Son iki ilin ən səs-küylü antikorrupsiya əməliyyatları – Hansı məmur hansı cinayətə görə saxlanılıb?

Son iki ilin ən səs-küylü antikorrupsiya əməliyyatları – Hansı məmur hansı cinayətə görə saxlanılıb?Azərbaycanda son illərdə korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi müşahidə edilir. Bu tədbirlər çərçivəsində dövlət təşkilatlarında və özəl qurumlarda çoxsaylı korrupsiya faktları aşkarlanıb, onlara qarşı zəruri tədbirlər görülüb.

Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirlərində iki dövlət qurumunun - Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti xüsusilə seçilir. Son 2-3 ildə hər iki dövlət qurumu tərəfindən korrupsiya faktları ilə əlaqədar çoxsaylı yaddaqalan əməliyyat tədbirləri həyata keçirilib, bu əməliyyatlar zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya əməlləri törədən, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran və vətəndaşlara qarşı cinayət əməlləri edən vəzifəli şəxslər saxlanılıb.

Saxlanılan vəzifəli şəxslər arasında yerli icra hakimiyyəti orqanının başçısı, müavini, mərkəzi icra hakimiyyətinin yüksək səlahiyyətli şəxsləri, dövlət və özəl şirkətlərin yüksək səlahiyyətli rəsmiləri olub.

BiG.AZ Sfera.az-a istinadən bu yazıda hər iki qurum tərəfindən həyata keçirilmiş və cəmiyyətimizdə daha çox yaddaqalan korrupsiyaya qarşı mübarizə əməliyyatların bir neçəsini xatırladacaq.

Son iki ilin ən səs-küylü antikorrupsiya əməliyyatları – Hansı məmur hansı cinayətə görə saxlanılıb?Korrupsiyaya qarşı mübarizədə ən çox xatırlanan həbslər yerli icra hakimiyyətlərinin rəhbər şəxslərinin saxlanması ilə bağlı olub. Bu əməliyyatların əksəriyyəti DTX tərəfindən icra edilib və yol verilən qanunazidd əməllərlə əlaqədar cinayət işləri açılıb.

2019-2021-ci illərdə DTX tərəfindən keçirilən əməliyyatlarda çoxlu sayda rayon və şəhər icra başçıları və digər vəzifəli şəxslər həbs edilib. Bunlar Ağstafa rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov, Yevlax şəhər icra hakimiyyətinin başçısı olmuş Qoca Səmədov, Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev, bu rayonun icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Biləsuvar rayonunun icra başçısı Mahir Quliyev, İmişli rayonunun icra başçısı Vilyam Hacıyev, Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədovun korrupsiya əməllərinə dair əsaslı şübhələr olduğundan saxlanılıblar.

Son iki ilin ən səs-küylü antikorrupsiya əməliyyatları – Hansı məmur hansı cinayətə görə saxlanılıb?Digər bir rayonun icra hakimiyyətinin başçısı və rəhbər şəxsləri Korrupsiyaya qarşı Mübarizə Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfidən aparılan istintaq tədbirləri zamanı həbs olunub. Belə ki, Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, icra hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər saxlanılmışdı.

Bundan başqa DTX və baş prokurorluğun birgə tədbirləri zamanı İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov həbs edildi.

Korrupsiyaya qarşı mübarizə idarəsinin gördüyü tədbirlərlə korrupsiya hüquqpozmaları törədən Gəncə şəhər Nizami rayon icra hakimiyyətinin başçısı, daha sonra isə Gəncə şəhər icra hakimiyyətinin memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayev, Gəncə şəhər icra hakimiyyətinin memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli də həbs ediliblər.

Son iki ilin ən səs-küylü antikorrupsiya əməliyyatları – Hansı məmur hansı cinayətə görə saxlanılıb?Baş prokurorluq ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şixəliyevi bu vəzifədə işlədiyi dövrdə, həmçinin, həmin nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinovu müxtəlif şəxslərdən külli miqdarda rüşvət alınması faktına görə saxlayıb.

DTX-nın həyata keçirdiyi istintaq araşdırmaları zamanı mərkəzi dövlət qurumlarının da fəaliyyətində olan korrupsiya faktları aşkarlanıb və bunlarla əlaqədar bəzi vəzifəli şəxslər saxlanılıb.

2020-ci ilin mayında Dövlət Sərhəd Xidmətinin (DSX) və Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxsləri korrupsiya əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib.

DSX-nın vəzifəli şəxslərini həbsi Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olunmasına, müqabil tərəfdən silah tətbiqi nəticəsində insan tələfatı və onların tutulub saxlanılmaları ilə bağlı baş vermiş hadisələr araşdırılması nəticəsində baş verib.

XİN-nin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma zamanı isə nazirliyin Konsulluq idarəsinin rəisi Faiq Bağırov, Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev korrupsiya əməllərində şübhəli bilinərək saxlanılıb.

Bu şəxslərdən başqa nazirliyin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən həmin şəxslər həbs olunub.

XİN-lə bağlı aparılan istintaq tədbirləri zamanı Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov korrupsiya əməllərinə görə həbs olunur. O, xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr olduğundan saxlanılıb.

2021-ci ilin fevralında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cinayət məsuliyyətinə cəlb olunması da yaddaqalan əməliyyat tədbirlərindən biridir.

S.Müslümov pensiya, əlilliyin təyin edilməsi və nazirliyin səlahiyyətinə daxil olan digər fəaliyyət sahələri ilə bağlı yol verilən qanunazidd əməllərə görə həbs edilib.

Son iki ilin ən səs-küylü antikorrupsiya əməliyyatları – Hansı məmur hansı cinayətə görə saxlanılıb?Korrupsiyaya qarşı mabarizə çərçivəsində dövlət qurumlarında da qanun pozuntuları aşkarlanıb və təqsirli şəxslər həbs olunub. Baş prokurorluğun araşdırması zamanı "Azərxalça" ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Vidadi Muradov və ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun sədri Vüqar Səfərli həbs olunub.

Bundan başqa, bu ilin aprelində Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində güzəştli satış prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilmişdi.

DTX bu faktla əlaqədar olaraq 6 Azərbaycan vətəndaşını saxlayıb.

Baş vermiş hadisə ilə əlaqədar olaraq "Güzəştli mənzil" sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edildi.

Dövlət qurumları ilə bərabər özəl şirkətlərdə də korrupsiya əməlləri ifşa edilib. BBu baxımdan "Baku Steel Company" MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun həbsi önəmli hadisədir.

Son iki ilin ən səs-küylü antikorrupsiya əməliyyatları – Hansı məmur hansı cinayətə görə saxlanılıb?Baş prokurorluğun "Star-M" Mənzil Tikinti Kooperativinin (MTK) vəzifəli şəxslərinin, eyni zamanda "ŞANS" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəm Məhərrəmovun 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi kooperativlər tərəfindən inşa olunmuş yaşayış binalarında eyni mənzillərin ayr-ayrı şəxslərə satılması faktı ilə bağlı cinayət işi də yaddaqalan hadisə olub. Oxşar əməllərlə bağlı olaraq "Sahil-S İnşaat" MTK-nın rəhbər şəxsləri də həbs edilib.

Dövlət qurumlarında korrupsiya əməllərinə qarşı yadda qalan mühüm əməliyyatlardan biri Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin qarşı həyata keçirilib. 2022-ci ilin iyun və iyul aylarında baş tutan əməliyyat zamanı Dövlət Gömrük Komitəsi yanında "Azərterminalkompleks" birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlu rüşvət almasına görə saxlanılıb.

Eləcə də aparılan istintaqla komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Babayev Rəşad Tofiq oğlu və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Səfərov Şükür İsbəndiyar oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda rüşvət almaları faktlarına dair məlumatlar əldə edilib. Onlar törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb olunub.

Eyni zamanda, davam edən cinayət işi üzrə Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlu da külli miqdarda dövlət əmlakını mənimsəmə maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 11 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.