Bu məhsullar yaddaşı gücləndirirmiş - DİQQƏT!

Bu məhsullar yaddaşı gücləndirirmiş - DİQQƏT!Mütəxəssislər yaddaşı gücləndirməyə kömək edən məhsulların adlarını açıqlayıblar.

BiG.AZ SİA-ya istinadən xəbər verir ki, brokkoli, pomidor, balqabaq tumu, yunan qozu, kakao yaddaş üçün faydalıdır.

Belə ki, brokkolidə böyük miqdarda vitamin mövcuddur. Onların arasında yaddaşa müsbət təsir göstərən K, C və B qruplarının vitaminləri var. Bundan başqa, C vitamini beyni azad radikalların təsirindən qoruyur.

Mütəxəssislərin fikrincə, pomidor antioksidantlarla zəngindir. Bundan əlavə, onların tərkibində xeyli sayda C vitamini və beyin, ürək və digər orqan xəstəliklərinin inkişafını yavaşladan likopin maddəsi var.

Balqabaq tumu B qrupunun vitaminləri, həmçinin maqnezium və selenlə zəngindir. Bu maddələr sinir sisteminə müsbət təsir göstərir və informasiyanı daha yaxşı qavramağa kömək edir.

Araşdırmaçıların sözlərinə görə, yunan qozu əsl "beyin stimullaşdırıcısı"dır. Onların tərkibində yaddaşı və koqnitiv bacarıqları yaxşılaşdıran yağ turşuları mövcuddur. Bundan başqa, yunan qozunda çoxlu kalium və maqnezium var.

Kakaonu intellektual əməyə başlamamışdan öncə içmək tövsiyə olunur. Qeyd olunub ki, kakaoda beynin fəaliyyətini yaxşılaşdıran tritofan və flavanoidlər var.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1200   Tarix: 25 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu vərdiş ömrü 10 il qısaldırmış

Gerontoloqlar və uzunömürlülük üzrə mütəxəssislər bildirirlər ki, həyat tərzi insanın ömür uzunluğuna ciddi təsir göstərir və bu, təkcə genetika ilə bağlı deyil. xəbər verir ki, bu barədə Almaniyanın "Focus" nəşri yazıb. Mütəxəssislərin sözlərinə görə, sağlamlığa zərər verən risk faktorlarını

10.03.2026 595
.

Oruc tutarkən artan şirniyyat istəyi təhlükəlidir

İftardan sonra yaranan şirniyyat istəyi zərərsiz görünsə də, səhv seçimlər həzm problemlərinə və qan şəkərində düşüb-qalxmağa səbəb ola bilər. Mütəxəssislər oruc tutanlara bu işdə diqqətli olmağə məsləhət görür. Bəs, hansı şirniyyatlar daha sağlam seçim ola bilər?. Gün ərzində qan şəkərinin düşməsi səbəbində

08.03.2026 266
.

100 yaşlı Hollivud aktyoru uzunömürlülüyün səbəbini açıqladı: Elm də bunu təsdiqləyir

Ötən ilin dekabrında 100 yaşını tamamlayan məşhur amerikalı aktyor Dik Van Dayk uzunömürlülüyünün əsas səbəbi kimi müsbət düşüncəni və heç vaxt qəzəblənməməsini göstərib. Qaynarinfo xəbər verir ki, Van Dayk ən çox 1964-cü ildə çəkilmiş "Meri Poppins" klassik musiqil filmindəki sevimli bac

20.03.2026 181
.

Xərçənglə mübarizədə albalının rolu

Texas Universitetinin alimləri müəyyən ediblər ki, tünd şirin albalılarda olan antosiyaninlər üçqat mənfi süd vəzi xərçənginin böyüməsini yavaşlada və metastaz riskini azalda bilər, xüsusilə ağciyərlərə yayılma zamanı. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, aparılan təcrübələr zaman

19.03.2026 291
.

Həkimdən mühüm məsləhət: Bu idman növü ömrü uzadır

Sağlam həyat tərzi artıq sadəcə dəb deyil. Məlum olub ki, tennis raketkası insanı sağlam saxlamağa qadirdir. BİG.AZ xəbər verir ki, bu barədə həkim Kirill Masliyev " "ya danışıb. Onun sözlərinə görə, biohaking sadəcə dəb halını alan məşğuliyyət deyil, genlərin işini işə salan və ya ləngidə

19.03.2026 367
.

Dərini qırışdıran xətalar: Heç vaxt belə yatmayın

Dəriniz hər gecə 8 saat yerin cazibə qüvvəsi ilə mübarizə aparır. Üzünüzdəki "mexaniki təzyiq" əlamətlərini silmək və vaxta meydan oxumaq üçün yuxu vərdişlərinizi dəyişdirin. Ölkə.Az xəbər verir ki, yuxu rejiminizi gənclik iksirinə çevirmək sizin əlinizdədir:. Dəri mütəxəssisləri bildirirlə

18.03.2026 396
.

İftar yeməyini iki yerə bölün - Sağlamlıq üçün faydalıdır

Ramazan ayında oruc tutanların ən yayğın vərdişlərindən biri uzun müddət aclıqdan sonra mədəni birdən-birə doldurmaqdır. Lakin bu, bəzi sağlıq problemlərinə yol aça bilər. Mütəxəssislər iftar yeməyini iki mərhələyə bölməyi və arada 15 dəqiqə fasilə verməyi tövsiyə edir. Bu üsul həm həzm sistemini yüngülləşdirir

10.03.2026 496
.

Gecə yemək yeyənlərin nəzərinə - Bu xəstəliyə səbəb olur

Reflüks xəstəliyi son illərdə getdikcə daha geniş yayılıb. xəbər verir ki, türkiyəli həkim Mehmet Yalnız bildirib ki, hazırda hər 5 nəfərdən birində bu xəstəliyə rast gəlinir və bu vəziyyət birbaşa həyat tərzi ilə əlaqəlidir. Qeyd edib ki, reflüksün artmasında siqaret istifadəsi, alkoqol qəbulu, qər

15.03.2026 262
.

Qamətin əyilməsi və səhərlər yorğun oyanmağın ortaq səbəbləri

Qamətin əyilməsi, yuxu zamanı xoruldama və səhərlər yorğun oyanmaq çox vaxt ortaq bir səbəbdən - dişlərin və çənənin qeyri-düzgün qapanmasından qaynaqlana bilər. xəbər verir ki, bu barədə Rusiya mütəxəssisi, stomatoloq Viktoriya Karatayeva " "ya açıqlamasında deyib. Həkimin sözlərinə görə

15.03.2026 229
.

TOP MP3