Nevroz bəlası: Bu əlamətlər sizdə varsa...
Dövrümüzün bəlası olan nevroz uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində yaranan sinir sisteminin funksional pozğunluğudur.
BiG.AZ Oxuculara bu xəstəlik barədə məlumat vermək istəyir.
Nevrozun əsas əlamətləri:
- Əmək fəaliyyətinin aşağı düşməsi, yorğunluq, həyat aktivliyinin zəifləməsi
- Halsızlıq, həyacan, narahatlıq, qorxu, məyusluq, ümidsizliyə qapanmaq
- Əhval-ruhiyyənin tez-tez dəyişməsinə dair təşviş içində olmaq
- Fobiyaların yaranması
- Yuxu rejminin pozulması
- İştahanın pozulması
- Tez-tez baş ağrılarından şikayət
- Arterial təzyiqin enib-qalxması
- Ürək nahiyəsində ağrılar
- Əllərdə titrəmə, tərləmə
- Pataloji təmizkarlıq, beyindən çıxmayan fikirlər
- Cinsi pozqunluq
Nevrozun 3 forması var:
1 Nevrasteriya
2 İsteriya
3 Sayrışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu)
Nevrasteriya ən geniş yayılan formasıdır, yüksək oyaqlılıq, həssaslıq, astenik, depressiv sindrom və zəifliklə xaraterizə olunur. Bu xəstəliyə duçar olmuş insanlar zəiflikdən, baş ağrılarından şikayət edirlər. Əhval-ruhiyyə tez-tez dəyişir, ən cüzi səbəb nəticəsində affekt partlayış müşahidə olunur. Nevrasteriya zamanı ən çox təsadüf edilən əlamətlərdən biri də seksual pozuntudur. Son zamanlar cavanlar arasında yayılan bu xəstəlik bəzən tez keçib gedir, bəzən də illərlə qalır.
İsteriyanın başlıca xususiyyəti hərəkət və hissiyyat sferasına aid olan funksional pozuntunun olması, xəstənin təlqinə məruz qalmasıdır. Belə insanların əhvalları tez-tez dəyişir, bir hadisəni nəql edərkən onu həddən artıq şişirdirlər.
İsterik nevrozun əsas əlamətləri:
1. İsterik cəngolmalar
2. Vegetativ və hərəki funksiyaların pozulması
İsterik cəngolmalar zamanı əl-ayaqlarda əsmələr olur. Vegetativ və hərəki funksiyaların pozulması zamanı isə kəkələmə, lallıq kimi problemlər ortaya çıxır.
Sayrışan hallar nevrozun 3 forması var:
1.Sayrışan fikirlər
2. Sayrışan qorxu
3. Sayrışan hərəkətlər
Sayrışan fikrə qapıldıqda insan hər hansı bir mənasız sözü yaddan çıxara bilmir. Sayrışan qorxu halında isə insan xəstəliyə tutulacağından qorxur. Sayrışan hərəkətlərdə isə xəstə yersiz hərəkətlər edir. Dəfələrlə əllərini yuyur, bir şeyi dəfələrlə yoxlayır.
Bu kimi hərəkətlər sizdə varsa, psixoloqa müraciət etməlisiniz.
Mehin Mehman
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2700 Tarix: 16 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBoyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla
18.09.2026 381 Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib. xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar. Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən az
09.09.2026 398 Alimlər mədəaltı vəzi xərçəngixəstəliyinin müdafiəsi üsulunu kəşf etdilər
Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. -ın məlumatına görə, tədqiqatın nəticələri "JCI Insight"da dərc edilib. IL1RAP iltihab siqnalında iştirak edir, şi
13.09.2026 410 Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama
12.09.2026 280 Bu insanların ömrü daha qısa olur - Alimlər səbəbini AÇIQLADI
Aparılan yeni araşdırma ağır psixi pozuntulardan əziyyət çəkən insanların orta ömür uzunluğu ilə bağlı diqqətçəkən nəticələri ortaya çıxarıb. xəbər verir ki, avstraliyalı alimlərin araşdırmasına görə, ağır psixi pozuntuları olan insanlar digər əhali qrupları ilə müqayisədə orta hesabla 10 il daha a
22.09.2026 314 Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16.09.2026 299 Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur? - Həkimdən xəbərdarlıq
Bədənimizdə niyə qəfildən göyərmələr peyda olur?. -ın xəbərinə görə, bu barədə rusiyalı həkim-hematoloq Mixail Antoşin RT nəşrinə müsahibəsində danışıb. O, göyərmələrin təhlükələri barədə xəbərdarlıq edib. Mixail Antoşinin sözlərinə görə, göyərmələrlə birlikdə yüksək qanaxmanın digər əlamətləri də ortay
06.09.2026 505 Cərrah dişlərinizi bir ayaq üstə dayanaraq fırçalamağı məsləhət görür: Nə faydası var?
Ortoped-cərrah Coselyn Vittsteyn bildirib ki, o, dişlərini həmişə müəyyən bir pozada fırçalayır və bu vərdişin sağlam qocalmağa kömək etdiyini düşünür. Qaynarinfo -a istinadən xəbər verir ki, onun sözlərinə görə, yaxşı tarazlıq uzun və müstəqil həyat üçün mühüm amildir. Tarazlığı məşq etdirməyin yollarında
08.09.2026 412 Payızda immuniteti gücləndirmək üçün nə yemək lazımdır?
Havaların soyuması ilə bir çox insan orqanizmi və immun sistemini dəstəkləyə biləcək əlçatan məhsullar axtarır. Belə məhsullar arasında tez-tez sarımsaq, soğan, kələm və çuğundur qeyd olunur. Xüsusilə sarımsağa ənənəvi olaraq böyük diqqət yetirilir. Mütəxəssislərin sözlərinə görə, onun tərkibində antimikro
22.09.2026 312