Planetin əsl sahibləri və ya...

Planetin əsl sahibləri və ya...Qarışqalar bəşəriyyəti hər zaman öz qeyri-adi gücləri ilə heyran edib və hər yerdə mövcudluğu ilə təəccübləndirib.

Sidneydəki Makkuori Universitetinin alimləri bunu nəzərə alaraq planetdə onların sayını hesablayıb. Nəticələr isə ekspertlərdə Yer kürəsinin əsl sahiblərinin əslində kimlər olduğu barədə sual yaradıb.

Planetin əsl sahibləri və ya...Bu barədə təqdqiqatçıların işi "The Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunub.

Məqalədən məlum olur ki, qarışqaların bu və ya digər şəkildə sayılması ilə bağlı 489 araşdırma təhlil edilib və bütün dünyada - ağaclarda və torpaqlarda təxminən 20 kvadrilyon qarışqanın olduğu hesablanıb. Başqa sözlə, sırf riyazi olaraq desək, adambaşına bu kiçik həşəratlardan təxminən 2,5 milyonu düşür.

Planetin əsl sahibləri və ya..."Altı ayaqlı həşəratların ümumi biokütləsi Yerdəki bütün çöl quşlarının və vəhşi məməlilərin cəmindən çoxdur", - deyə tədqiqatçılar bildirib.

Alimlər müəyyən ediblər ki, bütün quru qarışqalarının 61%-i tropik yağış meşələrində və savannalarda, ən azı isə Aralıq dənizi kollarında və tropik iynəyarpaqlı meşələrdə yaşayır. Entomoloqlar həmçinin ümumi biokütləni 12 meqaton quru karbon kimi qiymətləndiriblər ki, bu da bəşəriyyətin quru biokütləsinin 20%-ni təşkil edir.

Planetin əsl sahibləri və ya...Bununla belə alimlər əslində qarışqaların bu saydan daha çox olduğunu vurğulayıblar.

Tədqiqatın nəticələri qarışqaların yerüstü ekosistemlərin mərkəzi olması barədə fərziyyəni təsdiqləyir - onlar bitki toxumlarını paylayır, digər həşəratlarla simbiozda yaşayır, heyvanlar üçün qidadır və s.

Planetin əsl sahibləri və ya...


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1063   Tarix: 21 sentyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.