Burun əməliyyatı etdirənlər BUNLARI BİLMƏLİDİR

Burun əməliyyatı etdirənlər BUNLARI BİLMƏLİDİRRİNOPLASTİKA ƏMƏLİYYATI NƏDİR ? KİMLƏRƏ OLAR KİMLƏRƏ YOX?

Rinoplastika burun əməliyyatı yenidən şəkilləndirilməsi üçün aparılan bir əməliyyatdır, yəni estetik bir əməliyyatdır. Estetik əməliyyatlar içərisində bu gün faiz nisbətində götürsək ən çox icra olunan bir əməliyyatdır. Rinoplastika əməliyyatı zamanı biz burunun formasını yenidən dəyişirik .

ƏKSƏR İNSANLAR BURUN FORMASI İLƏ YANAŞI NƏFƏS PROBLEMİ DƏ YAŞAYIR. RİNOPLASTİKA ƏMƏLİYYATI ZAMANI BU PROBLEMİ DƏ ARADAN QALDIRMAQ MÜMKÜNDÜRMÜ?

Demək olar ki, əksər hallarda biz rinoplastika əməliyyatı zamanı eyni zamanda nəfəsə problem yaradan burunun daxili problemlərini mütləq şəkildə həll edirik. Əksərən bura burun çəpərində olan əyriliklər , burun qalıqqulaqlarında olan şişkinlik və s kimi səbəblər daxildir. Bu zaman əməliyyatın adı rinoplastika yox Rinoseptoplastika adlanır.

HAZIRDA RİNOPLASTİKA ÇOX AKTUAL BİR ƏMƏLİYYATDIR. XÜSUSƏN DƏ GƏNCLƏRİMİZ RİNOPLASTİKA ƏMƏLİYYATINA DAHA ÇOX MÜRACİƏT EDİR. SƏBƏB NƏDİR? ÜMUMİYYƏTLƏ HANSI YAŞLARDA BU ƏMƏLİYYATI ETMƏK DÜZGÜNDÜR?

Çox düz buyurdunuz. Xüsusən bizim yaşadığımız coğrafi mövqeyə görə burda doğulan insanların burun forması digər bölgələrlə müqayisədə daha böyük və fərqli olur. Rinoplastik aəməliyyatı uzun illərdir icra olunur. Sadəcə son zamanlarda sosial medianın inkişafı , insanların sosial mediadan daha çox istifadə etmləri istər istəməz insanların zöqvqündə bir dəyişiklik yaradıb . Artıq xüsusən də gənlcərimizin əksəriyyəti gobud buruna görə kompleks yaayırlar. Daha yuxarı yaş qrupunda olan insanların çoxu burun formasının dəyişməsinin çox da fərqində olmasa da 18-25 yaş arasında xüsusən də xanımlar arasında fikir əksinədir. Rinoplastika estetik bir əməliyyatdər. Pasientin istəyi ilə icra olunan bir əməliyyatdır deyə mən düşünürəm gələcək zamanda bu istək nəinki azalacaq hətta artacaq. Biz Rinoplastik əməliyyatını xanımlarda minimal 17 yaş kişilərdə 18 yaşdan qəbul edirik. Yuxarı yaş həddi şərt deyil . Amma yaş artdıqca burunun yumuşaq toxuması öz keyfiyyətini dəyişir deyə bu hallarda əməliyyatın nəticəsi bəzən effektiv olmur. Ortalama götürsək rinoplastikanın 40 yaşa qədər daha effektiv olduğunu düşünürəm. Təkcə burunun effektiv olmasından başqa pasientin göstəriciləri də gərək əməliyyat üçün imkan versin. Ürək – damar və s kimi sistemlərə ciddi bir qüsur varsa əməliyyatın aparılması düzgün deyil. Həyati vacib bir əməliyyat olmadığından risk alıb qüsürlu bir problemlərlə əməliyyata girmək heç məntiqli deyil.

HAZIRDA RİNOPLASTİKA DEMƏK OLAR ÇOX MƏRKƏZDƏ İCRA OLUNUR. ASAN YOXSA ÇƏTİN BİR ƏMƏLİYYATDIR ?

Əməliyyatları çətinliklərinə görə qruplara bölsək rinoplastika çətin olan əməliyyatlar qrupundadır. Çünki rinoplastika əməliyyatı zamanı gərək həkim öncədən proqnoz vermək qabiliyyətinə malik olsun. Əməliyyat zamanı alınan burun forması 1 ildən sonra necə olacaq , bu forma pasientin istəyi ilə uyğun olacaqmı, pasientin nəfəs problemi necə rahat olacaq və s bunların hamsını bir arada uyğunlaşdırmaq çox çətindir. Daha çox çalışdıqca daha çox əməliyyat etdikcə bu çətinliyi həkim daha irəli dövürlərdə daha çox başa düşməyə başlayır.

TİBB İNKİŞAF ETDİKCƏ SÖZSÜZ Kİ, RİNOPLASTİKA ƏMƏLİYYATLARINDA DA YENİLİKLƏR VAR. RİNOPLASTİKA ƏMƏLİYYATINDA OLAN SON YENİLİKLƏRDƏN NƏ DEYƏ BİLƏRSİZ ?

Rinoplastika əməliyyatına çox ehtiyac olduğundan sözsüz ki, bu sahədə də inkişaf danılmazdır. Ümumiyyətlə Rinoplastika əməliyyatı açıq və qapalı olmaqla iki formada aparılır. Qapalı rinoplastika daha yeni bir yanaşmadır. Qapalı rinoplastikanın da daha yeni yanaşması qapalı qoruyucu rinoplastikadır. Yəni qapalı atravmatik rinoplastika. Mən bu gün bütün rinoplastika əməliyyatlarımı qapalı atravmatik forma olan texnika ilə icra edirəm. Fərqini soruşsanız ki, niyə məhz qapalı atravmatik rinoplastika , üstünlükləri nələrdir? Əvvəla burun ucunda kəsik aparmırıq ki, burun ucundan keçən sinir damar dəstəsini qorumuş oluruq, dərini sümük və qığırdaqdan ayırmadığımızdan burunun yumuşaq toxuması zədə almır, burun belini qoruyaraq incəldiyimizdən daha etibarlı və davamlı olur, nəfəs problemi yaşanmır,burun ucu demek olar düşmür, gips silikon qoymadığımızdan pasientlər əməliyyatdan sonrakı dövrü çox rahat keçirir. Göyərmə , şişkinlik kimi pasientləri çox narahat edən problemlər bu texnikadan sonra çox minimal əksər hallarda yox dərəcəsindədir.

Burun əməliyyatı etdirənlər BUNLARI BİLMƏLİDİRBurun əməliyyatı etdirənlər BUNLARI BİLMƏLİDİR


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 4831   Tarix: 10 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec

05.09.2026 293
.

"Nature Metabolism": Bir sıra xəstəliklərin risk əlamətləri səkkiz yaşdan etibarən ortaya çıxa bilər

Ürək, böyrək xəstəlikləri və maddələr mübadiləsi pozğunluqlarının artmış inkişaf riskinin molekulyar əlamətləri səkkiz yaşlı uşaqlarda da ortaya çıxa bilər. "Report" xəbər verir ki, Hyustondakı Texas Universiteti Tibb Elmləri Mərkəzinin alimləri bu qənaətə gəliblər, onların işi "Natur

13.09.2026 284
.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini

12.09.2026 270
.

Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti

Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi

06.09.2026 306
.

Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb

Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib. xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar. Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən az

09.09.2026 398
.

Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı

Mürəbbənin faydası onu alarkən və ya hazırlayarkən nadir hallarda nəzərə alınır. Çünki mürəbbə adətən çay yanında sadəcə şirin desert hesab edilir. Lakin əslində mürəbbə sağlam qidalanmaya müəyyən qədər faydalı əlavə ola bilər. Qaynarinfo xəbər verir ki, "Antioxidants" jurnalının tədqiqat qrupunda

14.09.2026 432
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi

14.09.2026 269
.

Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq

Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər

21.09.2026 302
.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiyə olunur". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram"

20.09.2026 335
.