Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHI

Ölümə aparan gizli xəstəliklər: Onların əlaməti olmur – SİYAHIBir sıra xəstəliklər var ki, onlar daxildən orqanizmi zədələsə də, özünü büruzə vermir. Bu növ xəstəliklər digərləri ilə müqayisədə daha problemli və təhlükəli olanlar arasındadır. Çünki belə sağlıq problemlərin əlamətləri məlum olmadığı üçün insanlar xəstəliyin varlığından xəbərsiz olur. Nəticədə onun vaxtında müalicə edilməməsi faciəli sonluğa gətirib çıxarır. Bəs, gizli inkişaf edən və əlamətləri bilinməyən bu xəstəliklər hansılardır?

Lent.az xarici KİV-ə istinadən heç bir əlaməti ilə özünü göstərməyən xəstəliklərin bir neçəsini təqdim edir:

İnsanların bu növdən ən çox əziyyət çəkdiyi bəlalardan biri də zöhrəvi xəstəliklərdir. Geniş yayılmış növləri sifilis (süzənək) və qonoreyadır.

Süzənək həm kişi, həm də qadın sonsuzluğu, həmçinin cinsiyyət orqanlarının çoxsaylı xroniki iltihabı xəstəliklərinin tez-tez baş verən səbəblərindəndir. Sifilis insanın bütün orqanlarında ciddi fəsadlar yaradan xəstəlikdir. Fəsadların çox məruz qaldığı sahə isə baş və beyin hissəsidir. Təəssüf ki, bu xəstəliklərin bilinən çox əlaməti yoxdur. Bu xəstəliyin aşkar edilməsinə yönəlmiş bütün səylərə baxmayaraq, hələ də anadangəlmə sifilis halları müşahidə olunur.

Əlamətləri bilinməyən xəstəliklərdən biri də cinsi yolla keçən infeksiyalarıdır. Bunlara henital herpes, papillomatoz və s. kimilər aiddir. İnfeksiyalar heç bir xəstəlik törətmədən uzun müddət insan orqanizmində mövcud ola bilər. Amma orqanizmin müqavimət qabiliyyəti zəiflədikcə onların törədiciləri aktiv şəkildə artacaq. Nəticədə xəstəliyin inkişafına və immunitetin azalmasına gətirib çıxaracaq.

Böyrək xəstəliklərinin əlamətləri bir çox digər xəstəliklərin simptomlarına bənzəyir və bu səbəbdən bəzi hallarda xəstə uzun müddət ərzində tamam fərqli xəstəliklərdən müalicə olunur. Buna əsasən, ürək və onurğa xəstəliklərini misal çəkə bilərik. Sonda müalicə uğursuz olduqda, xəstəliyin miqyası daha da böyüyür. Buna görə də diqqətli olmaq lazımdır.

Səbəbsiz halsızlıq, yorğunluq, baş ağrıları, hərarətin qalxması da böyrək xəstəliklərinə işarə oluna bilər. Ödəmlər (şişkinlik) ürək xəstəlikləri üçün xas əlamətdir. Amma bu simptom böyrək xəstəliyinin də xəbərçisi ola bilər. Böyrək xəstəlikləri nəticəsində əmələ gələn ödəmlər bir çox hallarda üzdə, gözlərin altında, göz qapaqlarında olur. Həmçinin ödəmlər əllərdə, beldə, cinsiyyət orqanları nahiyəsində müşahidə oluna bilər.
Bundan əlavə, sidik ifrazı pozulmaları böyrək xəstəlikləri ilə bağlı şübhə yarada bilər.

Çox vaxt şəkər olmadığını fikirləşən insanların şəkərli diabetin gizli və çətin hesab olunan növü latent formadan xəbəri olmur. "Gizli şəkər" adını almış bu forma uzun müddət səssiz olur, özünü göstərmir və sonra orqanizmə bir anda güclü zərər verir.

Gizli şəkəri yeganə göstərən üsul demək olar ki, qlükozatoleratlıq testidir. Analiz zamanı pasiyent 3 dəfə qan verir: biri səhər acqarına, 1 saat sonra ikinci analiz, daha 2 saat keçdikdə isə yenidən üçüncü analiz götürülür. Bu analizlərin nəticəsində xəstənin qanına qlükoza daxil olduqdan sonra orqanizmin reaksiyası öyrənilir. Əgər gizli şəkər aşkarlanırsa, xəstə daha ciddi müayinələrə yönəldilir. Gizli şəkər diabet xəstəliyinin ilk mərhələsi hesab olunur. Bu formanın xroniki formaya keçməsinin qarşısını almaq pasiyentin öz əlindədir.

Sadaladığımız xəstəliklərin siyahısını daha da çoxalda bilərik. Ancaq əsas məsələ bu xəstəliklərin qarşısını almaqdır. Bunun üçün əsas vacib addımlardan biri daimi həkim və tez-tez "check up" müayinələrindən keçməkdir.

Müasir dünya standartlarına uyğun olaraq 40 yaşa qədər əhalidə "check-up" 5 ildən bir, 40 yaşdan yuxarı isə əvvəlki "check-up"ın nəticəsindən asılı olaraq 1-3 ildən bir aparılması məsləhət görülür.

Mütəmadi aparılan müayinələrin faydası çox böyükdür. Belə ki, daimi müayinələr ilkin profilaktika tədbirlərin vaxtında aparılması, xroniki xəstəliklərdəki risk faktorlarının müəyyənləşdirilməsi, həmçinin xəstəliklərin erkən mərhələdə diaqnostikası və müalicəyə başladılmasına şərait yaradır.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2194   Tarix: 07 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17.10.2026 913
.

COVID-dən sonra dadbilmənin niyə bərpa olunmadığı AÇIQLANDI

Bəzi insanlarda COVID-19 infeksiyasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, dadbilmə qabiliyyətinin niyə tam bərpa olunmadığına dair yeni məlumatlar əldə edilib. xarici mediaya istinadən xəbər verir ki, alimlər uzunmüddətli dadbilmə pozğunluğu yaşayan şəxslərin dad reseptorlarını araşdırıblar

24.10.2026 755
.

Məşhurlar ən çox bu kokteyli içir

Hər zaman bədən quruluşunun qeydinə qalan dünya ulduzları bunun üçün müxtəlif vasitələrə əl atırlar. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur simaların ən çox istifadə etdikləri isə kokteyllərdir. Xanımlarımızın da bəyənəcəyi bir resepti təqdim edirik. Ərzaqlar: 1 fincan su, 1 x.

25.10.2026 1140
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17.10.2026 952
.

Yuxu iflici zamanı beyində nələr baş verir?

"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman

14.11.2026 427
.

İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur

08.11.2026 525
.

Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər

Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri

04.11.2026 777
.

Sevdiyiniz musiqi ağrını azalda bilər

İnsanın sevdiyi musiqiyə qulaq asması ağrı hissini müəyyən qədər azalda bilər. Mütəxəssislərin fikrincə, musiqi ağrı siqnalını aradan qaldırmasa da, beynin bu hissi necə qəbul etməsinə təsir göstərir. Qaynarinfo xəbər verir ki, " nəşrinə danışan həkim-psixoterapevt İrina Kraşkina musiqinin ağr

30.10.2026 1009
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20.10.2026 1079
.