"Köçürmə əleyhinə papaqlar" interneti FƏTH ETDİ - FOTOLAR
Dərsdə köçürməyin yaxşı olmadığı məlum olsa da, "bacarana halaldı" deyənlər də var. Bununla mübarizədə müxtəlif üsullardan istifadə olunur, ən yaxşı yol isə müəllimin ayıq-sayıqlığıdır.
BiG.AZ xarici mətbuata istinadən oxuculara Fillipinin Leqaspi şəhərindəki kolleclərdən birində tətbiq olunan kreativ üsuldan danışmaq istəyir.
Belə ki, burada köçürmənin qarşısını almaq üçün tələbələr arasında xüsusi papaqlar dəbdədir. Onların şəkilləri internetdə virus kimi yayılaraq böyük marağa səbəb olub.
Hər şey haradan başlayıb?
Bikol Universitetinin Mühəndislik Kollecinin professoru Meri Coy Mandeyn-Ortis tələbələrdən köçürmənin qarşısını alacaq papaqlarda gəlməyi xahiş edib. O, 2013-cü ildə Taylandın təhsil ocaqlarında istifadə olunan kağız papaqları nəzərdə tutub. Müəllim bu fikri bəyənərək öz kollecində tətbiq etmək qərarına gəlib. Təklif tələbələrin də ürəyincə olub və onlar həvəslə müxtəlif formalı papaqlar hazırlayıblar. Dərsə "Halloween" maskalarında gələnlər də olub.
Müəllim kreativ tələbələrinin fotolarını çəkərək "Facebook"da paylaşdıqdan sonra şəkillər cəmi bir neçə günə minlərlə "like" və yüzlərlə şərh toplayıb, hətta mətbuatda da yayılmağa başlayıb.
Professor Mandeyn-Ortisin sözlərinə görə, "köçürmə əleyhinə papaqlar" tələbələrə imtahanları yaxşı verməyə kömək edib. Birincisi, ciddi nəzarətin olacağını bildikləri üçün onlar imtahana yaxşı hazırlaşıblar. Digər tərəfdən isə, sinif otağındakı pozitiv ab-hava da nəticəyə təsir edib. Görünür, "papaq"lı imtahanlar həmin kollecdə adətə çevriləcək.













Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1062 Tarix: 25 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı
Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın
15.09.2021 1292 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
13.09.2021 1024 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO
İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz
16.09.2021 3329