Hamamda qız bəyənən analar - ARAŞDIRMA

Hamamda qız bəyənən analar - ARAŞDIRMAHamamlar saflanmaq, günahları yumaq məkanı kimi də insanların inanc yeri olub. Orada bu kontekstdə müəyyən rituallar da keçirilib. Buna görə də hamamlara həm də məbəd kimi baxıblar. Ümumiyyətlə, ayrı-ayrı xalqların bir-birindən maraqlı və fərqli hamam mədəniyyətləri var.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Hamam mədəniyyətinin çox qədim tarixi var. İnsan yaranandan təmizliyinə, sağlamlığına diqqət edib. Bunu arxeoloqların apardığı tədqiqatlar da sübuta yetirir. Bundan başqa, hamam həm də arınmaq, saflanmaq, günahlardan qurtulmaq və günahları yumaq məkanı kimi də insanların inanc yeri olub. Hamamlarda bu kontekstdə müəyyən rituallar da keçirilib. Buna görə də hamamlara həm də məbəd kimi baxıblar. Ümumiyyətlə, ayrı-ayrı xalqların bir-birindən maraqlı və fərqli hamam mədəniyyətləri var.

İlk heyvan dərili hamamlar

Qədim zamanlarda insanlar indiki hamamların ilkin formasını tapıblar. Heyvan dərisindən çadırlar qurub, ocaq qalayır, isidilmiş daşların üstünə su töküb buxar yaradırlarmış. Bu cür ibtidai üsulla hazırlanmış hamamlarda insanlar həm çimir, həm də istirahət edirlərmiş. Zaman keçdikcə insanlar bu cür hamamları mağaralarda qurmağa başlayıb. Məlumatlara görə, ilk hamamları qədim misirlilər qurublar. Bəlkə də, elə buna görədir ki, misirlilər indinin özündə də dünyanın ən sağlam xalqı kimi tanınırlar.

Bir halda ki, qədim zamanlara baş vurduq, mütləq Yunanıstandan da söz açmalıyıq. Orda da hamam mədəniyyətinin qədim tarixi var. Yunanlar hamamı mütləq dairəvi bir məkanda qurur və ortasında ocaq qalayırlarmış. Həmin ocaqda əvvəlcə isinir, daha sonra isə soyuq su ilə dolu olan hovuza tullanırmışlar. Bu cür isti və soyuğun kontrastının insan orqanizminə müsbət təsirinə inanırdılar. Şərq hamamlarına dairəvi forma da, əsasən, yunanlardan gəlib.

Teatrlı, kitabxanalı hamamlar

Ən gözəl və dəbdəbəli hamamlar isə Roma imperatorluğunda olub və terma adlanıb. Böyük bir ərazini tutan termalar təkcə çimmək, buxar almaq üçün deyil, həm də görüş yeri kimi maraqlı olub. Roma hamamlarında hətta kitabxanalar, teatr və qalereyalar da olurmuş.

Bundan başqa, türk və rus hamamları da dünyaca məşhurdur və bu gün də fəaliyyətdədirlər. Qədimdə rus hamamı Roma hamamlarından çox da fərqlənmirdi. Çünki ancaq çimmək və rahatlanmaq üçün nəzərdə tutulurdu. Slavyanlar dörd ünsürü – su, od, torpaq və havanı hamamda birləşdirir və onların birlikdə təkcə bədəni yox, ruhu da sağaltdığına inanırdılar. Slavyanlar uzaq yola çıxmazdan əvvəl, səfərdən qayıdandan sonra və dərin götür-qoy ediləsi məsələləri olanda mütləq hamama gedirlərmiş. Türk hamamı isə özündə həm Roma, həm də yunan hamam mədəniyyətlərini birləşdirir. Burada əsas hissə bədənin buxarla isidilməsi və masajdır. Türklər arasında kiminsə masajdan imtina etməsi ədəbsizlik sayılıb. Türk hamamları, əsasən, mərmər döşəməli, başı günbəzli olur. İçərisi az işıqlandırılır. Daha çox dinclik və rahatlıq üçün nəzərdə tutulur.

Hamamda qız bəyənən analar

Vətənimiz Azərbaycanın da qədimlərdən bəri özünəməxsus hamam mədəniyyəti olub. Əsasən, Bakı, Naxçıvan, Şəki, Şuşa və Gəncə hamamları qədimliyi və memarlığı ilə seçilib. Bizdə hamamın içi (yəni prosesin özü) mədəniyyətdirsə, özü də memarlıq nümunəsidir, tarixdir. Azərbaycanda da hamam sağlamlıq, təmizlik, rahatlığın əsas yeri kimi görülüb.

Yəqin, elə bu səbəbdəndir ki, bizim də özümüzə məxsus hamam rituallarımız olub, indi də var. Lap qədimdən azərbaycanlılar hamama getmək üçün xüsusi hazırlaşırdılar. Hər kəsin özünə uyğun hamam boğçası olurdu. Analar oğul evləndirmək üçün qız bəyənməyə hamama gedirdilər. Oğluna yaraşan qızı görən oğul anası evdəkilərlə məsləhətləşir, bəyəndiyi qızın əslini-nəslini öyrənəndən sonra ona elçi göndərilərdi. Toy ərəfəsində gəlin öz rəfiqələri ilə qadın hamamına, bəy isə dostları ilə kişi hamamına gedirdi. Bu, sadəcə çimmək, toya hazırlaşmaq prosesi deyildi. Ayrıca bir dəm-dəsgah – məclis idi. Mərasimə xüsusi musiqiçilər, xanəndə də gəlir, qonaqları feyzyab edirdi. Qadın hamamlarında isə qızlar üçün də xanım xanəndə və musiqiçilər gəlir, rəqqasələr dəvət edilirdi.

Kəklikotulu, mixəkli çay içə-içə söhbət

Bunu da mütləq qeyd etmək lazımdır ki, hamamlar həm də bir ünsiyyət yeri idi. Çimib, paklanandan sonra kəklikotulu, mixəkli çay içə-içə söhbətin başqa dadı vardı. Qadın hamamlarında da xanımlar sanki bir əhəmiyyətli görüşə gedirmiş kimi geyinir-kecinir, ən gözəl zinət əşyalarını taxırdılar. Belə deyək də, qadın hamamları xanımların çimmək məkanı olmaqla yanaşı, söhbət, bir-birlərinə ləl-cavahiratlarını göstərmək yeri olub. Teatra-konsertə getməyən xanımlar üçün hamam görüşlərinin xüsusi əhəmiyyəti olub.

Toksinləri çıxarır, dərini cavanlaşdırır

Hamamın sağlamlığa da çox xeyri var. Kosmetoloq Nuriyə Adıgözəlova deyir ki, hamamda yüksək dərəcəli istilik altında bədənin soyuması üçün tər vəziləri "gücləndirilmiş iş rejimində" işləyərək mayeni, yəni təri bayıra çıxarır: "Bu tərlə bərabər orqanizmdən 180-dən çox müxtəlif zərərli maddə çıxır. Bundan başqa, istidən dəridəki məsamələr açılır. Həmçinin dərinin üst və artıq "ölü" sayılan təbəqəsi də aralanır və təbii olaraq, dəri də təzələnir. Məsələn, isti buxardan sonra soyuq su qan dövranını yaxşılaşdırır. Dəri adi vaxtdakından daha çox oksigen qəbul edə bilir. Mütəmadi hamam (buxar) qəbulu piy vəzilərinin də işini yaxşılaşdırır. Ümumiyyətlə, yaxşı hamam dəsgahı insan orqanizmi və xüsusən də dərisi üçün çox əhəmiyyətli və lazımdır".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1595   Tarix: 23 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.