Başqasının yazışmalarını OĞURLAMAQ - Bu əməlin CƏZASI NƏDİR?
Sosial şəbəkə platformalarında başqasını müxtəlif platformalardakı profillərindən şəxsi yazışmalarını izləmək, profillərinin parolunu qırmaq kimi xidmətlər təklif edənlər var. Bundan narahat olanlar olduğu kimi, bu xidmətdən istifadə etmək üçün müraciət edənlər də az deyil.
Bəs deyildiyi kimi başqasının müxtəlif sosial şəbəkə platformalarında başqalarının şəxsi yazışmalarını oxumaq, profillərinin parolunu qırmaq mümkündürmü?
BiG.AZ xəbər verir ki, bizim.media-nın suallarını cavablandıran informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov bu cür halların mümkün olduğunu bildirib:
"İstifadə etdiyimiz "messenger"lərin veb versiyaları var və hakerlər də çox vaxt bunlardan istifadə edirlər. Dəfələrlə hansısa faylı açdıqdan və ya yüklədikdən sonra hesabının ələ keçirilməsi halları ilə qarşılaşan insanlar olub".
Mütəxəssis bu cür hallardan qorunmaq üçün kibertəhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini söyləyib:
"Bu, kibertəhlükəsizlik məsələsidir və bu istiqamətdə insanları maarifləndirməyə ehtiyac var. Hələ də bir çox insan öz hesabına, onun təhlükəsizliyi məsələsinə qeyri-ciddi yanaşır. Buna görə, kibertəhlükəsizlik gigiyenası təbliğ olunmalı və ona riayət edilməlidir.
Təəssüf ki, bizdə hələ çoxlarının onlayn mühitdə özünü necə aparmaqla bağlı məlumatı yoxdur".
Məsələnin hüquqi məsuliyyət tərəfinə qaldıqda isə hüquqşünas Elşad İsayev söyləyib ki, bu, birmənalı olaraq cinayət əməli sayılır:
"Azərbaycan Respublikasının cinayət-prosessual Məcəlləsində kibercinayətkarlıq haqqında ayrıca fəsil var. Bu barədə məsələlər orada öz əksini tapıb. Belə ki, istər adi "Facebook" səhifəsi, istərsə də digər sosial şəbəkə səhifələrinə müdaxilənin özü şəxsin məlumatlarının ələ keçirilməsi sayılır. Şifrənin qırılması ilə məlumatların ələ keçirilməsi arasında 5 saniyə fərq var. Həmin məlumatların ələ keçirilməsi və ya bu istiqamətə yönəlmiş hərəkət cinayət fəaliyyətidir. Bu da qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur".
Xidmətdən istifadə üçün müraciət edənlərin məsuliyyət daşıyıb-daşımaması ilə bağlı məqama qaldıqda isə hüquqşünas bildirib ki, belə hallarda daha çox xidmətdən istifadə üçün müraciət edən yox, xidməti göstərən məsuliyyət daşıyır.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1054 Tarix: 22 yanvar 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXalçadakı pis qoxudan qurtulmaq üçün üzərinə səpin - 30 dəqiqə gözləyin
Xalçalara hopan arzuolunmaz qoxuları kənarlaşdırmaq üçün bahalı təmizlik vasitələrinə ehtiyac yoxdur. Mətbəxdə olan sadə bir ərzaq - çay sodası xüsusilə yemek və ev heyvanlarından yaranan yüngül qoxuları azalda bilir. xəbər verir ki, tətbiqdən əvvəl xalça səthinin tamamilə quru olduğuna əmin olun. Sod
01.11.2026 453 Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur. xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xər
01.11.2026 477 Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv
Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs
06.11.2026 498 Payızda yatmazdan əvvəl bunları edin - Səhərə gümrah oyanmağın yolları
Payız aylarında havaların soyuması, günlərin qısalması və temperaturun dəyişməsi insan orqanizminə təsirsiz ötüşmür. Bu dövrdə yuxu rejiminə diqqət yetirmək, səhərlər yorğun oyanmamaq və sağlamlığı qorumaq üçün yatmazdan əvvəl bəzi sadə qaydalara əməl etmək tövsiyə olunur. xəbər verir ki, yuxudan əvvə
07.11.2026 159 Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü
Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb
07.11.2026 189 Mətbəxdə paket yığanlara mütəxəssislərdən xəbərdarlıq: Təhlükə saçır
Milyonlarla evdə marketlərdən gətirilən plastik paketlər "bir gün lazım olar" deyə mətbəx şkaflarında və ya rəflərin altında toplanır. Lakin mütəxəssislər demək olar ki, hər kəsin etdiyi bu vərdişin ciddi səhiyyə təhlükələri yaratdığını bildirərək, həmin paketlərin dərhal evdən atılması üçü
07.11.2026 120 Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
İngiltərədə bir kolleksiyaçının cəmi 15 sterlinqə aldığı sınıq və qapaqsız çaydanlığın ABŞ-da istehsal edilmiş ən qədim çini nümunələrindən biri olduğu üzə çıxıb. Təxminən 30 ildir keramika kolleksiyası toplayan alıcının diqqətini çəkən tarixi əşya hərracda 575 min sterlinqə satılıb. Çaydanlıq Nyu-Yorkdak
07.11.2026 177 Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın
04.11.2026 464 Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar
Payız və qış aylarında düzgün qidalanma immun sisteminin fəaliyyətini dəstəkləyə bilər. Diyetoloq Polin Koks soyuqdəymə və qrip riskini azaltmaq üçün gündəlik rasiona daxil edilməli qidaları açıqlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, mütəxəssisin sözlərini "Deyli Mirror" nəşri yayıb. Diyetolo
31.10.2026 427