Barkod nədir? Sirli xətlərin mənası

Barkod nədir? Sirli xətlərin mənasıHər birimiz marketlərdə aldığımız istənilən malın üzərindəki şaquli ağ-qara cizgilər və rəqəmlərdən ibarət etiketin olduğunu görürük. Bu etiket yazısı barkod adlanır.

BiG.AZ kriptoinvest.az-a istinadən bildirir ki, kassirlər malın barkod tərəfinə xüsusi cihazla işıq tutaraq qiyməti avtomatik hesablayıb sizə deyir. Bəs barkod nə üçün istifadə olunur və onun üzərindəki rəqəmlərin mənası nədir?

Barkod (barcode) - müəyyən informasiyanı texniki vasitələrlə rahat oxunacaq şəkildə təqdim edən qara və ağ zolaqların ardıcıllığıdır. Barkod vasitəsilə məhsulların bəzi mühüm parametrləri haqqında informasiya kodlaşdırılır. Barkod nömrələri ticarətdə, anbar uçotunda, poçtda, kitabxana işində, mühafizə sistemlərində, quraşdırma istehsalatında, sənədlərin işlənməsində istifadə olunur. Barkodların oxunması üçün barkod skaneri adlanan xüsusi cihazlardan istifadə olunur. Skaner öz işıqlandırıcısı ilə barkodu işıqlandırır və əldə olunan təsviri oxuyur.

Barkod sisteminin bir neçə geniş yayılmış formatları var: Amerikan Universal əmtəə kodu UPC və Avropa kodlaşdırılma sistemi EAN. Daha geniş yayılmış EAN/UCC kodları: EAN-13, EAN-8, UPC-A, UPC-E əmtəə nömrələri və 14-rəqəmli ITF-14 nəqliyyat qablaşdırması kodu. Ən çox istifadə edilənlər UPC və EAN-dır. UPC nömrələmə sistemi Kanada və Amerikada, EAN-13 nömrələmə sistemi isə Avropada istifadə edilməkdədir.

Misal: EAN-13 barkod nümunəsi:
Barkod nədir? Sirli xətlərin mənası1- Ölkə kodu - məhsulun (istehsalçı və ya satıcının) mənşə ölkəsini bildirir

2 - İstehsalçının kodu - ölkə kodunun uzunluğundan asılı olaraq 4 və ya 5 rəqəmdən ibarət olur və istehsalçı müəssisəni bildirir

3 - Əmtəə kodu - əmtəənin adını, onun istehlak xassələrini, ölçülərini, kütləsini, rəngini ifadə edir

4 - Nəzarət rəqəmi - skanerlə zolaqların düzgün oxunmasını yoxlayan nəzarət rəqəmidir

5 - Lisenziyaya əsasən hazırlanmış əmtəənin nişanı.

Ölkə kodu, bir qayda olaraq, EAN Beynəlxalq assosiasiyası tərəfindən verilir. Ölkə kodu heç bir halda bir rəqəmli olmur. 2 və ya 3 rqəmli olur. Bəzən etiketin üzərinə vurulan kod, qablaşdırmanın üzərində göstərilən istehsalçı ölkəyə uyğun olmur və bunun bir neçə səbəbi ola bilər:

- firma öz ölkəsində deyil, məhsulunun əsas hissəsini ixrac etdiyi ölkədə qeydiyyata aılınıb və kod alıb;

- əmtəə törəmə müəssisədə hazırlanıb. Yəni, əmtəə bir ölkədə, lakin digər ölkədən olan firmanın lisenziyasına əsasən hazırlanıb;

- müəssisənin təsisçiləri müxtəlif ölkələrdən olan bir neçə firmadır.

"EAN" sistemində ölkələr üzrə barkodlarının uyğunluq cədvəli:
Barkod nədir? Sirli xətlərin mənasıBarkod haqqında biliyin faydası

İnsanlar çox zaman hər hansı bir məhsulu alarkən sırf istehsal olunduğu ölkəyə görə seçirlər. Misal üçün hollad pendiri, gürcüstan limonadı, rusiya kolbasası, braziliya kofesi, yeni zellandiya yağı, fransa ətirləri və s. Bu faktor bəzi "işbazlara" imkan verir ki, öz məhsullarını həmin ölkələrin əmtəələri kimi göstərərək satsınlar. Bunu anlamağın ən asan üsulu isə məhsul alarkən barkod kodunun ilk 3 rəqəminə diqqət yetirməkdir. Əgər aldığınız məhsulun üzərində "Made in Turkey" yazılıbsa və barkod kodunun ilk 3 rəqəmi 869 deyil 471 (Tayvana məxsus kod) qeyd edilibsə demək ki, malın keyfiyyəti və həqiqi istehsalçı ölkəsi barədə şübhə etməyə əsas var. Xatirladım ki, Azərbaycan istehsalı olan malların barkod kodu 476-dır. Ölkməzidə daha çox rast gəlinən malların üzərində 626 - İran, 690 - Rusiya, 869 - Türkiyə, 690 - Çin, 486 - Gürcüstan, 481 - Belarus, 940 - Yeni Zellandiya görmək mümkündür.

Bəzi ölkələrdə kreativ barkodlar mövcuddur:
Barkod nədir? Sirli xətlərin mənası


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 3173   Tarix: 26 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.