Rusiyalı kosmonavtlar zədəli gəmi ucbatından kosmik stansiyada qalıblar

Rusiyalı kosmonavtlar zədəli gəmi ucbatından kosmik stansiyada qalıblarRusiyanın "Roskosmos" şirkəti "Soyuz MS-22" kosmik gəmisinin zədə alması səbəbindən kosmik stansiyada qalan astronavtların təxliyəsi planını nəzərdən keçirir.

Hələ ötən həftə "Soyuz MS-22"dən soyuducu mayenin sızması baş vermiş və bu da bir sıra nasazlıqlara səbəb olmuşdu.

İndiyədək qəzanın dəqiq səbəbləri bilinməsə də, meteoritlə toqquşma əsas fərziyyə kimi irəli sürülür.

Xatırladaq ki, 2022-ci il dekabrın 15-də iki rus astronavtı açıq kosmosa çıxmağa hazırlaşdığı zaman beynəlxalq kosmik stansiyaya qoşulmuş kosmik gəmidə dəlik olduğu aşkarlanmışdı. Stansiyadan qar dənəciklərinə bənzər hissəciklərin ayrıldığı müşahidə olunmuşdu. Soyutma sisteminin zədələndiyi və soyuducu mayenin sızdığı ortaya çıxmışdı.

"Roskomos" və NASA nümayəndələri qəzanın kosmik stansiyanın fəaliyyəti və orada olan astronavtlar üçün təhlükə yaratmadığını desələr də, gəminin daxilində temperaturun əhəmiyyətli dərəcədə artdığı məlum olub. Bu da gəminin fəaliyyətinin dayanmasına səbəb ola bilər. Bu gəmi isə astronavtlar üçün nəqliyyat vasitəsidir və gələn ilin martında onlar bu gəmi ilə Yerə qayıtmalı idilər.

"Roskosmos"dan verilən məlumata görə, hazırda astronavtların beynəlxalq kosmik stansiyadan xilas edilməsi variantları nəzərdən keçirilir.

Hələlik yekun qərar verilməyib. Lakin əsasən iki variant nəzərdən keçirilir. Başqa bir "Soyuz" kosmik gəmisi orbitə çıxarıla bilər ki, bunun başvermə ehtimalı daha yüksəkdir. Ya da astronavtlar evlərinə zədəli gəmidə qayıdacaqlar, amma bu variant daha az ehtimal olunandır. (oxu.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 813   Tarix: 25 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evliliyi möhkəmləndirən üsul

Birlikdə idmanla məşğul olmaq evlilik münasibətlərini möhkəmləndirməyə kömək edir. Axşam.az xəbər verir ki, bu qənaətə "Briqham Yanq Universitetinin alimləri gəlib. Tədqiqat zamanı təxminən 1,7 min gənc evli cütlüyün məlumatları araşdırılıb. Alimlər fərdi məşqlərlə həyat yoldaşlarının birlikdə etdiy

20.08.2026 360
.

Bazardan pomidor alanda yalnız rənginə baxmayın - ən dadlısını seçməyin sirri

Bazarda qırmızı və cəlbedici görünən pomidorlar arasında ən dadlısını seçmək düşündüyünüz qədər asan deyil. Xarici görünüşünə aldanaraq aldığınız pomidor evə çatdıqda dadsız və bərk çıxa bilər. Halbuki bir neçə sadə üsulla ən ləzzətli pomidoru asanlıqla müəyyən etmək mümkündür. xarici mediaya istinadə

09.08.2026 280
.

Alimlər yaşlanan beyində gözlənilməz proses aşkarladı

Stanford Universitetinin alimləri yaşlanma zamanı qandan olan immun hüceyrələrinin beyinə daxil olduğunu müəyyən ediblər. xəbər verir ki, bu nəticə beynin immun sisteminin uzun müddət düşünüldüyü kimi tamamilə qapalı və orqanizmin digər hissələrindən ayrı olmadığını göstərir. Tədqiqatçılar müəyyən ediblə

16.08.2026 228
.

Tezbazar.Az - Hobbi və asudə, istirahət və əyləncə elanları

ın Hobbi və Asudə bölməsi hər kəs üçündür! Çünki hobbisi olmayan insan yoxdur. Hobbi asudə vaxtlarında etdiyin və ondan zövq aldığın məşğuliyyət deməkdir. Hobbilər müxtəlifdir: kimisi səyahət etməyi xoşlayır, kimisi velosiped sürməyi, kimisə kitab oxumağı, kimisi isə ova və ya balıq tutmağa getməyi

14.08.2026 935
.

Səhərlər niyə hər şey daha çətin görünür?

Bəzi insanlar üçün səhər yeni günün başlanğıcı və enerji deməkdir. Digərləri üçün isə oyandıqdan sonrakı ilk saatlar günün ən ağır vaxtına çevrilir. Mütəxəssislər bunun səbəblərinin yuxu rejimi, bioloji ritmlər və emosional vəziyyətlə əlaqəli ola biləcəyini bildirirlər. xəbər verir ki, bu vəziyyət bəzə

16.08.2026 239
.

Turizm Xidmətləri Turlar.AZ saytında

saytında turizm xidmətləri ilə bağlı bütün faydalı məlumatlar toplanıb! Saytın bu bölməsinə daxil olmaqla, sizi turizmlə bağlı maraqlandıran bütün suallara cavab tapa bilərsiniz!. Turizm xidmətlərinə bunlar aiddir: aviabiletlərin satışı, viza dəstəyi, Azərbaycanda və dünyann istənilən nöqtəsində otelləri

17.08.2026 211
.

Qarpızı dondurmaq olar? - Düzgün üsul

Bir çox insan yay mövsümündən qalan qarpızı qış üçün dondurmağın düzgün olub-olmadığını düşünür. Mütəxəssislər bildirirlər ki, qarpızı dondurmaq mümkündür, lakin bu, onun quruluşunu əhəmiyyətli dərəcədə dəyişir. xəbər verir ki, dondurulmuş qarpız qida dəyərini itirmir və sağlamlıq üçün təhlükəli olmur

09.08.2026 280
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

09.08.2026 484
.

Mürəbbənin şəkərlənməməsi üçün nə etməli? - Bıçağın ucunda əlavə etmək kifayətdir

Evdə hazırlanan mürəbbənin bir neçə aydan sonra qatılaşıb şəkər kristalları ilə örtülməsi tez-tez rast gəlinən problemdir. Bəzən mürəbbə o qədər bərkiyir ki, qaşıqla götürmək belə çətinləşir. xəbər verir ki, bir çoxları bunun mürəbbənin həddindən artıq bişirilməsi ilə bağlı olduğunu düşünür. Lakin əsa

16.08.2026 241
.