Onları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və Rucozzo

Onları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və RucozzoDünən Qətərdə keçirilən dünya çempionatının final oyununda Argentina Fransanı məğlub edərək dünya kubokunu qazanıb. Beləliklə, argentinalı ulduz Lionel Messinin uzun illər gözlədiyi arzusu gerçəkləşib. O, çoxdan istədiyi kuboku başı üzərinə qaldırıb. Onun bu özəl və xoşbəxt günündə futbol sevərlərlə yanaşı, ailəsi də yanında olub. Messini ən çox həyat yoldaşı 34 yaşlı Antonella Rucozzo dəstəkləyib. Demək olar ki, Leonun çıxdığı bütün oyunlarda Antonella onu yalnız buraxmayıb.

Bəs, onlar necə tanış olub?

Onları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və RucozzoUzun illərdir belə bir mif var ki, Lionel Messi və Antonella Rucozzo uşaqlıqdan birlikdədirlər.

Lent.az bu miflərlə bağlı kiçik bir araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki, onların münasibətlərinin bu yerə gəlməsi elə də asan olmayıb.

Onlar həqiqətən uşaqlıqdan tanışdılar. Hətta Messi 11 yaşı olanda yaxın dostlarından birinə bir gün Rucozzo ilə evlənəcəyini deyib. Amma Leo 13 yaşında ailəsi ilə birlikdə İspaniyaya köçdüyü üçün onların münasibətləri yarımçıq qalıb.

Onları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və RucozzoHəmin ərəfələrdə böyümə hormon pozğunluğu xəstəliyindən əziyyət çəkən futbolçunun müalicəsini "Barselona" futbol komandası öz üzərinə götürüb.

Uzun illər görüşməyən cütlük sonda 2007-ci ildə bir araya gəliblər. Bu zaman Leo 19, Antonella isə 20 yaşında idi. Həmin vaxt Rucozzonun yaxın dostlarından biri avtomobil qəzasında ölür. Bunu eşidən Messi ona dəstək olmaq üçün Argentinaya qayıdır. Beləcə, bundan sonra onların münasibətləri yeni mərhələyə qədəm qoyur. O zamanlar sevgilisi olan Antonella Messi ilə birlikdə olmaq üçün ondan ayrılır. Onun keçmiş sevgilisi müsahibələrin birində belə deyir:

"Ən azından o, məni Messi üçün tərk etdi. Hər hansı qoca biri üçün yox".

Antonella və Messi 2017-ci ilin iyununda Argentinada evləniblər. Toyda Messinin komanda yoldaşları, bir çox tanınmışlar, həmçinin Şakira və keçmiş əri Jerar Pike də iştirak edib.

Onları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və RucozzoBəs, Antonella kimdir və hazırda nə ilə məşğuldur?

Antonella Rucozzo Argentinada Rosario Milli Universitetində Humanitar və Sosial elmlər ixtisası üzrə təhsil alıb və stomatologiya üzrə aspiranturaya başlayıb. Amma Messi ilə münasibətə başladıqdan sonra universiteti tərk edib.

2016-cı ilin noyabrında Rucozzo tanınmış dizayner Riki Sarkani ilə modellik üzrə müqavilə bağlayıb. 2017-ci ildə rəfiqəsi, futbolçu Luis Suaresin həyat yoldaşı Sofiya Balbi ilə Barselonada "Sarkany" ayaqqabı brendi butikini açıb.

Antonella "Adidas" və "Stella McCartney" də daxil olmaqla bir sıra fitness brendləri və şirkətləri ilə də əməkdaşlıq edib.

Cütlüyün üç oğlan övladı var. 2012-ci ildə ilk övladı Tiaqo, 2015-ci ildə Mateo və 2018-ci ildə ən kiçik oğlu Çiro dünyaya gəlib.

Onları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və RucozzoMessi müsahibələrinin birində ailəsi ilə bağlı bu sözləri deyib:

"Həyatın böyük sahələrində özünü inkişaf etdirirsən, nələrisə öyrənirsən, təcrübə qazanırsan. Amma bir insan olaraq üç övladımın olması mənim həyata baxışımı, düşüncə tərzimi dəyişdi və böyüməyimə kömək etdi".

O, ailəsi ilə birlikdə vaxt keçirməkdən zövq aldığını da xüsusilə vurğulayıb:

"Üç uşaqla evdə istirahət üçün çox vaxtımız olmasa da, onlarla televizora baxmaq, oyun oynamaq, ümumilikdə onlarla keçirdiyim hər saniyədən zövq alıram. Biz evdə qalmağı və birlikdə vaxt keçirməyi çox sevirik".

Onları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və RucozzoOnları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və RucozzoOnları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və RucozzoOnları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və RucozzoOnları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və RucozzoOnları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və RucozzoOnları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və RucozzoOnları ölüm birləşdirdi: İndi dünyanın ən xoşbəxt cütlüyüdür - Messi və Rucozzo


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2317   Tarix: 21 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır

Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü

07.11.2026 223
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 310
.

Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!

ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa

05.11.2026 428
.

Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?

Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri

01.11.2026 628
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

00:33 288
.

ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər

ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla

01.11.2026 678
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 513
.

Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri

Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri

01.11.2026 724
.

Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb

Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın

01.11.2026 455
.