Birlikdə istirahətə yollandılar, evli olduğunu öyrəndi: İtkin düşən qadının sevgilisi niyə həbs olundu?
Bakıda bir müddət əvvəl itkin düşən və ailəsi tərəfindən axtarışa verilən qadının sevgilisi həbs edilib.
"Qafqazinfo" xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları iyul ayında yoxa çıxan və axtarışına başlanılan D.İsmayılovanın (şərti soyadlı) telefon zənglərini araşdırıblar.
Araşdırma zamanı onun 1984-cü il təvəllüdlü F.Abbasəliyevlə (şərti soyadlı) gizli sevgi münasibətinin olması üzə çıxıb. Polis əməkdaşları daha sonra həmin şəxsin axtarışına başlayıblar. Bir neçə dəfə zəng edərək onu 27-ci Polis Bölməsinə dəvət ediblər. Lakin həmin şəxs bölməyə gedərək izahat yazmaqdan imtina edib.
Bir neçə gün əvvəl isə polislər gecə saatlarında F.Abbasəliyevin yaşadığı evə gedərək onu bölməyə gətirmək istəsələr də, müqavimət göstərərək polislərlə getməyəcəyini bildirib.
Bundan sonra o saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddəsi ilə protokol tərtib edilərək Yasamal Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə F.Abbasəliyev D.İsmayılova ilə münasibətini kəsdiyini və polisin onu bölməyə aparmasını anlamadığını bildirib:
"Özümü inzibati xəta ilə bağlı qismən təqsirli bilirəm, sərxoş olduğum üçün müəyyən hərəkətlər etmişəm. Eyni zamanda bildirim ki, itkin düşməsi ilə əlaqədar axtarılan şəxs D.İsmayılova ilə telefon vasitəsilə tanış olmuşdum. D.İsmayılova mənimlə birgə Göygöl rayonunda bir neçə gün qaldı. Sonradan onun ailəli olduğunu öyrəndiyim üçün ayrıldım və Bakı şəhərinə yola saldım. Hazırda D.İsmayılovaya görə polis bölməsinə dəvət edilməyimi düzgün hesab etmirəm".
Yasamal Rayon Məhkəməsinin qərarı ilə F.Abbasəliyevə 15 sutka həbs cəzası verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1107 Tarix: 11 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
08.11.2026 246 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video
"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"
08.11.2026 316 İlham Əliyevin Zəfər Günü müraciəti: Xankəndidən dünyaya verilən güclü Azərbaycan mesajı
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət isə bu möhtəşəm tarixi Qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyətini bir dah
10:57 132 Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
08.11.2026 297 Şahzadə Uilyam və Keytin formasında tort hazırladı
Birmingemdə keçirilən "Cake İnternational" şirniyyat sərgisində Britaniya kral ailəsinin üzvləri - şahzadə Uilyam və həyat yoldaşı Keyt Middltonun tam ölçüdə tort fiqurları nümayiş etdirilib. Axşam.az xəbər verir ki, müsabiqənin sosial şəbəkə hesablarında paylaşılan tort fiqurlarını şirniyya
08.11.2026 297 Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"
"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın
08.11.2026 187 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:
08.11.2026 214 Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
08.11.2026 323 Ukraynanın şəhəri işıqsız qala bilər - Əhali xəbərdar edildi
Rusiya ordusunun pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində Ukraynanın Jitomir vilayətində yerləşən Ovruc elektrik yarımstansiyası tamamilə sıradan çıxıb. UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ovruc şəhərinin meri İvan Korud məlumat verib. Merin sözlərinə görə, elektri
08.11.2026 247