Təbii vitamin mənbəyi olan quşarmudu haqqında eşitmisiz? - Həkimdən İKİ RESEPT

Təbii vitamin mənbəyi olan quşarmudu haqqında eşitmisiz? - Həkimdən İKİ RESEPTQuşarmudu təbii vitamin mənbəyidir. Əgər sizdə yorğunluq, halsızlıq, iştahasızlıq, xəstəliklərə qarşı dözümsüzlük və s. varsa, quşarmudu meyvəsini dəmləyib içmək və məcunu qəbul etmək məsləhətdir.

BiG.AZ xəbər verir ki, bu bitki haqqında həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində yazıb.

O vurğulayıb ki, quşarmudu vitamin tərkibinə görə sitrus meyvələrindən 20 dəfə üstündür. İçində C, B1, B2, P, PP, E, K vitaminləri, kalium, kalsium, flavonoidlər, dəmir, mis, sink, yod, manqan, rutin, saponinlər, qlükoza, fruktoza, qlikozidlər və s. maddələr mövcuddur.

Quşarmudunun əsəb sakitləşdirici effekti də var. Yüksək qan təzyiqini, yüksək xolesterini salır, revmatizm əleyhinə təsir göstərir. Podaqra düyünlərinin əridilməsi üçün əla vasitədir. Uşaqlarda vitaminsizlikdə, iştahasızlıqda müsbət nəticə verir. Dəmləməni balla qarışdırıb içəndə həm dadlı olur, həm də effekti bir qədər də artır.

Həkim bu bitkidən hazırlanan iki resepti tövsiyə edib:

1) 250 qram qurudulmuş quşarmudu meyvəsini üyüdüb toz halına gətirdikdən sonra 1 kq bal ilə qarışdırıb, gündə 3 dəfə, yeməkdən 1 saat əvvəl 1 çay qaşığı qəbul edin.

2) 500 qr təzə quşarmudu meyvələrini yuyub 20 dəqiqə suda saxlayın. Daha sonra suyu boşaldıb, meyvələrin üzərinə bu dəfə qaynar su tökün. 1 dəqiqədən sonra suyu boşaldıb, prosesi təkrarlayın. Meyvələr yumşalacaq, daha sonra 300 qr balla qarışdırın.

Natəvan Baxşiyeva


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2651   Tarix: 14 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində

16.09.2026 299
.

Səhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?

İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3

07.09.2026 393
.

Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür: Nə faydası var?

Ortoped-cərrah Coselyn Vittsteyn bildirib ki, o, dişlərini həmişə müəyyən bir pozada fırçalayır və bu vərdişin sağlam qocalmağa kömək etdiyini düşünür. Qaynarinfo -a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxşı tarazlıq uzun və müstəqil həyat üçün mühüm amildir. Tarazlığı məşq etdirməyin yollarında

08.09.2026 412
.

Dişlərinizi bir ayaq üstə təmizləyin - Yaşlanmaya qarşı maraqlı TÖVSİYƏ

Dişləri fırçalayarkən bir ayaq üstə dayanmaq qəribə görünsə də, bu sadə vərdiş yaşlılıq dövründə yıxılma və travma riskinin azalmasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, ortoped-cərrah Coselin Vittsteyn dişlərini hər gün bir ayaq üstə dayanaraq təmizlədiyini bildirib. Onun sözlərin

20.09.2026 197
.

Hansı bel ağrısı xərçəngə işarə edə bilər?

Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel

20.09.2026 246
.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. BİG.AZ -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionist Yelizaveta Polomoşnova -ya bu təhlükənin nə dərəcədə cidd

20.09.2026 311
.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama

12.09.2026 280
.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 237
.

Uzunömürlülük üzrə mütəxəssis ömrü uzatmaq üçün 5 əsas qaydanı açıqladı

Uzunömürlülük üzrə mütəxəssis Den Büttner insanların daha uzun və sağlam yaşaması üçün beş əsas qayda açıqlayıb. Onun tövsiyələri "mavi zonalar" kimi tanınan və insanların uzunömürlülüyü ilə seçilən bölgələrdəki həyat tərzi müşahidələrinə əsaslanır. Büttnerin sözlərinə görə, uzunömürlülük üçü

20.09.2026 244
.