"Disney"in sevimli qəhrəmanlarını "geyindirən" rəssam vəfat etdi - FOTO
"Disney" əyləncə parkında gəzintilər, filmlər və televiziya şouları üçün kostyumlar hazırlayan məşhur dizayner Elis Estes Devis 93 yaşında vəfat edib.
O, Los-Ancelesdəki evində dünyasını dəyişib.
Devis "Disney"in əfsanəvi "doqquz qoca"sından biri olan animator Mark Devis ilə evli olub.
Elis Estes 1929-cu ildə Kaliforniyanın Eskalona şəhərində anadan olub. O, 1947-ci ildə Los-Ancelesdəki Şuinard İncəsənət İnstitutunda, həmçinin animasiya öyrənmək üçün gecə məktəbində oxuyub. "Ağca xanım və yeddi cırtdan" (1937) və "Bembi" (1942) filmləri üzərində işləyən Mark Devis isə "Disney"in Şuinar meydançasında təlimatçı olub.
Estes təhsilini bitirdikdən sonra Los-Ancelesdəki "Beverly Vogue & Lingerie House" üçün qadın alt paltarı hazırlayıb, həmçinin bacarıqlı model yaradıcısı və parça mütəxəssisi kimi şöhrət qazanıb. Bir gün Devis ona zəng edərək "Yatmış gözəl"də (1959) Şahzadə Avrora rolu üçün (aktrisa Helen Stenli) geyim sifariş edir.
"Mark ətəyin rəqsdə hərəkətliliyini görmək istəyirdi. Bu mənim "Disney"dəki ilk işim idi", - deyə sonralar Elis xatırlayırdı.
1963-cü ildə Uolt Disneyin özü Elis Estesi 1964-1965-ci illərdə Nyu-York Dünya Sərgisi üçün Kiçik Dünya attraksionunda işə götürür. O, dizayner Meri Bleyrlə 150-dən çox kostyum üzərində işləyib.
Elis 2004-cü ildə "Disney əfsanəsi" adını alıb. Onun və həyat yoldaşının adı "Disneylend"də əsas küçədə bitişik pəncərələrə yazılıb. (Oxu.az)






BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1046 Tarix: 07 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvliliyi möhkəmləndirən üsul
Birlikdə idmanla məşğul olmaq evlilik münasibətlərini möhkəmləndirməyə kömək edir. Axşam.az xəbər verir ki, bu qənaətə "Briqham Yanq Universitetinin alimləri gəlib. Tədqiqat zamanı təxminən 1,7 min gənc evli cütlüyün məlumatları araşdırılıb. Alimlər fərdi məşqlərlə həyat yoldaşlarının birlikdə etdiy
20.08.2026 384 Pulqabında yaxınlarınızın və mərhumların şəklini gəzdirmək olmaz - Xalq inancları
Bir vaxtlar pul kisəsində uşaqların, valideynlərin və sevilən insanların kiçik fotolarını gəzdirmək olduqca adi hal sayılırdı. Lakin xalq inanclarına görə, pul kisəsində foto saxlamaq, xüsusilə vəfat etmiş insanların şəkillərini gəzdirmək arzuolunmaz hesab edilir. xalq inanclarını araşdıran mütəxəssislər
23.08.2026 179 Az söz bilmək düşüncəni də kasadlaşdırır - Filoloqdan XƏBƏRDARLIQ
İnsan tarixizmləri və arxaizmləri öyrənirsə, bu, yalnız onun lüğət ehtiyatını zənginləşdirmir, həm də düşüncə qabiliyyətini inkişaf etdirir. Onlardan gündəlik nitqdə istifadə etmək vacib deyil, lakin mənalarını başa düşmək mədəni savadlılığın mühüm tərkib hissəsidir. xəbər verir ki, bunu RT-yə müsahibəsind
23.08.2026 151 Ucuz Telefon satışı elanları Tezbazar.Az-da
Ucuz telefon satışı elanları ilə maraqlananlar üçün yaxşı fürsət! Müxtəlif markaların ucuz telefonları bir arada!. Daha hansısa mağazaya getməyinizə ehtiyac yoxdur! Seçiminizi onlayn qaydada da həyata keçirə bilərsiniz. -a daxil olsanız, maddi imkanınıza uyğun, satışa çıxarılan telefonlarla da qarşılaşacaqsınız
21.08.2026 210 Maqnitlər soyuducunu xarab edir və işıq pulunu artırır? - Mütəxəssislər mifləri dağıtdı
Bir çox insan səyahətlərdən gətirdiyi və ya hədiyyə aldığı suvenir maqnitlərlə soyuducunun qapısını bəzəyir. Lakin illərdir bu adi aksessuarlarla bağlı müxtəlif iddialar səsləndirilir. Bəziləri maqnitlərin soyuducunun elektronikasına zərər verdiyini, digərləri isə elektrik sərfiyyatını artırdığını düşünür
16.08.2026 329 Səhərlər niyə hər şey daha çətin görünür?
Bəzi insanlar üçün səhər yeni günün başlanğıcı və enerji deməkdir. Digərləri üçün isə oyandıqdan sonrakı ilk saatlar günün ən ağır vaxtına çevrilir. Mütəxəssislər bunun səbəblərinin yuxu rejimi, bioloji ritmlər və emosional vəziyyətlə əlaqəli ola biləcəyini bildirirlər. xəbər verir ki, bu vəziyyət bəzə
16.08.2026 250 Hər insanın dünyada özünə bənzəyən biri varmı? Alimlər açıqladı
"Dünyada hər insanın özünə bənzəyən biri var" fikri geniş yayılsa da, elmi araşdırmalar bunun hər kəs üçün keçərli olduğunu təsdiqləmir. Alimlərin fikrincə, nəticə "bənzər insan" anlayışının hansı meyarlarla müəyyənləşdirilməsindən asılıdır. Məsələn, saç rəngi, üz quruluşu və təbəssü
17.08.2026 293 Yeni orqan kəşf edildi
Alimlər kəllə sümüyündə beynin müdafiəsində rol oynaya biləcək yeni immun strukturlar aşkar ediblər. -a istinadən xəbər verir ki, araşdırma Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri tərəfindən aparılıb. Nəticələr nüfuzlu Nature jurnalında dərc olunub. Məlum olub ki, kəllə sümüyünün sümük iliy
22.08.2026 222 Alimlər zamanı 10 dəfə daha dəqiq ölçməyin yolunu tapdılar
Vyana Texnologiya İnstitutunun alimləri atom saatlarında istifadə oluna biləcək xüsusi kristal hazırlayıblar. Tədqiqatçıların fikrincə, bu texnologiya nüvə saatlarının mövcud atom saatlarından 10 dəfə daha dəqiq olmasına imkan verə bilər. bu barədə "Interesting Engineering" nəşrinə istinadə
23.08.2026 170