Zamanəmizin bəlası olan NARKOMANİYA - Nələrə yol açır?
Son dönəmin bəlasına çevrilən narkomaniya günü-gündən can almaqda davam edir. Cəmiyyətimizi məhvə aparan bu xəstəlik durmadan artır.
Otuz illik mübarizədə canlı düşmənə qalib gəlsək də, nədənsə cansız düşmənə uduzmaqdayıq.
Torpaqlarımızın bütövlüyü uğrunda can verən oğullarımız "şəhidlik" zirvəsinə yüksəldikləri halda, bir qism gənclərimizin narkomaniya aludəçisinə çevrilməsi təəssüf hissi doğurur.
Bəs bu xəstəliyin durmadan artması nədən qaynaqlanır?
Araşdırmalar göstərir ki, insanlar uşaqlıq, yeniyetməlik və gənclik dövründə aldığı travmaları, problemləri unutmağa daim səy göstərirlər. Bəzən buna nail olsalar da, çox zaman alınmır. Bəzilərində bu, psixoloji problemlərə çevrilir, bəzilərində isə travma olaraq qalır. Çox zaman insan həyatın acı üzünə tab gətirməyərək, çıxış yolunu ya özünə qəsddə, ya da narkomaniya aludəçisinə çevrilməkdə görür. Bir neçə saatlıq olsa da, dərdini unutmaq, həzz almaq üçün bilə-bilə özünü uçuruma aparır. Sonda isə olan insanlığa olur...
Bu maddənin aludəçiləri ilk öncə özlərini cəmiyyətdən təcrid edirlər. Bu xəstəlik insanı hər dəqiqə məhv edir, göz görə-görə çürüdür. Lakin ətrafdakılar çox vaxt yardım edə bilmir, aciz halda bir insanın məhvinə şahid olurlar.
Narkomaniya insan şəxsiyyətinin alçalmasına, yox olmasına gətirib çıxarır, sanki onun beynini öldürür. İntellekt azalır, nitq pozulur. Zəiflik, halsızlıq, gərginlik müşahidə olunur. Bir neçə saatlıq həzzin verdiyi rahatlıq dünyanın qaralması ilə nəticələnir.
Narkomaniya cinayətkarlıq və zorakarlığa yol açır, xəstəliklərin yayılmasına səbəb olur, ailələri dağıdır, insanlığı öldürür. İnsanı o hala salır ki, ona qurşanan hətta sevdiklərini də təhlükə qarşısında qoyur. Yalançılıq, əxlaqsızlıq, oğurluq məhz bu bəladan başlayır.
Bir anlıq boşluq insan həyatını uçuruma aparır. İllərlə onu böyüdüb, boya-başa çatdıran ata-anasının üzünə ağ olur. İllərlə əziyyətlə qurub-yaratdıqlarını məhv edir.
Bu bəladan yaxa qurtarmaq çox çətindir. İnsanı hətta bir istifadədən belə, aludəçisinə çevirən narkotik maddələrlə uzun müddət mübarizə aparılsa da, çox zaman nəticəsiz olur.
Heyif ki, günü-gündən artan bu xəstəliyin qarşısını almaqda acizik.
Cəmiyyəti bu bəlanın çəngindən qurtarmaq üçün mütəmadi tədbirlər görülməlidir. Məktəblərdə maarifləndirmə işləri gücləndirilməlidir.
Xüsusilə valideynlər çox diqqətli olmalıdırlar. Onların bir anlıq səhlənkarlığı böyük, geriyə dönüşü olmayan nəticələrə getirib çıxara bilər. Ata-ana yeniyetiməlik, gənclik dövründə uşaqların yanında olmalı, onları başa düşməyə çalışmalıdır. Övladlarında ani baş verən dəyişikliyi psixoloqla birlikdə həll etməyə çalışmalıdırlar.
Mehin Mehman
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1262 Tarix: 29 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ
Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür
17.08.2021 1744 Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT
Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin
19.08.2021 1451 ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var
Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi
07.09.2021 3113 Həddən artıq tərləmənin SƏBƏBLƏRİ
Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland
18.08.2021 1367 Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar
Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur
15.08.2021 2008 "Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA
Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir
08.09.2021 863 Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN
İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl
24.08.2021 1827 Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır
Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs
21.08.2021 1128 Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?
"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər
27.08.2021 1409