Planeti silkələyəcək 10 vacib hadisə - PROQNOZ

Planeti silkələyəcək 10 vacib hadisə - PROQNOZGələn il dünyanı iqtisadi böhran təhlükəsi, yüksək inflyasiya, müharibə gözləyir. Növbəti ildə Ukraynada müharibənin davam edəcəyi, neftin və qızılın qiymətinin bir az da bahalaşacağı, Avropa İttifaqının özünün ordusunu yaratmaq istiqamətində real addımlar atmağa başlayacağı proqnozlaşdırılır.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik.

2022-ci il ərəfəsində əksər analitik mərkəzlərin proqnozu belə idi ki, dünyanı növbəti ildə sabitlik və əmin-amanlıq, iqtisadi canlanma gözləyir. Pandemiyanın səngiməsi də bunu deməyə əsas verirdi. Lakin gözləntilərin əksi oldu. Koronavirusu ondan da təhlükəli müharibə əvəzlədi. Fevral ayında Rusiya Ukraynaya hərbi təcavüz etdi. Minlərlə insanın ölümü ilə müşayiət olunan hərbi əməliyyatlar özü ilə çoxsaylı problemlər də gətirdi. Hazırda da planetimiz üçüncü dünya müharibəsinin astanasındadır desək, yanılmarıq.

Qütbləşmə, qarşılıqlı nifrət günümüzün reallığına çevrilib. Tətbiq olunan sanksiyalar paketi tək Rusiyaya deyil, onunla iqtisadi tərəfdaş olan ölkələrə də təsir edib. Nəticədə dünyada iqtisadi və siyasi böhran təhlükəsi artır. Sanksiyalara, canlı qüvvə sarıdan itkilərə baxmayaraq, Rusiya geri çəkilənə oxşamır. Əksinə, getdikcə hücumlarını daha da artırır. Proqnozlara görə, Ukraynadakı müharibə 2023-cü ildə də davam edəcək. BMT-nin Baş katibi Antonio Quterreş də eyni fikirdədir.

Sürəti azalsa da, yüksək inflyasiya davam edəcək

Qərbin aparıcı analitik mərkəzlərinin hesablamalarına görə, artım sürəti azalsa da, yüksək inflyasiya 2023-cü ildə də davam edəcək. Bu durumun 2024-cü ilin ikinci rübünə qədər qüvvədə olacağı proqnozlaşdırılır. İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzinin (CEBR) analitikləri hesab edirlər ki, inflyasiyanın cilovlanması üçün atılan addımlar səbəbindən gələn il dünya iqtisadiyyatının tənəzzülə uğraması ehtimalı var. "Qlobal iqtisadiyyat yüksək inflyasiyaya cavab olaraq yüksək faiz dərəcələrinin tətbiqi nəticəsində gələn il tənəzzüllə üzləşəcək", - deyə hesabatda bildirilir.

Neftin qiyməti builkindən baha olacaq

Gələn il dünya bazarlarında neftin qiymətində dalğalanmalar yenə də olacaq. Amma proqnozlara görə, orta qiymət builkindən yuxarı olacaq. Müəyyən müddətdə isə qiymətlər 1 barel üçün 120 dolları da ötəcək, hətta 130-a çatma ehtimalı da istisna deyil.

Dünyaca məşhur "Saxo Bank" da gələn il üçün ənənəvi proqnozlarını açıqlayıb. Bu siyahıda 10 hadisə qeyd olunub. Məlumat üçün bildirək ki, "Saxo Bank"ın özünün şok adlandırdığı proqnozlar hər il açıqlanır. Bankın analitikləri əhatə dairəsi baxımından əhəmiyyətli olan potensial hadisələr haqqında xəbərdarlıqlar edirlər.

"Üçüncü daş" layihəsi və Makronun gedişi

Bankın birinci proqnozu budur ki, gələn il yeni enerji layihəsinə start veriləcək və bu istiqamətdə bir trilyon dollar sərmayə qoyulacaq. Yaradılacaq konsorsium "Üçüncü daş" adlanacaq. Hesab edilir ki, tezliklə dünyada elektrik enerjisinə tələbat xeyli artacaq. Söhbət təkcə daha da populyarlaşacaq elektromobillərdən deyil, həm də məlumatların həcminin artmasından, iqtisadiyyatın rəqəmsallaşmasından gedir. Məlumat mərkəzləri iki ildən sonra planetdəki bütün enerjinin təxminən beşdəbirini istehlak edəcək.

İkinci proqnoz Fransada siyasi lider dəyişikliyi ilə bağlıdır. "Saxo Bank" ekspertlərinin fikrincə, Emmanuel Makron gələn il istefasını elan edəcək.

Qızılın qiymətində ciddi artım gözlənilir

Üçüncü proqnoz qızılın bahalaşmasını nəzərdə tutur. Proqnozlara görə, qızılın unsiyasının qiyməti 3 000 dollara qədər bahalaşacaq. Bu, uzun müddət dünya üzrə yüksək inflyasiyaya səbəb olacaq.

Dördüncü proqnoz Avropa İttifaqının öz silahlı qüvvələrini yaratmağa başlayacağı ilə bağlıdır. Bunun üçün avropalılara təxminən beş il vaxt lazım olacaq. Aİ-nin bununla bağlı siyasi qərarı isə 2023-cü ildə veriləcək.

İnsanlara bitki mənşəli ət təklif olunacaq

Beşinci proqnoza görə, bir sıra ölkələr yeddi illik keçid dövrünü elan edərək ət istehlakından imtina edəcəklər. Həmin ölkələr aqressiv iqlim siyasəti uğrunda yarışda öncül kimi görünəcəklər. Ət məhsullarına yüksək vergilər qoyulacaq. İnsanlara alternativ - bitki mənşəli ət təklif olunacaq.

Yeddinci proqnoza görə, Böyük Britaniyada "UnBrexit" ola bilər. Çox güman ki, "Brexit" ilə bağlı daha bir referendum olacaq. Ola bilsin ki, bu, 1 noyabr 2023-cü ildə baş versin.

Səkkizinci proqnoza əsasən, gələn il Hindistan və Çin Beynəlxalq Valyuta Fondundan çıxacaqlar.

Doqquzuncu proqnoz - Yaponiyanı gözləyən dəyişiklik barədədir. Proqnozlara görə, gələn il yapon valyutası ucuzlaşacaq. 2023-cü ildə 1 dollar 200 iyen olacaq. Gələn il qlobal likvidlik böhranı və digər amillər hər şeyi dəyişəcək. Dövlətlər valyuta intervensiyalarının köməyi ilə vəziyyəti cilovlamağa çalışacaqlar. Lakin Yaponiya valyuta ehtiyatlarının yarısını sərf etdikdən sonra bundan imtina etməli olacaq.

"Vergi cənnətləri" qadağan olunacaq

Sonuncu, onuncu proqnoza görə, gələn il "vergi cənnətləri" qadağan olunacaq. Bu səbəbdən birbaşa və vençur kapital investisiyaları sektoru faktiki olaraq fəaliyyətini dayandıracaq. 2023-cü ildə hökumətlər yeni vergi mənbələri axtaracaqlar. Onlar təkcə ayrı-ayrı müəssisələrin və ya iş adamlarının deyil, həm də sənaye sahələrinin "gizləndiyi" "vergi cənnətləri"nə də diqqət yetirəcəklər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 857   Tarix: 31 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin SƏBƏBİ BƏLLİ OLDU

Dəmir yolu relslərinin arasına və ətrafına tökülən daşlar ilk baxışdan sadə bir dolğu materialı kimi görünsə də, dəmir yollarının təhlükəsiz fəaliyyətində kritik rol oynayır. "Balast" adlandırılan bu daş təbəqəsi relslərin yerindən oynamasının qarşısını alır, qatarların yaratdığı ağır yük

27.06.2026 234
.

Qarğalar onları incidən insanların üzünü 5 il yadda saxlayır

Qarğanı incidirsinizsə, o, sizi uzun illər unutmaya bilər. Alimlərin araşdırmalarına görə, qarğalar insan simalarını ən azı beş il yadda saxlaya bilir və onları təhdid edən insanlar barədə məlumatı digər qarğalara, hətta öz balalarına da ötürür. xəbər verir ki, qarğalar "təhlükəli insanları"

21.06.2026 217
.

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Kembric Universitetinin professoru Hanna Fray yay aylarında içərisi "soba"ya dönən avtomobilləri saniyələr içində sərinlədəcək fiziki bir üsul paylaşıb. Cəmi bir şüşəni endirib sürücü qapısını bir neçə dəfə sürətlə aç-bağ edərək içəridəki isti havanı xaricə "vakumlayan" bu üsul qərib

27.06.2026 208
.

Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?

Bir çox insan hesab edir ki, kərə yağının yağlılıq faizi nə qədər yüksəkdirsə, o qədər keyfiyyətli və faydalıdır. Buna görə də 72,5 faiz və 82,5 faiz yağlılığa malik kərə yağları arasında uzun illərdir müzakirələr davam edir. Qida texnoloqları və dietoloqlar bu iki məhsul arasındakı əsas fərqləri açıqlayıblar

28.06.2026 194
.

Pikassonun oğurlanmış tablosu tapıldı

Fransanın Val-de-Marn departamentinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində keçirilən axtarış zamanı ispan rəssam Pablo Pikassoya məxsus oğurlanmış tablo aşkar ediblər. xəbər verir ki, bu barədə "Actu17"

21.06.2026 422
.

Ütünü kənara qoyun: Geyimlərinizi hamar edən buz üsulu

Paltaryuyan maşından çıxan geyimlərin ütülənməsi xüsusilə yay aylarında yorucu və uzun vaxt aparan bir prosesdir. Lakin sosial mediada məşhurlaşan bu sadə üsul sayəsində ütü masası ilə vidalaşa bilərsiniz. Quruducu maşınınızın içinə atacağınız cəmi 3 ədəd buz kubu ilə geyimlərinizi ütülənmiş kimi çıxarma

21.06.2026 400
.

"WhatsApp" naməlum nömrələrə mesaj göndərənlərə xəbərdarlıq ediləcək

"WhatsApp" istifadəçilər üçün dələduzluq cəhdlərindən qorumaq məqsədilə yeni təhlükəsizlik funksiyası hazırlayır. xəbər verir ki, yeni sistem sayəsində istifadəçilər telefon kitabçasında qeydə alınmayan nömrə ilə söhbətə başlamazdan əvvəl xəbərdarlıq pəncərəsi ilə qarşılaşacaqlar. Xəbərdarlı

28.06.2026 200
.

Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı

Mütəxəssislər bildirirlər ki, maliyyə uğuru və sərvət toplamaq təkcə yüksək gəlirdən və ya pul idarəetməsi biliklərindən asılı deyil. Uzunmüddətli perspektivdə zənginləşmək istəyən insanların mənimsəməli olduğu iki əsas vərdiş maliyyə qərarlarında həlledici rol oynayır. xəbər verir ki, amerikalı psixolo

27.06.2026 222
.

Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri

Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları

22.06.2026 180
.

TOP MP3