Saçların süni uzadılması nə dərəcədə ziyansızdır?
Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir. Hal-hazırda bu arzunu 2-3 saat ərzində, saçların süni şəkildə uzadılması prosedurası ilə həyata keçirmək olar.
Bu proseduranın yerinə yetirilməsinə qərar verməmişdən əvvəl yaxşı-yaxşı fikirləşmək və mütləq həkimlə də məsləhətləşmək lazımdır. Çünki saçların tökülməsi, saçların və baş dərisinin müxtəlif xəstəlikləri, baş dərisinin yüksək həssaslığı, bir sıra dərmanların qəbul edilməsi (antibiotiklər, kimyəvi və hormonal preparatlar), bəzi xəstəliklər bu proseduranın yerinə yetirilməsinə əks göstəriş hesab olunur. Öz saçlarınız xeyli nazik və zəif olduqda da onların uzadılmasından imtina etmək lazımdır, çünki bu zaman onların daha çox zədələnmə təhlükəsi olur. Saçların uzadılması prosedurasından qabaq maskaların köməkliyi ilə onları yaxşıca qidalandırmaq və möhkəmləndirmək lazımdır. Saçların uzadılmasını mütləq yaxşı salonda və ixtisaslaşmış ustanın yanında etmək lazımdır.
Uzadılan saçlara diqqətlə və ehtiyatla qulluq etmək (bu barədə öz ustanızdan soruşun) lazımdır: xüsusi şampunlarla səliqə ilə yumaq və daramaq, xüsusi balzamlardan istifadə etmək, saçların bir-birinə dolaşmasına imkan verməmək (əks halda, sonradan onları daraya bilməyəcəksiniz) və s. Uzadılan saçlarla saunaya, üzgüçülüyə gedərkən və ya dənizdə çimərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki günəş şüaları, duzlu və xlorlu su, həmçinin hovuzda və ya dənizdə çimmək onları xeyli dərəcədə korlayır və bir-birinə dolaşdırır.
Saçların uzadılmasını isti və ya soyuq üsulla edirlər. Bu zaman 200-dək saç dəstini əlavə etmək olar. Uzadılma üsulundan asılı olaraq uzadılan saçlar 6 ayadək qala bilər.
Saçların isti üsulla uzadılması zamanı artırılan saç dəsti qadının özünün 1 saç dəsti ilə, əridilmiş keratinlə (qətran şəkilli maddə), xüsusi isti kəlbətindən istifadə edilməklə birləşdirilir. Birləşdirilmə yerinə xırda lövhəcik forması verilir ki, o da sonra saçların arasında gizlədilir.
Saçların soyuq üsulla uzadılması zamanı saçların dəstələri birbiri ilə xüsusi yapışqan və ya kiçik metal sıxaclar vasitəsi ilə birləşdirilir. Yapışqanla birləşdirilmənin üsullarından biri saçların lentlə birləşdirilməsidir. Bu zaman xüsusi lentin üzərinə bərkidilmiş süni saç dəstləri qadının öz saçlarına birləşdirilir.
Əlavə edilən saçları yalnız kosmetik salonda, ən yaxşısı isə onları uzadan ustanın özü tərəfindən çıxarmaq lazımdır. Süni saçları çıxardıqdan sonra öz saçlarınızı kosmetik maskalarla yaxşı-yaxşı qıdalandırın.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1158 Tarix: 21 dekabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
07.11.2026 223 Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar
Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n
06.11.2026 310 Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa
05.11.2026 428 Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
Evin bəzi otaqlarında internet zəif işləyirsə və ya bağlantı tez-tez kəsilirsə, dərhal yeni cihaz almağa ehtiyac olmaya bilər. İstifadə etmədiyiniz köhnə router düzgün qurulduqda Wi-Fi şəbəkəsinin əhatəsini genişləndirə bilər. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər routerdən əlavə giri
01.11.2026 628 Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
00:33 288 ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotla
01.11.2026 678 Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv
Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs
06.11.2026 513 Kişilər və qadınlar üçün ən təhlükəli yaş dövrləri
Alimlər kişilərin və qadınların hansı yaş dövrlərində ciddi xəstəliklərə daha çox həssas ola biləcəyini araşdırıblar. Bildirilir ki, ürək-damar xəstəliklərinin yaranma riski yaşla birlikdə artır və bu proses kişilərlə qadınlarda fərqli xüsusiyyətlər göstərə bilər. xarici mediaya istinadla xəbər veri
01.11.2026 724 Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb
Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın
01.11.2026 455