Qaçırdıqları qızı 7 il qutuda saxladılar – Təcavüz, zorakılıq, işgəncə... +VİDEO

Qaçırdıqları qızı 7 il qutuda saxladılar – Təcavüz, zorakılıq, işgəncə... +VİDEOAmerikada 20 yaşlı gənc qız azğın cütlüyün qurbanı olub.

O, hər gün 90 sm səs keçirməyən qutuda 23 saat saxlanılıb. Qutudan çıxarıldığı bir saat müddətində də canavar cütlüyün işgəncəsi və təcavüzünə məruz qalıb.

19 may 1977-ci il...

Xəzərxəbər lent.az-a istinadən xəbər verir ki, 20 yaşlı Colleen J. Stan rəfiqəsinin ad günündə iştirak etmək üçün evdən çıxanda bütün həyatının dönməz şəkildə alt-üst olacağından xəbərsiz idi. Yolun kənarında gedərkən mavi rəngli mikroavtobus ona yaxınlaşır. Maşının içində gənc cütlük və bir körpə olur.

Gənc qız körpəni arxa oturacaqda görəndə maşına minməyə tərəddüd etmir. Əksinə mehriban bir cütlüklə səyahət etdiyi üçün özünü xoşbəxt hiss edir. Ancaq bu hiss tezliklə yalan olduğunu çox acınacaqlı şəkildə qıza sübut edəcək. Maşın yanacaqdoldurma məntəqəsində dayananda bir səs qıza yaxınlaşıb "Pəncərədən atla, qaç və heç arxaya baxma", - deyir.

Qız narahatlığını bir kənara qoyub yola davam edərkən yan oturacağındakı qəribə əşya onun diqqətini çəkir. Gənc qız çuxurlu böyük taxta qutunun nə üçün istifadə olunduğunu belə bilmirdi.

Cəmi 30 dəqiqə sonra fabrik işçisi Kameron Huker maşını yavaş-yavaş torpaq yola çəkdi və qızın boğazına bıçaq dayadı. Gənc qız cani Huker tərəfindən ağzı lentlə bağlandı. Onu tabuta oxşayan qutuya qoyub, qutunu da evin zirzəmisinə apardı. Daha sonra qızın geyimlərini çıxarıb, zəncirlə dirəyə bağladı.

Azğın adam gözü bağlı Colleeni döyüb, ardınca gənc qıza təcavüz etdi. Daha sonra o, gənc qızın ələ keçirilməsini arvadı Janice ilə cinsi əlaqəyə girərək qeyd edib.

Huker cütlüyü gənc qızı gündə 23 saat 90 santimetr olan qutuya həbs edib. Colleen J. Stan gündə cəmi bir saat qutudan çıxarılır və 60 dəqiqə işgəncəyə və təcavüzə məruz qalırdı.

"Canavar" cütlük daha sonra karavana köçdüyü üçün işgəncə otağını yeni evlərinə uyğun vəziyyətə gətirdilər. Colleen J. Stan taxta qutuda qalmaq məcburiyyətində oldu və ona ən kiçik səs-küy salmaq qəti qadağan edildi.

Gənc qız çarpayının altındakı "məzarında" hərəkətsiz yatdığı halda Cenis Huker ikinci övladını dünyaya gətirdi.
Azğın cütlük yavaş-yavaş balaca qızı "The Company" adlı bir təşkilatda iştirak etdiyinə inandırdı. O, Colleenə deyirdi ki, əgər qaçmağa çalışsa, şirkət onu çarmıxa çəkəcək və ya güllələyəcək. Canavar cütlüyün istədiklərini sorğu-sualsız etməyə başlayan və qaçmaq ümidini itirən gənc qız "qul" müqaviləsi imzalamaq məcburiyyətində qalır. Müqaviləyə əsasən, məhbus Colleen J. Stan-in yeni adı indi sadəcə "Kollin" oldu.

Cütlük gənc qıza ailəsini ziyarət etməyə icazə verdi. Ailəsini gördükdən sonra geri qayıdan Kollin valideynlərini Hookers ilə xoşbəxt olduğuna inandırdı.

Təqvimlər 1984-cü ili göstərdikdə, Janice gənc qıza "The Company" adlı təşkilatın əslində olmadığını etiraf etdi və üstəlik 15 yaşından eyni cəhənnəmdə yaşadığını söylədi. O, 27 yaşlı qızın qaçmasına kömək edib, onu avtovağzala apardı. Bir il sonra Janice polisə azğın ərinin etdiklərini danışmağı qərara aldı. Onun polisə söylədiyi məlumatlar arasında 1976-cı ildə əri tərəfindən qaçırılaraq öldürülən başqa bir gənc qızın da olduğu aşkarlandı.

Ərini hakim qarşısına çıxaran Janice prokurorluqdan toxunulmazlıq aldı. Kollin C. Stanı oğurlamaq və ona işgəncə vermək, zorlamaq ittihamı ilə 104 il həbs cəzasına məhkum edilmiş Cameron Hukerin hazırda 68 yaşı var.

İndi 62 yaşında olan Colleen üçün yeddi ağlasığmaz ildən sonra həyata qayıtmaq çox çətin idi. Sonrakı illərdə mühasibatlıq təhsili alan qadın hazırda uşaq anasıdır. İndiyə qədər bir çox sənədli film, kitab və tamaşaya mövzu olan "Qutudakı Qız" hazırda sənədli film olaraq tamaşaçılara təqdim olunacaq.(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1358   Tarix: 10 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.