tağıyevin həyat yoldaşı Tahirə Tağıyeva məhkəmədə verdiyi ifadədə bildirib ki, Rövşən qəsdən evdə yanğın törədib:
"Rövşən içki içdiyi üçün qızımla aralarında tez-tez mübahisələr olurdu. Həmin gün də nəvəm zəng edib bizə gələcəklərini dedi. Uşaqlar hadisə zamanı bizdə olublar. Biz də uşağın zəngindən sonra durub onlara getdik. Rövşən hadisəni danışanda biz ona dedik ki, "bacarmırsan, boşan, biz bir söz demirik".
Rövşən israrla qızımın harada olduğunu soruşurdu. Lamiyə rəfiqəsigildə idi. Lakin mən bunu Rövşənə demədim. Daha sonra gecə saatlarında Rövşən bizə gələrək benzini Mütəllimin üstünə töküb od vurdu. Yanğın böyük olduğu üçün söndürə bilmirdik. Hadisədən sonra Rövşən oğluna zəng edərək Mütəllimin vəziyyətini soruşub və deyib ki, "hələ nənəni də yandıracağam".
Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əhmədov CM-nin 120.2.4.-cü, 120.2.9.-cu, 29, 120.2.4.-cü, 29, 120.2.7.-ci və 29, 120.2.9.-cu maddələri ilə təqsirli bilinib və 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1450 Tarix: 10 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət
11:13 130 Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri
08.11.2026 247 Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
00:08 286 "Eşq olsun Azərbaycan Bayrağına!" - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin
10:00 154 Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri
10:33 141 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar
08.11.2026 318 Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləy
12:16 0 Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlunu doğum günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, Pop kraliça sənət dostu ilə bağlı paylaşım edərək ona xoş arzularını çatdırıb. Aygün Kazımova Namiqə "Ömür boyu duet ortağım, ad günün mübarək!" sözlərini ünvanlayıb
10:40 160 Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
08.11.2026 246